Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xalq öz haqqını tələb etməyəcəksə, elə layiq olduğu həyatı yaşayacaq” - Hafiz Hacıyev


“Əgər Azərbaycan xalqı bu quldur dəstədən canını qurtarmaq və yaxşı yaşamaq istəyirsə, öz sözünü deməyi bacarmalıdır”.


Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev öz partiyasının qiymət artımı ilə bağlı nəzərdə tutulan mitinq anonsuna münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlumdur ki, bir neçə gün öncə Tarif Şurasının qərarı ilə qaz və elektrik enerjisinin qiyməti qaldırılıb. Bu qiymət artımı isə digər sahələrdə də artımın olacağını qaçılmaz edir. Mövcud vəziyyət isə cəmiyyətdə birmənalı qarşılanmır və etirazlara səbəb olur. İndiki şəraitdə qiymət artımına etiraz olaraq Müasir Müsavat Partiyası dünən keçirilən iclasında mitinq anonsu ilə çıxış edib. 

Bu barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev PİA.AZ-a məlumat verib. 

Hafiz Hacıyev: “Böyük imkanları olan bir ölkənin sakinləri bu dərəcədə kasıb və zəlil günündə yaşaya bilməz”.


Qiymət artımının xalq arasında böyük narazılığa səbəb olduğunu vurğulayan Hafiz Hacıyevə görə, xalq öz haqqını tələb etməyi bacarmalıdır:

“Bu məsələ ilə bağlı dünən Müasir Müsavat Partiyasının idarə heyətinin genişlənmiş iclasını keçirmişik. Qiymətlərin bahalaşmasına qarı mitinqlə  bağlı 11 nəfərdən ibarət Mitinq Komitəsi yaradıldı. Mitinq Komitəsi işləri yekunlaşdırdıqdan sonra mitinqlərin vaxtlarını müəyyənləşdirəcəyik. Bu gün ölkədə qiymətlərin artması prosesi çox sürətlə gedir. Bu isə məmur təbəqəsinin günahı ucbatından baş verir. Lakin xalq arasında bunu iyrənc şəkildə ölkə prezidentinin ayağına yazmaq istəyirlər. Biz isə hər zaman dövlətçilik və ölkə prezidentinin müdafiəsində olan bir partiya olaraq bu halı qəbul etmirik. Ona görə də mitinq keçirmək istəyirik və orada bahalaşmaya məsul olan şəxslərin, ölkə prezidentinə xəyanət edənlərin adını xalqa çatdırmaq istəyirik. Yaxın vaxtlarda biz bu mitinqin vaxtını müəyyən edəcəyik. 

Böyük imkanları olan bir ölkənin sakinləri bu dərəcədə kasıb və zəlil günündə yaşaya bilməz. Ölkədə bu hala və qarışıqlığa şərait yaradanlar ölkə prezidentinə xəyanət edən insanlardırlar və bu istəklərinə nail olublar.  Bu gün  digər partiyalar da mitinqə hazırlaşmağa qərar veriblər. Bizdə Müasir Müsavat Partiyası olaraq mitinqlərə start verəcəyik. 

Hafiz Hacıyev: “İndiki zamanda Azərbaycan xalqının sözü vacibdir”.


İctimai yerlərdə qiymət bahalaşması ilə əlaqədar olaraq prezidentin adını çəkirlə, ancaq bu düzgün hal deyil. Çünki prezidentin bu işlərə qarışmağa bəlkə də ixtiyarı heç yoxdur. Hər halda ölkə prezidenti öz mövqeyini ortaya qoyub, sözünü deyəcək. Biz ölkədə baş verən neqativ halların prezidentin ayağına yazılmasının qarşısını almaq istəyirik. Lakin hakimiyyətin daxilində çox güclü klan var ki, onlar ölkə prezidentinin kadr, siyasi, iqtisadi islahatlar həyata keçirməsinə imkan vermirlər. Bu insanlar hər an ölkədə qarşılıq salıb, islahatların həyata keçirilməsinə mane olurlar.

Düzdür, indi bizə televiziyada bu sahədə açıq danışmaq üçün şərait yaratmırlar. Ancaq biz o qüvvələrin üstündə getməliyik və prezidentə kömək etməliyik. Vaxtilə Heydər Əliyevə xəyanət edən insanlar indi İlham Əliyevin ətrafında toplanıblar. Biz bu zümrəni ölkə prezidentindən kənarlaşdırmaq istəyirik. 

Mitinqlərin effektiv təsirinə gəlincə, bu xalqın təşəbbüsündən asılı olacaq. Azərbaycan xalqı öz taleyinə biganə yanaşmamalıdır. Əgər Azərbaycan xalqı bu quldur dəstədən canını qurtarmaq və yaxşı yaşamaq istəyirsə, öz sözünü deməyi bacarmalıdır. Biz partiya olaraq gücümüz çatanı edəcəyik. Əgər Azərbaycan xalqı öz taleyinə biganə qalacaqsa, o zaman Ziya Məmmədovun oğlanları, nazirlər pulumuzu xaricə çıxarıb özlərinə daşınmaz əmlak alacaqlar. İndiki zamanda Azərbaycan xalqının sözü vacibdir. Xalq öz haqqını tələb etməyəcəksə, elə layiq olduğu həyatı yaşayacaq. Biz bu sahədə səfərbərlik edərək neftimizin, qazımızın başqa dövlətlərə satılmamasının və ya məmurların isifadə etdikləri kommunal xərclərin xalqdan çıxarılmamasına çalışmalıyıq. Biz çalışırıq ki, bu sahədə hədəfi dəyişək. 

Məndə olan məlumata görə, ölkədəki bir qrup nazirlər, yüksək rütbəli məmurlar inqilab etməyə çalışırlar və onların yığdıqları rüşvət, prezidentə etdikləri gizli xəyanətin üstü açılmasın. İndi üstü açılanlardan bir hissəsi Eldar Mahmudovun işi, bir hissəsi isə korrupsiya ilə bağlı Rabitə Nazirliyinin işi oldu. Digər nazirliklərdə də  yoxlama aparılsa, bundan 10 dəfə pis olacaq. Ona görə də xalqımız öz taleyinə biganə yanaşmamalıdır.

Bu gün ictimai yerlərdə hər kəs prezidentdən şikayət edir ki, prezident hara baxır? Niyə demirlər ki, Artur Rəsizadə hara baxır? Niyə demirlər ki, İqtisadi İnkişaf Nazirliyi hara baxır? Niyə demirlər ki, Maliyyə naziri maliyyədən xəbərsiz bir insandır? Yəni, biz bunları xalqa başa salmalıyıq”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar