Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xətt sənətinin banisi Əli ibn Əbu Talib (ə) olub” – Xəttat Rəşad Ataşovla müsahibə


Rəşad Ataşov: “İslamın görüntü olaraq tənəzüllə getməsinin səbəblərindən biri bəzi alimlərin məhdudları oldu. Məsələn, rəssamlığın, heykəltaraşlığın haram olduğunu irəli sürdülər”


“Birmənalı olaraq, xəttatlıq sənətinə maraq olmadığını demək olmaz. Sadəcə maraq azdır. Çünki İslam dini adına çox məhdudiyyətlər qoydular”.

Azərbaycan xalqının yaşatdığı qədim sənət növləri içərisində xəttatlığın özünəməxsus yeri olub. Vaxtilə Azərbaycanda geniş vüsət alan və olduqca məşhur olan xəttatlıq sənəti sonralar çap üsulunun meydana çıxması ilə sıradan çıxdı. Lakin buna baxmayaraq, Azərbaycan xəttatlarının xəttatlıq nümunələri gələcək nəsillər üçün bu gün də qorunur və onlar üzərində tədqiqatlar aparılır. Hal-hazırki dövrdə xəttatlıq sənəti qismən unudulub. Bununla yanaşı, xəttatlığı yaşatmağa çalışan gənclər də var. Bu gənclərdən biri də xəttat Rəşad Ataşovdur.

Xəttat Rəşad Ataşovun PİA.AZ-a verdiyi müsahibəni oxucularımıza təqdim edirik:

- Rəşad bəy, xəttatlıq yazı sənəti İslamın simvolu kimi qəbul edilir. Eyni zamanda müsəlman dünyasının əsas sənət sahələrindən birinə çevirilib. Xəttatlıq yazı sənətinin tarixi barədə nə deyə bilərsiniz?

- Xəttatlıq İslam mədəniyyət və incəsənətinə daxil olsa da, ümumilikdə Şərq mədəniyyəti kimi qəbul olunur. Xəttatlığın tarixi dördüncü xəlifə, İmam Əlidən (ə) başlayır. Xəlifə Əli Kufə şəhərində yaşadığına görə və  yazı üslubu çox gözəl olduğuna görə məhz kufi xətti ilə yazılıb. Beləliklə xətt sənətinin, "Kufi" xəttinin banisi Əli ibn Əbu Talib (ə) olub. Zaman keçdikcə insanlar bu xətti inkişaf etdirməyə başladılar. Kufi xəttinin özünün 4 əsas növü vardır: kufi nəsx, kufi süls, kufi həndəsi və kufi şikəstə. Süls xətti X əsrdə məşhur ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muğlə tərəfindən ixtira olundu. Süls xəttinin lüğəvi mənası “üçdə bir” deməkdir. Süls xətti daha çox Türkiyədə, Misirdə, Suriyada, Mərakeşdə  geniş yayılıb. 

Şikəstə xətti XII əsrdə nəsx xətti əsasında yaradılıb. Sınıq xəttlərdən ibarət olduğuna görə ona belə bir ad verilib. Daha sonra nəsx və təliq xəttləri meydana gəldi. XIV əsrin sonlarında isə məşhur xəttat Mir Əli Təbrizin nəsx və təliq xətlərini əlaqələndirməsi  nəticəsində nəstəliq xətti yarandı. Nəstəliqin  süls xəttindən fərqi  odur ki, nəstəliq  biraz maili, süls isə iç-içə yazılır. Nəstəliq xətt növü əsasən, əlyazma kitablarının üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında geniş tətbiq olunub. 

Nəstəliq xətti daha çox İranda, Pakistanda, Hindistanda, Qətərdə geniş istifadə olunur. Xətt sənəti Çində, Yaponiyada və digər ölkələrdə də olub. Bu sənətin adı ümumilikdə “hüsnü-xətt” yəni, kalliqrafiya  gedir. Mən əsasən sırf süls, kufi və ya nəstəliq xətti ilə yazmıram. Hər üçü xəttin birləşməsindən istifadə edirəm. İslam dönəmlərində hər hansısa məxfi materialları qasidlərə mürəkkəb məktub şəkilində yazardılar. Həmin məktubu yalnız digər sərkərdənin qasidi oxuya bilirdi. 


Rəşad Ataşov: “Potreti xəttlərlə çəkmək marağım Məhəmməd Füzuliyə olan sevgimdən qaynaqlanmışdı”


- Siz digər xəttatlardan fərqli olaraq, hərflər vasitəsilə rəsimlər də çəkirsiniz. Sizdən öncə bu üsuldan istifadə edənlər olub?

- Bəli. Xəttatlıq dünyaya yayılmış bir sənət növüdür. Çox mürəkkəb sənət olduğuna görə əksər insanlar bu sənətdən uzaq dururlar. Xəttatlıqda əsasən bambukdan, xüsusi olaraq kömürdən hazırlanmış mürəkkəbdən, yumurtadan və zəydən hazırlanmış kağızlardan istifadə olunur. Kətan üzərində xəttatlıq olmur. Rəssamlıqda kətan üzərində rəsm çəkmək mümkündür. Xoşun gəlməyən yerlərə kölgə vermək olur. Ancaq xətt sənətində bu mümkün olmur. Məndən öncə xəttatlıqla rəsmin vəhdətini bir araya gətirənlər olub. Məsələn, "insan namaz qılır”, balıq üzərində “Bismillah”,  başqa heyvanlar üzərində ayələrin əks  olunması və s... Ancaq xəttatlıqda  sırf rəsmlə xətt  sənətini bir  araya  gətirən vəhdət  olmayıb. Mən hansısa insan rəsmini minimumdan çıxarıb, maksimuma doğru əksər etdirəcək səviyyəyə gətirə bilmişəm. Rəsmdə kölgədən, effektlərdən istifadə olunur, lakin xətt üslubunda kölgədən istifadə olunmur. Sadəcə hərfləri yazırsan və bu hərfləri elə yerləşdirməlisən ki, insan maksimum oxşasın. 

- Bəs nə vaxtdan xəttatlığı insan rəsmləri üzərində yoxlamağa başladınız?

-1999-2000-ci illərdə Bakıda İran sərgiləri, Misir və Türkiyə mədəniyyət günləri keçirildi. Mən həmişə o sərgilərdə olurdum və ora gələn xəttatlardan baxıb götürürdüm. Bu sahədə xüsusi olaraq müəllimim olmayıb. Rəssamlığı bacarırdım. O vaxtlar xalq rəssamı Mübariz Gəncəlidən insan anatomiyasını öyrəndim. Xəttatlığa olan həvəsim rəsamlıqdan deyil, oxuduğum “Quran” ayələrindən yaranıb. 14-15 yaşlarımda «Bismillahir-Rəhmanir-Rəhim» yazmışdım. İstəyirdim elə iş görüm ki, o kreativ olsun. İlk dəfə bu üsulu Məhəmməd Füzulidə sınamaq istəmişdim, amma tamamlaya bilmədim. Bir müddətdən sonra Nəsrəddin Tusini çəkməyə başladım və bu alındı. Potreti xəttlərlə çəkmək marağım Məhəmməd Füzuliyə olan sevgimdən qaynaqlanmışdı. Lakin hələ də o portreti tamamlaya bilməmişəm. Çünki hərflərin yerləşdirməsini hələki tapa bilmirəm. Yaxın 1 il ərzində əl işlərimi sosial şəbəkələrdə paylaşmağa başladım. Rəssamlıq Akademiyasında çalışan Minə müəllimə də mənə stimul verdi. 

- İstənilən rəssam xəttat ola bilər?

-Xeyr, istənilən rəssam xəttat ola bilməz. Amma xəttatın əl qabiliyyəti mütləq olmalıdır. Xəttat rəsm çəkə bilər, amma rəssam xətt çəkə bilməz. 


Rəşad Ataşov: “Xəttat olmaq üçün ərəb dilini bilmək vacib deyil”


- Bəs xəttat olmaq üçün nə lazımdır?

- Çoxları elə bilir ki, xəttat olmaq üçün ərəb dilini bilmək lazımdır. Xeyr, xəttat olmaq üçün ərəb dilini bilmək vacib deyil. Amma ərəb dilində  yazmağı  bacarmaq  lazımdır. Amma bu da xəttatlıqm üçün kafi  deyil. Yəni  bu  istedada  bağlı bir şeydir. İstedad olmayandan  sonra  dil yaxud  üzündən oxumaq xəttat  olmağa  əsas vermir. Ümumiyyətlə, dilin yazı üslubuna aidiyyatı yoxdur. Çünki dil və  oxunuş arasında fərqlər var. Ərəb dilini bilə bilərsən, amma onu düzgün istifadə etməmək də mümkündür. Rəssamlığın xətt sənəti ilə  həm əlaqəsi var, həm də yoxdur. Məsələn, rəssam hazır şəkilə baxıb çəkə bilər, amma xəttatlıq da fərqlidir. Hərflərin uzanmasının ölçü meyarı var. Rəssam xəttat olmaq istəyirsə, bunu bilməlidir. 

- Xəttatlıq inkişaf etdikcə bir çox xətt növləri yaranmağa başladı. Xəttatlığa bağlı olaraq əbru, təzhib və cild sənətləri yaranıb. Əsasən gənclər arasında əbru sənətinə maraq daha çoxdur. Xəttatlıq sənətinə isə maraq yoxdur? Bunun səbəbi nədir?

- Birmənalı olaraq, xəttatlıq sənətinə maraq olmadığını demək olmaz. Sadəcə maraq azdır. Çünki İslam dini adına çox məhdudiyyətlər qoydular. İslamın görüntü olaraq tənəzüllə getməsinin səbəblərindən biri bəzi alimlərin məhdudları oldu. Məsələn, rəssamlığın, heykəltaraşlığın haram olduğunu irəli sürdülər. “İnsanın şəklini çəkəndə gərək ona ruh  verəsən” kimi anlayışı ortalığa atdılar. Əslində bu absurd yanaşmadır. Ⅶ əsrdə Peyğəmbərin( s.a.s)  dönəmində cərəyan edən mövzular tam fərqli idi.Rəssamlığın, heykəltaraşlığın haram olması barədə Quranda hansısa ayə yoxdur. Amma o dövrdə təqdirəlayiq hədis də olmadı. Ona görə də alimlər rəssamlığı, heykəltaraşlığı, musiqini haram hesab etdilər. Orta əsrlər iltihab dövründə İslam alimləri daha çox elmli olublar. Məsələn, Nəsirəddin Tusi astronomiya, riyaziyyat, tarix və bir çox elmlərə yiyələnib, hətta xəttatlıqla da məşğul olub. Bir müddətdən sonra bəzi alimlər saxta hədisləri örnək götürdülər və hər şeyi fundamentalist dinlə uzlaşdırdılar. 


Rəşad Ataşov: “Sifariş edənlər aşağı təbəqəyə aid olmurlar”


- Xəttatlığa marağı necə yaratmaq olar?

- Mənə görə təsirlənmək və təsir etmək əsas meyar ölçüsüdür. İnsan təsirlənməsə, qarşı tərəfə təsir edə bilməz. Xəttatlığla sırf şöhrət qazanmaq, şəxsi mənafeələrimi güdmək üçün məşğul olmuram. Xəttatlıq ilhama bağlıdır. 

- Ümumiyyətlə, bu sahə gəlir gətirən sahədir? Əl işlərinizi satmaq sizi dolandırır?

- Mən sırf bu işlə məşğul olmuram. Başqa işlərimdə var. Amma xəttatlığa hobbi kimi yox, sevdiyim sənət kimi yanaşıram. Çalışıram ki, daha da inkişaf etdirim. 

- Sifarişləriniz olur?

- Bəli, sifarişlərim olur. 

- Tələb çoxdurmu? Və hansı təbəqə daha çox sifariş edir? Varlı, yoxsa?

- Tələblər çox olur. Əsasən bildirirəm ki, verilən şəkillər öndən olmasın. Çünki ərəblərdə hərflər soldan sağa yazıldığına görə, öndən işləmək çox çətindir. Sifariş edənlər aşağı təbəqəyə aid olmurlar.

- Bəs bazarda ortalama qiyməti neçədir?  

- Bu haqda açıqlama vermək istəməzdim. Bunu kiçik sirr kimi qəbul edin. (red: gülür)

Gülşən ŞƏRİF
pia.az


Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar