Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəzər sammiti əməkdaşlığa böyük töhfədir”


Milli Məclisin deputatı Fuad Muradov Həştərxanda keçirilən 4-cü Xəzər sammitində və Rusiya Azərbaycanlıları Gənclər Təşkilatı-AMOR –un 5-ci konfransında iştirak edib


 Deputat bununla bağlı öz təəssüratlarını bölüşüb. 

- Həştərxanda keçirilmiş Xəzəryanı dövlət başçılarının 4-cü sammitində iştirak etdiniz. Bu sammitlə bağlı hansı qənatələriniz var?

- Həştərxanda keçirilən dördüncü Xəzər sammiti hövzə ətrafında yerləşən dövlətlərin birgə əməkdaşlığına böyük töhfədir.  Bu sammitdə Xəzər dənizinin statusunun müəyyən olunması üçün sahilboyu dövlətlərin xoş niyyəti və əməkdaşlıq imkanları bir daha təsdiq olundu. Azərbaycan həmişə Xəzər dənizin sülh və əməkdaşlıq dənizi olmasını bəyan edib. Rəsmi Bakı  dənizin ədalətli bölünməsinin və su səthinin birgə istifadə olunmasının tərəfdarı kimi çıxış edib. 

Sammitdə müzakirə mövzusu olmuş bəzi detallar bir daha nəzərdən keçirildi. Azərbaycan bəyan etdi ki, dənizin dibinin orta xətt üzrə bölünməsini dəstəkləyir. Bununla yanaşı sammitdə  dənizin unikal muhitininin qorunması, Xəzərin bialoji müxtəlifliyi ilə bağlı aparılmış müzakirələr də son dərəcə aktual idi. Dövlət başçılarının imzaladığı sazişlərdə dənizdə tərəfdaş olan ölkələrin birgə işini koordinasiya edən qurumun yaradılması da diqqətçəkən fakt oldu. Birgə bəyənatda əks olunan digər tezis sahilyanı dövlətlər bir-birinin ərazi bütövlüyünə, müstəqilliyinə hörmət olunmasının vacibliyi haqqında bənddir. Prezident İlham Əliyevin sammitdəki çıxışı rəsmi Bakının Xəzərin statusu ilə bağlı Azərbaycanın tutduğu mövqeyinin dəyişməz olduğunu bir daha nümayiş edirdi.  

- Siz həmçinin Moskvada Rusiya Azərbaycanlıları Gənclər Təşkilatı-AMOR -un 5-ci konfransına da qatıldınız.  Bu Konfrans nə ilə bağlı idi? 

- Mən Moskvada AMOR-un təşkil etdiyi 5-ci konfransın işində də iştirak etdim.  “AMOR: dialoq və fəaliyyət” adlanan bu tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyeva, Moskvadakı səfirimiz Polad Bülbüloğlu, Rusiya Dövlət Dumasının, Federasiya Şurasının, Moskva hökümətinin  nümayəndələri və Rusiyanın ali məktəblərində oxuyan tələbələr iştirak edirdi.  Leyla xanım öz çıxışında AMOR-un 7 illik fəaliyyəti dönəmində həyata keçirilən tədbirlər barədə danışdı. Qeyd edim ki, təşkilatın məqsədi azərbaycanlı gəncləri birləşdirmək, onların rus cəmiyyətinə inteqrasiyasına kömək etmək, onların ideyalarını dəstəkləməkdir. Hazırda Rusiyada AMOR-un 70 regional şöbəsi fəaliyyət göstərir. 

Təşkilatın hədəfləri çoxşaxəlidir. Məsələn, AMOR 3 ildir ki, ətraf mühiti qorumaq üçün İDEA adlı kampaniya aparır.  Bunun üçün müxtəlif sərgilər, tədbirlər keçirir, filmlər çəkir. Çox xoşdur ki, AMOR-un dəvəti ilə rus tələbələri Azərbaycana gəlir, bizim mədəniyyətlə yaxından tanış olurlar. Konfransda vurğulandı ki, AMOR əsas hədəflərindən  biri tolerantlıqdır. Tolerantlıq Azərbaycan kültürününn bir normasıdır və dünyada çox az belə nümünələr var. Bütün bunlar barədə ətraflı danışldı. AMOR Rusiyadakı azərbaycanlı gəncləri birləşdirməkdə çox böyük rol oynayır.

Çox böyük iftixar hissi ilə vurğulandı ki, gələn il Bakıda 1-ci Avropa Oyunları keçirləcək, 2016-cı ildə isə Şahmat Olimpiadası baş tutacaq. Bütün bunlar ölkəmizin gücünün və etimadının bariz təcəssümüdür. Qeyd edim ki, Azərbaycan dövləti hər zaman ölkədən kənarda fəaliyyət göstərən gənclər təşkilartlarını dəstəkləyib. Bu baxımdan AMOR-un həyata keçirdiyi bütün tədbirlər Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətinə söykənir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar