Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xoşbəxt uşaqlığımıza görə Sizə minnətdarıq Ulu Öndər” adlı tədbir keçirildi



2009-cu ildən fəaliyyətə başlayan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilib


PİA.AZ xəbər verir ki, bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə ümumilikdə 52000-dən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 15 minə yaxın istifadəçi faydalanıb.

Mərkəzdə müxtəlif tədbirlər keçirilir, yeni-yeni layihələr reallaşır. Belə layihələrdən birinə 2014-cü ilin sentyabr ayından start verilmişdir. Layihəyə uyğun olaraq rayonda 1-ci sinifdə təhsil alan şagirdlər tərtib olunmuş cədvələ əsasən hər həftənin çərşənbə axşamı günləri Heydər Əliyev Mərkəzi ilə tanış olurlar. Gənc Heydərçilər cərgəsinə qoşulmaq üçün ilk addımlarını atan şagirdlər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı eksponatlarla yaxından tanış olur, Mərkəz haqqında ətraflı məlumatlandırıldıqdan sonra Mərkəzin Elektron lektoriya zalında Heydər Əliyevin həyatından bəhs edən filmə tamaşa edirlər. 

2014-2015-ci tədris ilinin başa çatması ilə əlaqədar 1-ci sinif şagirdləri ilə “Xoşbəxt uşaqlığımıza görə Sizə minnətdarıq Ulu Öndər” adlı tədbir keçirilmişdir. Məktəblilər əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında yekun məşğələsi keçirilmişdir. Yekun məşğələsində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etmişdir ki, adi vətəndaşdan böyük şəxsiyyətə qədər hər kəsin bir insan kimi dəyəri onun mənsub olduğu cəmiyyət, öz xalqı, doğma Vətəni üçün gördüyü işlərin, göstərdiyi əvəzsiz xidmətlərin yekunu, bəşəri miqyası ilə müəyyənləşdirilir. Bu baxımdan Heydər Əliyevin Azərbaycan tarixində yeri müstəsna, əvəzedilməz və əbədidir. Heydər Əliyev müdrikliyindən, taleyin ona qismət etdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etmişdir. Ulu Öndər bütün həyatını doğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Bu bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq. Müstəqil Azərbaycan Respublikası  bu gün Heydər Əliyev yolu ilə inamla irəliləyir və inkişaf edir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirmiş və mövqelərini daha da möhkəmləndirib.

İqtisadi inkişaf tempinə görə dünya miqyasında lider ölkəyə çevrilən Azərbaycan ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. İyun ayının 12-də isə ölkəmiz I Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir.

Sonra beş yüzdən artıq “Gənc Heydərçi” Heydər Əliyev parkında “Bayraq meydanı”, adı çəkilən meydanda “Günəş saatı”, gənc heykəltəraşların əl işlərindən ibarət heykəltəraşlıq  bağçası simpozimu ilə tanış oldular. 
Parkda musiqili fəvvarələrin ətrafında amfiteatrı olan meydanda  87 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı “Xoşbəxt uşaqlığımıza görə Sizə minnətdarıq Ulu Öndər” adlı ədəbi-bədii kompozisiya göstərildi. Ədəbi-bədii kompozisiyanı “Gənc Heydərçi”lər maraqla izlənib.

2015-2016-cı tədris ilində də 1-ci sinif şagirdlərinin Heydər Əliyev Mərkəzi ilə tanışlığı davam etdiriləcək.

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar