Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaxın saatlarda hər şey aydın olacaq“


"Sankt-Peterburq görüşü ən yaxın saatlarda hərb ssenarisinin olub-olmayacağına aydınlıq gətirəcək"


Bu sözlər politoloq Tofiq Abbasovun Axar.az-a verdiyi açıqlamada yer alır. 

Ekspert prezidentlərin bu gün baş tutacaq Sankt-Peterburq görüşü ilə bağlı danışıb:
 
“Kazan görüşünün potensialı indi kara gəlir, lakin bunu tam pozitiv adlandırmaq olmaz. Yəni Kazan formatından qalan bəzi çətinlik və anlaşılmazlıqlar, sadəcə, nəzərə alınır. Digər tərəfdən isə müharibəyə “hə” demək olmaz və vasitəçilər də daim sülh yolunun ona görə alternativsiz olduğunu diqqətə gətirirlər ki, tərəfləri güc vasitəsindən yayındırsınlar. 

Lakin sülh meydanında ermənistansayağı daim eksperimentlərə yol verməklə işi dalandan çıxarmaq mümkün olmayacaq. Əgər siyasi proses axsayırsa, deməli, Ermənistan şərait yaradır ki, status-kvo pozulmasın. Bu isə rəsmi Bakının maraqlarına ziddir və onu qane edə bilməz. Vasitəçilər bir ağızdan “müharibəyə yol verməyin” desələr də, hərbi toqquşmaları istisna etmək olmaz. Sankt-Peterburq görüşü ən yaxın saatlarda hərb ssenarisinin olub-olmayacağına aydınlıq gətirəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar