Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeddi rayonun qaytarılması alver predmetidir“


Rasim Musabəyov: “Rusiyadan şirnikləndirici təklif ola bilər”; Ərəstun Oruclu: “Bu, alver predmetidir”


“Yeddi rayonun qaytarılması təklif kimi səslənir. Rusiyalı politoloqlar tərəfindən belə fikirlər eşidirik. Ancaq Kremldən ciddi şəkildə hər hansı şərt irəli sürülməyib. Bu yeddi rayonun hansı formada qaytarılması müzakirə predmeti ola bilər. Amma ilk növbədə detallar açıqlanmalıdır, konkret şərtlər irəli sürülməlidir ki, müzakirə aparılsın, birmənalı fikir söyləmək olsun. Hələlik Rusiyadan belə bir təklif olmayıb”.

Bu sözləri deputat - politoloq Rasim Musabəyov “Yeni Müsavat”a son günlər işğal olunmuş yeddi rayonun Azərbaycana qaytarılması ilə bağlı  məsələnin yenidən gündəmə gəlməsinə münasibət bildirərkən dedi. Politoloqun fikirincə, bu barədə əvvəlcədən bir söz demək çətindir: 

“Bu, Rusiya tərəfindən bir şərt kimi qoyulsaydı, onu müzakirə etmək olardı. Bunun qarşılığında Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü şərt kimi qoyulmayıb. Azərbaycan iqtisadiyyatda Belarusu üstələyib. Ermənistan isə cılızdır. 

Onun Avrasiya İttifaqına qoşulması Rusiya üçün o qədər də mühüm hadisə deyil. Azərbaycan isə bu ittifaqa fayda verə bilər. Hərçənd ki, bizim bu ittifaqa qoşulmağımız özümüzə xeyir gətirməyəcək. Rusiya tərəfindən şirnikləndirici təklif kimi yeddi rayon məsələsi gündəmə gətirilə bilər. Amma reallaşacağını demək mümkün deyil". 

Politoloq Ərəstun Oruclu isə hafta.az-a açıqlamasında deyib ki,  yeddi rayonun qaytarılması əslində alver predmetidir. Onun fikirincə, Rusiyanın rəsmi dairələri deyə bilmədiklərini politoloqlarına hər hansı bir yazı ilə söylədirlər: “Təxminən 2-3 ay əvvəl ATƏT-in  Minsk Qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayonun qaytarılması məsələsini  gündəmə gətirdi. Sonradan Vaşinqton bunu Dövlət Departamenti səviyyəsində təsdiq etdi. 

Ən yüngül formada desək, bu alver predmetidir. Yeddi rayonun qaytarılması, mübahisəli Dağlıq Qarabağ ərazilərinə sülhməramlı yerləşdirmək deməkdir. Həmçinin Rusiyanın niyyəti bu məsələni yenidən gündəmə gətirməklə, Azərbaycanı Gömrük İttifaqına aparmaqdır. 
Bundan başqa, Kremlin yeddi rayonun qaytarılması ismarışının arxasında Moskvanın Xəzərin Azərbaycan sektorunda möhkəmlənmək niyyəti dayanır. Düşünürəm ki, istənilən halda Azərbaycan bunların heç birini qəbul etməməlidir".

Xatırladaq ki, son bir həftə ərzində Rusiya mediasında ard-arda rus politoloqları tezliklə Azərbaycanın işğal altında olan yeddi rayonunun qaytarılması məsələsini gündəmə gətirib. Onlar bu məsələnin qarşılıqlı razılaşma əsasında mümkün olduğunu bildirib. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə Azərbaycanın mövqeyinin birmənalı olduğunu bildirib: “Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar mövzusu ola bilməz”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar