Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni Qəbələ RLS Azərbaycanı da qoruyacaq” - Rusiyalı politoloq


Rusiyanın Qəbələdəki yeni RLS-i Azərbaycanı da üçüncü tərəfin hücumlarından qoruyacaq


PİA.AZ minval.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov Azərbaycan ərazisində yeni Rusiya radio-lokasiya stansiyasının qurulması mümkünlüyünü şərh edərkən bildirib.

“Voronej - DM” RLS-in inşası və istismara verilməsi - əgər bu məsələ reallaşsa – Rusiya-Azərbaycan əlaqələrini daha da möhkəmlədəcək, çünki RLS-in digər üstünlükləri ilə yanaşı, Rusiyanın dost Azərbaycanın ərazisinin müdafiəsi imkanlarını da xeyli genişlədndirəcək” – deyib ekspert.

Onun sözlərinə görə, Yaxın Şərqdən həm də Güney Qafqaza doğru sürətlə yayılmaqda olan gərginliyin və İŞİD tipli beynəlxalq terror təşkilatlarının raket kompleksləri və kütləvi qırğın silahlarına nəzarət i ələ keçinmək ehtimalının yüksək olması nəzərə alınarsa, yeni RLS tikintisinə dair Moskva ilə Bakı arasında anlaşma çox mühüm müdafiə əhəmiyyəti daşıyır.

“Məsələnin iqtisadi aspekti də var: RLS tipli böyük enerji tutumlu bir obyektin inşası və sonrakı istismarına özünəməxsus investisiya layihəsi kimi də baxmaq olar. Biz hələ RLS ehtiyacları üçün ərazilərin istifadəsinə görə Rusiya tərəfindən ödəniləcək icarə haqqını demirik. Onun məbləği hələ ki, KİV-ə məlum deyil” - əlavə edib politoloq.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı Rusiyanın Qəbələdə yeni və daha modern ”Voronej - DM” tipli RLS tikmək fikrində olduğu haqda məlumat yayıb. 

Rəsmi Bakı bu qəbildən məlumat və iddialara hələ ki, hər hansı reaksiya verməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar