Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ziya Məmmədov mənə deyib ki, aldığım rüşvətin 5 faizi mənə qalır“


"Heydər Əliyevi təhqir edən birini deputat edib sayt açıb ayda 50 min verirlər"


Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda prezident İlham Əliyev çıxışında sensasion sayıla biləcək bəyanatlar səsləndirib. 

Ölkə başçısı bildirib ki, hazırda o, bir sıra dairələrin hədəfindədir.

Dəfələrlə prezidentə qarşı xüsusi planların olduğunu bildirən Müasir Müsavat sədri Hafiz Hacıyev açıqlamasında bildirdi ki, onun bu günə qədər qeyd olunan məsələlər barədə dediklərini bəzi dairələr qulaq ardına vurublar:

“Mənim dediklərim hər zaman həyatda öz təsdiqini tapıb. Çox təəssüflər olsun ki, dediklərimi bəzən bəzi dairələr qulaq ardına vurublar. Artıq prezident bu gün özü açıq aydın formada bildirdi ki, onu hakimiyyətdən devirmək istəyən qüvvələr var. Bu qüvvələr gecə-gündüz çalışır ki, ölkə başçısını devirsinlər. Onlar bir sıra qüvvələrlə sıx əlaqədədirlər. Daxildə sabotajlar edib xaricdə ölkə başçısına mənfi imic yaradırlar. Onlar daxildə elə işlər həyata keçirirlər ki, bu işlər xaricdən prezidentə qarşı yönəlir. Mən prezidentə ən sadiq insan olsam da bu gün çox pis şəraitdə, kirayələrdə yaşayıram. Mən bütün həyatımı prezidentə həsr etmişəm. Ona qarşı xəyanət etmiş şəxsləri izləyirəm, axtarıram, araşdırıram. Bunu ilk dəfə sizə deyəcəm, hətta günlər olub ki, gecələr üzümə maska taxıb maşın güdmüşəm. Mən qardaşımı xəyanəkarlardan müdafiə etmək üçün hər şeyə hazıram. Prezidentin ətrafında olan bəzi nazirlər kinayə ilə mənə deyirlər ki, İlham Əliyev sənə bir ev belə verməyib, amma sən onu müdafiə edirsən. Təbii ki, belə insanların sözü mənim üçün əsas deyil, mənim üçün əsas prezidentə və dövlətçiliyə xidmətdir. Bu gün İlham Əliyev əsas hədəfdir. Hamını prezidentə qarşı qaldırmaq istəyirlər, ona qarşı olan qüvələrə pul paylayırlar. Təsəvvür edin ki, Heydər Əliyevi təhqir edən birini deputat qoyurlar, sonra ona sayt açıb 50 min ayda pul verirlər. Biz bütün bunları çox gözəl görürük, kimin kim olduğunu da bilirik.

Bu gün təxribatçı qüvvələr ölkədə insan hüquqlarına qarşı hörmətsizlik edirlər, yersiz həbslər həyata keçirirlər. Bir jurnalisti həbs edirlər və bütün dünya buna etiraz edir. O vaxt mən Leyla Yunus və Xədicə İsmayıl həbs olunanda bildirdim ki, bu birbaşa prezidentə qarşı yönəlmiş addımdır. Belə də oldu. Qərbdə İlham Əliyevə qarşı geniş kampaniyalar başladı. Sabotajı görən prezident ittiham olunan şəxslərin bütün lazımı məhkəmə proseduru bitdikdən sonra o şəxslərin azad olmasına şərait yaratdı. Azərbaycanda kənd təsərüfatında vəziyyət çox pisdir, işsizlik geniş yayılıb. Amma prezidentə yalandan məlumat verirlər. Yaxud da Qarabağ məsələsində üzdə bir söz deyirlər, arxada başqa şeylər deyirlər. Rüşvət alırlar, yalandan deyirlər haqqın bir hissəsi yuxarı çatacaq. Ziya Məmmədov mənə açıq formada deyib ki, aldığım rüşvətin 5 faizi mənə qalır. Bu biabırçılıqdı, mən bunu danışmamalıyam, amma məcburam deyim, məni öldürə də bilərlər. Ziya Məmmədov və oğlu prezidentə xəyanət edir. Vorovski qəsəbəsində özlərinə villalar tikirlər, sonra deyirlər ki, bizim mülklər əlimizdən alınıb, Heydər Əliyev Fonduna keçirilib. Onlar xaricdən gələn nümayəndələrə gizli formada donos verirlər. Qərb də bunlara əsaslanaraq prezidentə qarşı çıxışlar edir.”(moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar