Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ Ermənistan o dərəcədə balacadır ki,...“


Rusiyalı politoloq Modest Kolerov bir müddət öncə “Regnum” agentliyindəki analitik yazısında Cənubi Qafqazla bağlı maraqlı və kifayət qədər də təhlükəli proqnozlar yayımlayıb


O, Qarabağın Moskva tərəfindən tanınacağını, Azərbaycanın İranı provokasiyaya çəkəcəyini iddia edib.
 
Kremlin qeyri-rəsmi sözçüsü kimi tanınan Modest Kolerovun Axar.az-a eksklüziv müsahibəsini təqdim edirik:
 
- Cənab Kolerov, siz “Regnum” agentliyindəki məqalənizdə Azərbaycanın İranı yaxın gələcəkdə provokasiyaya çəkəcəyini qeyd edirsiniz. Bu iddianızın səbəbi nədir?
 
- Mən İranda, o  cümlədən Azərbaycan əsilli elitada bu hərəkətlərə qarşı münasibətin necə olduğunu bilirəm. Hər şey çox sadədir. Tehranda Bakının Güney Azərbaycanı özünə birləşdirəcəyi barədə xəbərdar edilmiş şəxslər var.
 
- Siz həm də Qarabağın Rusiya tərəfindən tanınacağını deyirsiniz?
 
- Mən Rusiya Federasiyanın belə çıxılmaz vəziyyətdə qalacağını demişəm. Səbəb çox sadədir. Hər şey ABŞ-ın başlatdığı Böyük Yaxın Şərq planının necə reallaşacağından asılıdır.
 
- Bəs ABŞ-ın Qafqazla bağlı planı nədən ibarətdir?
 
- ABŞ hər kəsin bir-birinə qarşı vuruşduğu Qafqaz hazırlayır.
 
- Ermənistanın da məhv olacağını deyirsiniz...
 
- Ermənistan o dərəcədə balacadır ki, onun bundan sonra parçalanması və ya məhv olması qəti əhmiyyətli deyil.
 
- Axı Moskvanın köhnə rəqibi Türkiyə Qafqazda üstünlüyə yiyələnə bilər...
 
- Yox, yiyələnə bilməz. Onun bu dəqiqə əsas vəzifəsi müdafiədir. Amma bu müdafiənin təşkili üçün o Acarıstan və Naxçıvanı tam siyasi nəzarəti altına ala bilər.
 
- Rusiyanın parçalanması üçün də təhlükənin yaxınlaşdığı proqnozlaşdırılır.
 
- Mən bilirəm ki, Bakıda bu barədə danışmağı sevirlər. Doğrusu, terrorizmlə müharibə Rusiyada hələ də bitməyib. Rusiyanı hələlik heç bir parçalanma gözləmir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar