Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“​Binəqədidə yanan binada üç nəfəri xilas etdim…” – Polis əməkdaşı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib


“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə zərərçəkmişlər – Nigar Yahyayeva, Ləman Xudiyeva, Lenya Alekseyeva, Lətafət Hüseynova, Hilal İsmayılov, Səbahəddin Əliyev, Safura Mazanova, polis əməkdaşı Şahin Qocayev ifadə verib.

N.Yahyayeva ifadəsində bildirib ki, yanğın zamanı uşaqları ilə evdə olub: “Saat 10:30 radələrində mətbəxdən tüstü iyi gəldi. Qonşunun “binada yanğın baş verib” sözünü eşidib, “112”yə zəng vurdum. Mənə hadisədən xəbərləri olduğunu, hadisə yerinə gəldiklərini dedilər. Daha sonra uşaqlarla 16-cı mərtəbədən pilləkənlə aşağı düşmək istəsək də, tüstü buna imkan vermədi. Bizi Föqəladə Hallar Nazirliyinin əməkdaşları xilas etdi”.
L.Xudiyevanın isə hadisə zamanı evdə olmadıqlarını deyib. O, təqsirləndirilən şəxslərdən mənzilə dəyən zərərin ödənilməsini istəyib.
L.Hüseynova qeyd edib ki, hadisə günü oğlu binanın yaxınlığında yerləşən xəstəxanada əməliyyat olunub: “Xəstəxananın pəcərəsindən binamızın yandığını gördüm. Həmin zaman orada çoxlu maşınlar var idi. Bina yananda hüşumu itirdim, 5 dəqiqə sonra ayıldım. Biz mənzildə yaşamırdıq. Ayda bir dəfə evə baş çəkirdim”.

H.İsmayılov bildirib ki, yanan binadakı evində Kamil Səlimov adlı şəxs kirayədə yaşayıb.

S.Əliyev yanğın baş verən binanın yaxınlığında işlədiyini, hadisə zamanı köməklik göstərdiyini bildirib: “İkinci mərtəbəyə qədər qalxdım, blok çox tüstü idi. Aşağı düşəndə yıxıldım və ayağımı şüşə kəsdi. Bir ay işsiz qaldım, heç kim mənə kömək etmədi”.

S.Mazanova yanğın zamanı evdə olduğunu bildirib: “Bacım zəng edib binanın yandığını dedi. Tez aşağı düşdüm. Özünü atan Yaşar Nəcəfzadə bizim binada yaşayırdı, lakin onu tanımıram. Hətta məhkəməyə gələn şəxslərin də heç birini tanımıram”.

Polis əməkdaşı olan Ş.Qocayev bildirib ki, Binəqədi Rayon Polis İdarəsindən məlumat daxil olandan sonra yanğın baş verən əraziyə gediblər: “Həmin zaman iş yoldaşım Elvin Məmmədovla ora getdik. Mən 3 nəfəri binadan xilas etdim. Dördüncü şəxsə köməklik göstərəndə xəsarət aldım. Binadan özünü atan Yaşar Nəcəfzadəni ilk görənlər biz olduq. Onun meyiti blokun qabağında, suyun içərisində idi. Daha sonra onun meyitini təcili tibbi maşına qoyduq. Başı partlamışdı deyə, üzərinə odeyal atılmışdı”.

Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib.
Xatırladaq ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar