Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“​Maşın bazarı“ndakı yanğın qiymətlərə təsir edəcək?


Bakı şəhərinin Xətai rayonunda yerləşən avtomobil ehtiyat hissələri satışı bazarında ötən gün baş verən yanğının daxili bazardakı qiymətlərə təsiri qısamüddətli olacaq


PİA.AZ bildirir ki, bunu report-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

"Bu hadisə təqribən bir aya qədər müddətdə daha çox istismarda olan və servisi rəsmi servislər tərəfindən həyata keçirilməyən avtonəqliyyat vasitələrinin ehtiyyat hissələrinin dövriyyəsində təklifin azalmasına gətirib çıxaracaq. Bu da müəyyən qiymət artımına səbəb ola bilər", - deyə Mərkəzin rəhbəri bildirib.

"Lakin ola bilər ki, bu hadisə qiymətlərə cüzi təsir etsin. Amma bu təsirin uzunmüddətli olacağına inanmıram. Düşünürəm ki, bu daha çox iqtisadi baxımdan dəyərləndirilməli məsələ deyil. Digər tərəfdən nəzərə almaq lazımdır ki, yanan bazarın xırda detalların satıldığı ərazidir. O hissələrin də bazarda kifayət qədər alternativi var. Bu baxımdan, ancaq qısamüddətli təsirin olmasına inanıram", - deyə analitik vurğulayıb.

Xatırladaq ki, ötən gecə Xətai rayonu ərazisində (Babək prospektində) yerləşən avtomobil ehtiyat hissələri satışı bazarında (köhnə "Maşın bazarı") yanğın baş verib. Ümumi ərazisi 3 000 kv.metr olan bazarın 930 kv.metrlik hissəsi  yanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar