Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Beşinci kolon”u yaradan iqtidardır”


“Adam erməni ilə də qohum ola bilər...”


Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun son aylarda mətbuatda görünməməsi diqqətimizi cəlb etdiyindən onu aradıq. 

Bir ara ictimai-siyasi məsələlərə aktiv reaksiyaları olan kinorejissorun kənara çəkilməsinin səbəbini oyrənmək, aktual məsələlərə münasibətini soruşmaq, yaradıcılıq planlarına bələd olmaq istədik. Söhbətin əvvəlində ABŞ-dan yeni gəldiyi üçün bir həftə sonra zəngləşməyimizi istəsə də, israrımıza rəğmən danışmağa razılıq verdi. Öncə bildirdi ki, Amerika səfəri yaradıcılıq işləri ilə bağlı deyil, səhhətindəki problemlər və müalicəsi ilə əlaqədar olub. 

- Rüstəm bəy, bir ara film çəkilişi ilə əlaqədar Tiflisə gəlirdiniz. Bu işlər yekunlaşdı, yoxsa davam edir? 

- Ssenarisi mənə məxsus olan filmi rejissor Eldar Şengelaya çəkirdi, artıq montajı yekunlaşır, bu ilin axırınadək qurtaracaq. 

- Azərbaycana necə, gəlmək istəmirsiniz? 

- Hələlik yox. Çünki vəziyyət elədir ki, adamın başına bir oyun gətirilməyəcəyinə heç bir qarantiya yoxdur. 

- Məgər sizinlə bağlı təhlükə sovuşmayıb? İstintaq davam edirmi? 

- İstintaq-zad olmayıb. Bu yalan sözlərdir, nə istintaq? Orda süni iş qaldırmışdılar. Bizim festivalla, onun direktoru ilə bağlı iş qaldırıblar. Bu, mənimlə bağlı məsələ deyil və mənə aid istintaq işi yoxdur.

- Belə çıxır ki, sizə qarşı bir təhlükə olmadığından ölkəyə gələ də bilərsiniz...

- Yox, gələ bilərəm e. Mən çoxdan gəlmək istəyirəm, darıxıram, işlərim də çoxdur. Ancaq Bakıda baş verən hadisələri izləyirəm. Başa düşürəm ki, bir axmaq adamın başına bir fikir gəlsə, nə istəsən edərlər. Əsas problem odur ki, sonra geriyə buraxmazlar. Yəni orda bir şey etməsələr də, deyərlər ki, hələlik Azərbaycanda qal.
 
- Son vaxtlar Abbas Abbasovla bağlı silsilə məlumatlar yayıldı, onun ermənilərlə qohum olması, Ermənistanda iş qurması...

“Ukraynadan sonra Azərbaycana daha çox fikir veriləcək”


- (Sualı yarımçıq kəsir) Bilirsiniz, bu, çox biabırçı bir şeydir. Adam erməni ilə də qohum ola bilər, gürcü ilə də, amerikalı ilə də. Belə məsələləri qaldıranda biz özümüzü biabır edirik. Dünyada görürlər və deyirlər ki, gör nə vəhşi millətdir. Nə olar erməni ilə qohum olanda? Qurdalasan Azərbaycan rəhbərliyinin arasında çox adamın erməni qohumları var. Bu, nə deməkdir? Mən təmiz azərbaycanlıyam, yəni bununla fəxr eləməliyəm? Hər şey ola bilər. Mən belə məsələlərlə heç vaxt razılaşmamışam. Bu, vəhşi yanaşmadır. Erməni qohumları var, nə olar? Uşağın nənəsi erməni olub. Nə olsun?

- Yəni siz bu faktları təsdiqləyirsiniz, yoxsa...?

- Yox, mən də bunu qəzetlərdən oxumuşam. Özü ilə danışmamışam. 

- Ümumiyyətlə, Abbas Abbasovla əlaqələriniz qalırmı? 

- Bir neçə aydır heç bir əlaqəm yoxdur. Mən inanmıram ki, Abbas Abbasovun ermənilərlə birgə işləri olsun. Bu barədə onun özündən soruşmaq lazımdır. Ancaq bu qohumluq məsələsini qaldırmaq biabırçılıqdır. Heç yaraşmaz da.

- Abbas Abbasovun Azərbaycan əleyhinə iş aparması haqda fikirlərlə də yəqin tanışsınız? 

- Başdan-ayağa yalan məlumatlardır. Bunlar saxta məlumatlardır. Abbas Abbasov Azərbaycanın patriotudur, burda çox böyük işlər görür. Kimdir bu şayiələri buraxan, bununla məşğul olan, başa düşmürəm. 

- “Milyarderlər İttifaqı”nın digər üzləri ilə necə, təmaslarınız qalırmı? 

- Yox. Heç elə bir qurum yoxdur, uydurma şeydir. Onlar iki dəfə yığışıblar, ondan sonra isə bir ildən artıqdır yığışmırlar. Görüşəndə də qısaca söhbət edib dağılışıblar. 

- Rusiyanın Azərbaycandakı “Beşinci kolon”u ilə bağlı iddialar getdikcə ciddiləşir. Sizin bu haqda narahatlığınız varmı?

- Xeyr, mənim narahatlığım yoxdur. Çünki bunları başlayan, bu məlumatları yayan iqtidardır. Vaxtilə mənə deyəndə ki, siz Rusiyanın proyektisiniz, onda dedim ki, Rusiyanın proyekti mən deyiləm, bizim prezidentdir. Çünki o vaxt Putin Bakıya gələndə və məni ikinci vətəndaşlıqdan azad etməyəndə hər şey məlum oldu. Bu məsələ belədir ki, Rusiya ilə əlaqəni kəsmək lazım deyil. Amma Azərbaycan mütləq müstəqil olmalıdır, öz siyasətini aparmalıdır. Bunlar siyasi oyunlardır və ona görə də mən narahat deyiləm. İqtidarın özünün Rusiya ilə birgə planları var. Mənim bu barədə dəqiq məlumatım yoxdur. Amma iqtidarın marağı olmasa, belə şeylər də olmaz. “Beşinci kolon”u yaradan, onlara imkanlar tanıyan da iqtidardır. 

- Gömrük İttifaqı, Avrasiya Birliyi layihələrini gerçəkləşdirməyə çalışan Putinin Azərbaycanla bağlı planları, sizcə, haraya qədər reallaşa bilər? 

- Onu heç kəs bilmir. Çünki Putinin siyasəti heç bir proqnoza uyğun deyil, heç kəs onu proqnozlaşdıra bilməz. Amma mənə elə gəlir ki, Ukraynadan sonra Azərbaycana daha çox fikir veriləcək. 

- Bu, Azərbaycanın işğalı ilə nəticələnə bilər? 

“Mən inanmıram ki, Abbas Abbasovun ermənilərlə birgə işləri olsun”

- Yox, mən buna inanmıram ki, məsələ işğal həddinə çatsın. Amma təzyiqlər olmalıdır. Çünki Rusiyanın öz məqsədləri var. Mən deyə bilərəm ki, bu barədə Azərbaycanın xarici siyasəti yüksək səviyyədədir. Aydın məsələdir ki, Rusiyanın öz məqsədləri var. Azərbaycanla nə qədər sıx münasibətdə olsa, Rusiyaya o qədər də xeyirdir.   

- Azərbaycan siyasətində kimlərlə əlaqəniz var, Eldar Namazov, Cəmil Həsənli...

- Cəmil Həsənli ilə əlaqəm var, zəngləşirik, məsləhətləşirik. Amma Eldar Namazovla yoxdur. Başqa heç kəslə əlaqəm yoxdur. Deyə bilərəm ki, Azərbaycanda siyasi vəziyyət çox gərgindir. Mənə elə gəlir ki, bu, belə davam eləsə, biz özümüzü bütün dünyada biabır edəcəyik. Bu vəziyyətlə qurtarmaq lazımdır. Özü də mənasız bir şeydir. Qəribə məsələdir, xarici siyasət normaldır, amma daxildə yürüdülən siyasət çox biabırçı vəziyyətdədir.  

- Amerikadakı təmaslardan hansı qənaətə gəldiniz, Qərbin Azərbaycana münasibəti necədir? 

- Bu dəfə mən elə müalicə ilə məşğul idim, heç kəslə görüşmədim. Amma sizə deyim ki, artıq Qərbin Azərbaycana münasibəti xeyli dəyişib. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar