Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Bursaspor” “Koper”dən güclü komandadır“


Seyidov: “Böyükağa Hacıyev sübut etdi ki...”


“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi

- Avropla Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Koper”ə uduzsanız da, səfər qarşılaşmasında qalib gələrək mərhələni adlayan tərəf oldunuz. Sloveniyaya hansı ümidlərlə yollanmışdınız? 

- “Koper”lə ilk oyunda yaxşı oynasaq da, məğlum olmuşduq. Səfərə isə yalnız qələbə üçün getmişdik. Çalışırdıq ki, mərhələni keçməsək də, qalib gələk. Sübut etmək istəyirdik ki, ən azından “Koper”dən zəif deyilik. Futbolçularımıza minnətdarlıq edirəm, sağolunlar, hamısı yaxşı oynadı. Bunun nəticəsində 2:0 hesabı ilə qalib gəldik. 

- “Neftçi”nin mərhələ keçəcəyinə çoxları inanmırdı. 

- Mən məhz bizə inanları təbirk edirəm. “Koper” bizə beş qol vurmamışdı ki, ümidimizi itirək. Futbolda iki qol heç nə demək deyil. Əsas odur ki, komandada istək olsun. Biz də kollektiv oyunumuzun sayəsində bu işin öhdəsindən gəldik. Həddindən artıq istəkli olmağımız bizə stimul verdi. 

- Start heyətdə meydanda daxil oldun və komandanın vacib qolunu vurmaqla baş məşqçinin etimadını doğrultdun. Ancaq qol vurduqdan sonra sevincin hiss olunmadı. 

- Düzdü, çılğın şəkildə sevinmədim. Çünki ilk qolumuz idi. Bizə ikinci qol da lazım idi. Ona görə də bir az soyuqqanlı oldum. Şükürlər olsun ki, komandamın vacib qollarından birini vurdum. Əlbəttə ki, çox sevindim. Ancaq heç vaxt qolu kim vurmağına önəm verməmişəm.
 
- Baş məşqçiniz Böyüka Hacıyev “Koper”lə ilk oyundan sonra keçirilən mətbuat konfransında bildirmişdi ki, cavab oyununun nəticəsindən asılı olmayaraq istefa verəcək. O, futbolçularla oyunqabağı söhbətində bu sözlərini xatırlatmışdı? 

- Xeyr, söhbətimiz olmamışdı. Ancaq mətbuatdan oxumuşdum ki, baş məşqçimiz belə söz deyib. “Koper”lə oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlər Böyükağa müəllimi bir qədər sıxıblar. Ola bilər ki, o da hirsindən elə bir ifadə işlədib. Onu deyə bilərəm ki, baş məşqçimiz bizi ikinci oyunda tam qələbəyə kökləmişdi, taktikanı da çox düzgün vermişdi. Nəticədə qalib gəldik. Hazırda baş məşqçimiz bizimlə birgədir. Onun “Neftçi”dən gedib-getmyəcəyi özündən və rəhbərlikdən asılıdır. Böyükağa müəllim sübut etdi ki, “Koper”lə Bakıdakı oyunun nəticəsi təsadüf olub. 

- Növbəti rəqibiniz olan Gürcüstanın “Çixura” klubu isə sizə tanış komandadır. 

- Bəli, “Çixura”nı tanıyırıq. Keçən ay təlim-məşq toplanışında bu komanda ilə yoxlama oyunu keçirmişik. Rəqibimiz adlı-sanlı deyil, normal komandadır. Necə deyərlər, bizim “dişimizə” görə bir rəqibdir. Yenə də onların “Bursaspor”la oyunlarını analiz etməliyik. “Çixura” “Bursaspor”u keçibsə, deməli, asan rəqib deyil. Çox ciddi şəkildə oyuna motivasiya olmalıyıq. “Koperlə səfər matçında göstərdiyimiz oyunu nümayiş etdirə bilsək, “Çixura”nı keçmək də bizim üçün problem olmayacaq. 

- Ancaq yoxlama oyununda “Çixura”ya uduzdunuz. 

- Yoxlama görüşündə tam heyətlə oynamamışdıq. Gənclərə də şans verilmişdi. Həm də rəsmi oyun tam fərqli olur. Sınaq matçında bu rəqibə məğlub olmağımız heç nə demək deyil. “Çixura” bizim üçün normal rəqibdir. Ona görə də hər iki oyunda qələbə qazanmağı düşünürük.

- Rəqib komandanın baş məşqçisi və futbolçuları müsahibələrində bildiriblər ki, “Bursaspor”u keçdikləri üçün “Neftçi” səddini də adlayacaqlarına inanırlar.

- Əlbəttə ki, “Bursaspor”u keçdiyi üçün “Çixura”ya böyük həvəs gəlib. Biz də bundan dərs götürməliyik. Deməli, düşündüyümüz qədər də asan rəqib deyil. “Bursaspor” “Koper”dən güclü komandadır. Ona görə də “Çixura” futbolçuları fikirləşə bilər ki, biz daha güclü komandanı mübarizədən kənarlaşıdırmışıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar