Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Neftçi“nin Tira ilə müqaviləni pozmağa tam əsası yoxdur“


"Neftçi"nin həmin azarkeşi dünənki məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər"


PİA,AZ apasport.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında AFFA-nın hüquqşünası Rəmiş Malıyev deyib.

Ölkə çempionatının IX turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" matçı insidentlə yadda qalıb. Belə ki, Ağdam klubunun ikinci qolundan sonra ev sahiblərinin azarkeşi meydana daxil olub və "Neftçi"nin futbolçusu Katalin Tiranın hücumuna məruz qalıb. Rumıniyalı forvard özündən çıxaraq, azarkeşi döyməyə cəhd edib. Yalnız polisin və digər futbolçuların müdaxiləsindən sonra Tiranı sakitləşdirmək mümkün olub.
 
Məsələ ilə bağlı danışan Rəmiş Malıyev qeyd edib ki, azarkeşə fiziki xətər yetirilibsə, o, hüquq-mühafizə orqanlarına şikayət edə bilər: "Düzü, mən videoya baxdım, orada futbolçunun azarkeşə zərbə vurduğu görünmür. Amma vurmağa cəhd edir. Dəqiq bilmirəm, Tira zərbə vurdu, ya vurmadı, amma azarkeş bu hərəkətə görə hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Çünki fiziki xətər yetirilibsə, azarkeşin buna hüququ çatır. Futbolçunun aqressivliyi açıq-aşkar hiss olunurdu".
 
Malıyevin sözlərinə görə, polisin həmin məqamda futbolçunu tutub, bölməyə aparmağa ixtiyarı yoxdu: "Bu hal ancaq oyundan sonra ola bilər, təhqiqat aparılmalıdır. Bölməyə aparmaq anlayışı bizdə məişət səviyyəsində var. Bunlar ictimai şəxslərdir, onlara qarşı bu hallara yol verilmir. Təhqiqat materialları göndərilməlidir. Əsas məsələ odur ki, azarkeşə fiziki xətər yetirilibsə, polisə müraciət edə bilər. Polis də bunu araşdırıb, təhqiqat aparır. Döymək inzibati xətadır, buna görə müəyyən həddə kimi cinayət məsuliyyəti də yoxdur. Amma cərimənin kəsilməsi mümkündür. Yəni iş məhkəməyə getsə, ən azı, inzibati qaydada Tiranı cərimə edə bilərlər. Dediyim kimi, ilk növbədə təhqiqat getməlidir".
 
AFFA-nın hüquqşünası baş verən hadisədən sonra "Neftçi"nin Tira ilə müqaviləni birtərəfli ləğv etməyə əsasının olmadığını bildirib: "Bu məsələlərə emosiyadan kənar yanaşmaq lazımdır. Düzdür, Katalin Tiranın hərəkəti qəbuledilməzdir. Ancaq müvafiq qaydalar çərçivəsində qərar verməlidir. Tiranın "Neftçi" ilə müqaviləsi qüvvədədir. Klubun bununla bağlı daxili nizam-intizam qaydaları var. Orada belə bir qaydanın olub-olmadığını bilmirəm. Amma klubun tam əsası yoxdur ki, futbolçu ilə müqaviləyə birtərəfli qaydada xitam versin. Onsuz da, əncəbi futbolçular bunu gözləyirlər. Müqavilələrinə birtərəfli qaydada xitam verilsin, sonra da gedib xaricdə oturub, 1 ildən sonra oynamadıqları müddətə görə pullarını alsınlar. Bu lazım deyil. Emosiyadan kənar davranılmalıdır. Klubun daxili nizam-intizam qaydaları var. Məsələn, futbolçunu cərimə etmək, maaşını kəsmək, əvəzedici komandaya göndərmək və s. Bu tipli tədbirlər görmək olar. Mən bildiyim qədərilə, bu hərəkətə görə klubun müqaviləyə birtərəfli xitam verməyə əsası yoxdur".
 
Rəmiş Malıyev AFFA-nın məsələ ilə bağlı hüquqi qərarının növbəti iclasda açıqlanacağını deyib: "Tira azarkeşə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi gələn həftə o məsələyə baxıb, qərarını verəcək. Tira 3-dən artıq oyun buraxmaq cəzası ala bilər. Eyni zamanda, klub buna görə cərimələnəcək. Pozuntunu futbolçu etdiyi üçün, çox güman ki, həmin cəriməni klub onun maaşından tutacaq". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar