Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

”Müxalifətin siyasi məsuliyyəti yoxdur”


Sərdar Cəlaloğlu: “Müxalifət daxilində gedən didişmələrin əsas səbəbi siyasi nailiyyətsizlikdir”


Bir sıra müxalifət partiyaları arasında uzun müddətdir səngiməyən ziddiyyətlər bu dəfə fərqli müstəvidə təzahür edib.

Müxtəlif  ittihamlar üzrə barələrində həbs-qətimkan tədbiri seçilən bəzi QHT rəhbərlərinin hüquqlarının müdafiəsinə yönəlik addımlar müxalifət düşərgəsində mövcud olan qarşıdurmanı növbəti dəfə üzə çıxarıb.

Bəlli oldu ki, həmin partiyalar hətta bu məsələdə də nəinki birgə qərarlar qəbul etməyi, hətta eyni masa ətrafında əyləşməyi belə özlərinə rəva görmürlər.

Bu fonda isə Demokrat və Xalq Cəbhəsi (AXCP) partiyaları arasında vüsət alan qarşıdurma diqqəti daha çox cəlb edir. ADP sədri Sərdar Cəlaloğlunun həbsdəki QHT rəhbərləri ilə bağlı keçirilən tədbirə AXCP sədri Əli Kərimlinin qatılmamasını tənqid etməsindən sonra sonuncu nəzarətində olan media resurslarını bütünlüklə ona qarşı yönəldib.

Bəhs olunan mövzunu Gün.Az-a dəyərləndirən ADP sədri Sərdar Cəlaloğlu müxalifət daxilində qarşıdurmaların yaranmasını bəzi həmkarlarının məsələlərə elmi cəhətdən yanaşmaq qabiliyyətinin olmaması ilə izah edib:

“Açığı, nə dediyiniz partiya, nə də başqa bir təşkilatla aramızda hər hansı gərginliyin yaranmasında maraqlı deyilik.

Həmin toplantıların birində dedim ki, o adamlar niyə burada iştirak edib müdafiə aksiyasına qatılmırlar? Onlar isə mənim bu marağımı öz bildikləri kimi başa düşərək yersiz və əsassız kampaniyaya başlayılar.

İndi danışıram və  yenə də hər hansı ad çəkməyə ehtiyac görmürəm – çünki doğrudan da, belə qarşıdurmanın olduğunu istəmirik.

Digər tərəfdən, bizə qarşı olan hücumların səbəbi də mənə aydındır. Yəni iyirmi ildir ki, müxalifət daxilində gərginlik yaradan, qurulan birliklərin dağılmasına bais olan, düşərgənin bir araya gəlməsinə maneçilik törədənlər də, onların düşüncələri də dəyişməyib.

Onların yanaşmasına görə, öz siyasi uğursuzluqlarını ört-basdır etməyin ən yaxşı yolu başqalarını hədəfə  almaqdır. Yəni müxalifət daxilində gedən didişmələrin əsas səbəbi siyasi nailiyyətsizlikdir.

Təəssüf  ki, müxalifətdəkilərin əksəriyyəti bu məsələlərə elmi cəhətdən yanaşa bilmirlər. Əslində, isə bütün bu uğursuzluqların elmi izahı olsa da, buna əhəmiyyət verən yoxdur”.

S.Cəlaloğlu ADP ilə AXCP arasında gərginliyin avam etdiyi şəraitdə Ə.Kərimli ilə hər hansı təmasının olmadığını deyib:

“Yox, onunla heç bir təmasımız olmayıb. Ümumiyyətlə, heab edirəm ki, belə bir təmasın nə mənə, nə ona, nə də başqa kiməsə faydası ola bilər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar