Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu da sizə SSRİ…

Natiq Cəfərli
ReAl partiyasının icraçı katibi

İlkin hesablamalara görə, Rusiyadan gedən, ölkədə fəaliyyətini dayandıran xarici şirkətlərdə 4,5 milyon rusiyalı çalışırdı. Həmin şirkətlərə müxtəlif müqavilələrlə bağlı rusiyalılar da var – ümumilikdə 11-12 milyon nəfər işsiz, deməli, gəlirsiz qala bilər.

5 milyon nəfərə yaxın Rusiya vətəndaşı daşınmaz əmlak sahəsində icarədən pul qazanırdı. İndi böyük alış-veriş mərkəzləri, dükanlar, ofislər boş qalacaq.

15 milyondan çox rusiyalı evini xarici vətəndaşlara kirayəyə verməklə qazanc əldə edirdi. Xaricilərin getməsi, yaxın ölkələrdən gəlib Rusiyada pul qazananların ölkələrinə dönməsi riski onların da gəlirsiz qalmasına səbəb olacaq. Yəni 30-35 milyon Rusiya vətəndaşının gəlirlərinin kəskin azalması gözlənir.

Martın 9-da Rusiya Mərkəzi Bankı ölkədə xarici valyuta satışına 6 aylıq qadağa qoyub. Bu, qara bazarın çiçəklənməsinə səbəb olacaq – SSRİ kimi nəhəng də bu cür valyuta əməliyyatlarına mane ola bilməmişdi, korrupsiyada boğulan Rusiya isə bunu qəti bacarmaz.

Rusiyada mal-məhsul qıtlığı da yaranır, piştaxtalar boş qalır, bu isə SSRİ dövründə olan kimi piştaxta altından satışlara səbəb olacaq, bir müddət sonra isə Rusiyada ərzaq talonları dövriyyəyə buraxıla bilər.

Yəni Putin və ona inanan milyonlarla rusiyalının arzusu yerinə yetir – SSRİ-ni ayrıca bir ölkədə, Rusiyada tam bərpa edirlər…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ərik “vətənpərvərliyi”, və ya Marqaritanın “şaftalıları”

Natiq Cəfərli: "Rövşən, ay Rövşən", deyib ağlayırdı...  

Babamın alma ağacı, və ya Simonun “çirkli” işi 

"Allah keç kimi keçmiş və indiki məmurların gününə salmasın"

"Bu, o demək deyil ki, hakimiyyətə kim qarşıdırsa, müttəfiqimdir" - Natiq Cəfərli

Ən çox oxunanalar