Çərşənbə, 30 Noyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda bəhailərin repressiyası…

Amansız qəddarlıq: bəhailərə qarşı cəfəng ittihamlarla İran boyunca reydlər və həbslər dalğası başlayıb…

Beynəlxalq Bəhai İcmasının Cenevrədəki ofisi 1 avqust 2022-ci il tarixində bəyanat yayaraq, son bir ayda İran İslam Respublikasında Bəhai Dininə mənsub ölkə vətəndaşlarına qarşı başladılmış iri miqyaslı həbs və qarayaxma kampaniyasına görə öz narahatlığını bildirib.

PİA.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Bəhai Dini icması İctimai Əlaqələr Ofisi yayıb.

Məlumatda bildirilir ki, İran təhlükəzilik qüvvləri milli təhlükəsizliyi əsas gətirərək uşaq bağçalarına belə hücum edirlər:

İranın Kəşfiyyat Nazirliyinin iddiasına görə, bu həbslər “bəhai casus partiyası”nın üzvlərinə qarşı yönəlib və həbs olunanlar “Bəhai təbliği və uşaq bağçaları da daxil olmaqla təhsil mühitlərinə dolması ilə məşğul olublar”. İran hökuməti 40 ildən çoxdur ki, bəhailərin xarici öllkələrin casusu olduğunu idda edir, amma bir dəfə də olsun etibarlı bir dəlil ortaya qoya bilməyib. İndi isə onlar milli təhlükəsizliyə təhdid kim uşaq bağçalarına və baxıcı dayələrə hücum edəcək qədər cılız addımlar atırlar.

Beynəlxalq Bəhai İcması bu absurd və ağlasığmaz iddiaları aşkar uydurma kimi rədd edir və İran hökumətinin etdiklərini ağır zülm aktı hesab edir.

Bir ay bundan əvvəl isə daha 44 nəfər həbs edilmişdir. Onların iyirmi altısı üst-üstə 85 il müddətinə həbsə atılmışlar. Beləliklə yüzdən çox bəhai son bir neçə həftədə hədəfə alınmışdır.

Həbs olunanlar arasında əvvəllər icmanın rəhbərliyində təmsil olunmuş və hər biri on il vicdan məhbusu kimi həbsdə qalmış xanım Məhvəş Sabet, xanım Fəriba Kamalabadi və cənab Əfif Nəimi də vardır. Onlar İranda “Yaran” kimi tanınan və 2008-ci ilə qədər İran Bəhai icmasının qeyri-rəsmi rəhbəri kimi xidmət edən bir qrupun üzvləri olmuşlar. Bu qrupun bütün yeddi üzvü 2007-2008-ci illərdə həbs edilmiş və on il həbsdə saxlanılmışlar.
Tehranın Evin həbsxanasında onillik həbsdə qaldığı zaman şeirlər yazan Məhvəş Sabetin şeirləri o həbsdə ikən yayılmış və sonra ingiliscə “Məhbəs şeirləri” adı ilə dərc edilmişdir. Birləşmiş Millətlərin Dini Azadlıq üzrə Komissiyası 2017-ci ildə Fəriba Kamalabadini dinə görə vicdan məhbusu kimi tanımış və müdafiə etmişdir. İş adamı Əfif Nəimi də on illik həbs müddətini xəstə ola-ola müalicə tələbi ödənilmədən keçirmişdir”.

Kəşfiyyat Nazirliyi bu adamları İranın təhlükəsizliyini pozmağa çalşan xarici qüvvələrin agentləri kimi təsvir etməyə çalışır. Beynəlxalq Bəhai İcmasının BMT-dəki nümayəndəsi Diana Alai deyir:

“Xanım Məhvəş Sabet, cənab Fəriba Kamalabadi və cənab Əfif Nəimi vicdan məhbusu kimi cəsarətlərinə görə bütün dünyada tanınmaqla İranda zülm qarşısında konstruktiv mövqedə qalıb insanlığa xidmət etmək iradəsinin və çevikliyinin rəmzləridir və İran hökumətinin köməksiz və sülhpərvər bir icmaya hücum bəhanələrinə heç kəs inanmayacaq. Lakin bu amansız və artan psixoloji ədavət bəhailərin qarşıdakı həftələr və aylarda daha çox təqib olunmalarına yol açır”.

Onu da qeyd etmək lazımdır ki, son qırx ildə eyni ittihamlar üzrə yüzlərlə insan qətlə yetirilmiş və uzunmüddətli həbsdə saxlanılmışlar. Bu saxta ittihamlar təbii olaraq sual doğurur: bir ölkənin ən böyük qeyri-müsəlman dini azlığı – 350 mindən çox üzvi olan bir icma necə casus ola bilər? Evi dağıdılmış, tarlası yandırılmış ucqar bir kənddə yaşayan məsum bir insan və həmvətənlərindən ancaq dini inancına görə fərqlənən bir kəndli necə casus ola bilər? Bu qədər zülm altında olmalarına baxmayaraq bircə dəfə də olsun etirazlarla ayağa qalmayan, qanunlara itaət edən, ölkələrinə sevgisini itirməyən və təhsil almaq imkanları olmasa da, cəmiyyətlərinə hər cür töhfə verməyə çalışan bir icmanı bu cür absurd ittihamlarla məhv etməyə çalışanlar həm vicdanları, həm də tarix qarşısında cavab verəcəklər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vasif Talıbovun qardaşının saxlanılması barədə məlumatlar əsassızdır - Yenilənib

Prezidentin bibisi oğlu barda prokurorun başına butulka ilə vurdu, konsern rəhbərliyindən qovuldu…

Bakıda evə basqın edilib: ailə üzvləri bıçaqlanıb, 2 nəfər öldürülüb - Yenilənib

"Ehtiyatlı, diqqətli olun!" - iranlı deputat Bakını hədələdi

Qaraciyəri möhkəmləndirən ən güclü vasitə - balqabaq şirəsi və bal

Qətlə yetirilən idmançının atası: “Oğlumun başı deşik-deşik idi” - Foto, Video

Rusiyada Putinin xələfi ilə bağlı mübahisələr - Kudrin prezidentliyə doğru gedir?..

Vasif Talıbovun qardaşından açıqlama: “Bunu məqsədli şəkildə yazırlar” - Foto

Hulusi Akar israilli həmkarı ilə kritik məsələləri müzakirə edib

Ən çox oxunanalar