Çərşənbə, 05 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva sülh müqaviləsinin imzalanmasını on illiklər boyunca geri atmaq istəyir?

Politoloq Pol Qobl Soçidəki üçtərəfli görüşdə Ermənistan-Azərbayca­n münaqişəsinin nizamlanması ilə bağlı xüsusi nailiyyətlər əldə edildiyini düşünmür...

Politoloq: “Soçi görüşündə konkret vaxt qeyd edilib. İlin axırına kimi AzərbaycanErmənistan arasındakı problemli məsələlərdə nəticə olmasa, demək ki, Moskva burada əsas maneədir”.

“Əgər biz prosesi tam Rusiyanın nəzarətinə versək, Moskva prosesi uzadacaq. Bu, Ermənistanın da maraqlarına cavab vermir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə məşhur amerikalı politoloq Pol Qoblin Soçi görüşü haqqındakı fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Məşhur amerikalı politoloq Pol Qobl Soçidəki üçtərəfli görüşü şərh edərkən bildirib ki, “Moskva görüşlər təşkil etməyə və bəyanatlar verməyə davam edəcək, amma onun öz marağı münaqişənin davam etməsinə şərait yaratmaqdan ibarətdir”.

Həmçinin politoloq Pol Qobl Soçidəki üçtərəfli görüşdə Ermənistan-Azərbayca­n münaqişəsinin nizamlanması ilə bağlı xüsusi nailiyyətlər əldə edildiyini də düşünmür.

“Soçidəki görüş prosesi irəlilətmək üçün az iş görüb. Orada yalnız bəyanatlar olub, amma əsas məsələlərlə bağlı sazişlər olmayıb. Laçın və Qarabağın Ermənistana aid əraziləri ilə bağlı qərar olmadıqca sərhədlərin delimitasiyası mümkün deyil”, deyə o bildirib.

Daha əvvəl də Qarabağ münaqişəsi ilə bağlı müxtəlif fikirlər səsləndirən Pol Qoblun bu fikirlərini necə dəyərləndirmək olar? Moskvanın əsas məqsədi yenə sülh müqaviləsinin imzalanmasını on illiklər boyunca geri atmaq ola bilərmi, yoxsa Rusiya doğrudan Azərbaycanla Ermənistan arasında davamlı sülhü istəyir?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Soçi görüşü məcburiyyətdən irəli gəldi. Avropa İttifaqı baş verənlərə müdaxilə edəndən sonra Soçi görüşü baş tutdu”.

Azərbaycanın hərbi qələbə əldə etdiyini və Türkiyə ilə müttəfqilik münasibətləri qurduğunu xatırladan politoloq PİA.az-a bildirib ki, Türkiyənin regionda olduğuna görə də Moskva bəzi məsələlərdə məcburi addımlar atır olur:

Rusiya uzun illərdir ki, Ermənistan Azərbaycan münaqişəsindən öz regional maraqlarınının təmini kimi istifadə edib. Müharibədən də sonra bu siyasəti davam etdirir. Biz görürük ki, 10 noyabr və 11 yanvar razılamaları məhz Rusiyanın vasitəçilyi ilə qəbul edilsə də, Moskva prosesi uzatmağa çalışır. Ona görə də Soçi görüşü məcburiyyətdən irəli gəldi. Avropa İttifaqı baş verənlərə müdaxilə edəndən sonra Soçi görüşü baş tutdu.

Məlumdur ki, Soçi görüşündə konkret vaxt qeyd edilib. İlin axırına kimi AzərbaycanErmənistan arasındakı problemli məsələlərdə nəticə olmasa, demək ki, Moskva burada əsas maneədir. Ona görə də Rusiya sülh imkanlarını qəbul etmir. Azərbaycan isə hərbi qələbə əldə edib və Türkiyə ilə birgə müttəfqilik əlaqəsi qurub. Türkiyənin regionda olmasına görə də Moskva bəzi məsələlərdə məcbur olur.

Məhəmməd Əsədullazadə: “Biz sülh məsələsində Moskvaya arxayın olmamalıyıq”.

Əgər biz prosesi tam Rusiyanın nəzarətinə versək, Moskva sürəci uzadacaq. Bu, Ermənistanın da maraqlarına cavab vermir. Çünki Ermənistanın blokadası davam edir və ölkə inkişafdan dayanır. Nəticədə Nikol Pşainayna qarşı xalq ayağa qalxa bilər. Moskva da bunları yaxşı bilir və çalışır ki, proses ləng davam etsin.

Düşünürəm ki, Ankara və Bakı regionda yeni sülh və iqtisadi imkanlaraın açılmasına və Ermənistanla sülh müqviləsinin bağlanmasın çalışacaq. Bu istiqamətdə danışıqlar olacaq və bu danışıqlar gələn ildən başlaya bilər. Biz sülh məsələsində Moskvaya arxayın olmamalıyıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məktəbdə döyülən şagirdlə bağlı tibbi ekspertiza təyin olunub  - Video, Yenilənib

Ermənilər yaralı Azərbaycan hərbçilərini gülləbaran ediblər - Video

Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib - Saxlanılanlar var

Peskov Paşinyanın arvadını təkzib edib: “Növbəti sərsəmləmədir”

Bakı və Yeravan noyabrda sülh sazişi imzalayacaqlar

Türkiyədə intihar edən azərbaycanlının yaxınları axtarılır

AMEA-da kütləvi ixtisar: İşçilərin böyük hissəsi işdən çıxarıldı

"Meyitin yanma vaxtını müəyyən etmək üçün qoyun cəsədi üzərində eksperiment aparılıb" - "NƏRMİN İŞİ"

Müslümovun oğullarının adına aldığı milyonluq mülklər - Siyahı

Ən çox oxunanalar