Şənbə, 19 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Rusiya həllolunmaz problemə çevrilib” - "Putinin, ideya baxımından ruslara təklif edəcəyi nəsə varmı?"

Sovet kommunizminin 1945-1970-ci illər Qərb cəmiyyətinə təsiri böyük olub. Axı, SSRİ Hitlerə qalib gəlmiş, kosmosa insan göndərmişdi. Sovet İttifaqı elmi elitanı özünə cəlb edirdi. Ona Kembricdən tutmuş Mexikoya və Barselonaya kimi qibtəylə yanaşırdılar.

Həmin illərdə Fransa və İtaliyada güclü sovetpərəst kommunist partiyaları vardı. Nikita Xruşşov BMT Assambleyasında çəkmələrini masaya döyəcləyəndə sadə vətəndaşların rəğbətini qazanmışdı. 1962-ci ildə ruslar Floridadan 600 kilometr uzaqlıqda olan Kubada nüvə raketi yerləşdirməklə, az qala müharibə başlatmışdılar.

İnternetin meydana gəlməsinə qədər dünya beləydi. İndi artıq Çin Qərbin təsəvvüründəki qlobal düşmən obrazında SSRİ-ni əvəzləyib.

Çinin iqtisadiyyatı səmərəli və möhkəmdir, istehlak səviyyəsi isə yüksəkdir. Texnologiya sferasında Çin AvropaABŞ-la rəqabət halındadır. Lakin paradoks ondadır ki, Pekinin texnokratik modeli Qərb cəmiyyəti üçün az cəlbedicidir. Halbuki Yuri Qaqarın dövründəki Rusiya Qərb cəmiyyətinə xeyli maraqlı gəlirdi.

Çernobıl AES-dəki qəza sovet modelinin sonundan xəbər verirdi. Leonid Brejnevin (1964-1982) dövrü eyni zamanda sovet inkişafının həm zirvəsi, həm də staqnasiyasının başlanğıcıydı. Brejnev zamanındakı staqnasiya daha da dərinləşərək ölkəni kollapsa sürüklədi. Planlı iqtisadiyyat geridə qalmış ölkələrdə işə yarayır və o, infrastruktur və təhsil təminatı verir. Ancaq daha mürəkkəb iqtisadiyyatda planlaşdırma mütləq uğursuzluğa düçar olur.

1980-ci illərdə Mixail Qorbaçov durğunluğa qərq olmuş model üzərində islahat aparmağa cəhd göstərdi, lakin islahat artıq mümkün deyildi. Sovet İttifaqı dağılmağa məhkum idi və 90-cı illərdə ölkə kapitalizmin ən vəhşi formasına keçdi ki, bu da vəziyyəti yaxşılaşdırmadı. Boris Yeltsin ətrafına Qərb yönümlü müşavirlər toplamışdı. Onlar iqtisadiyyatda şok terapiyasına əl atdılar, ancaq faydası olmadı, ölkə sənayesi dağıldı. Rusiyalıların alıcılıq qabiliyyəti düşdü və yoxsulluq artdı. Bir ovuc kleptokratlar(Berezovski, Abramoviç, Xodorkovski) böyük müəssisələri və KİV-ləri ələ keçirdilər. Yoxsulluğun tüğyan etdiyi belə bir xaosda Yeltsin hakimiyyət estafetini KQB-nın keçmiş əməkdaşı Vladimir Putinə ötürməyə məcbur qaldı. O, ümid edirdi ki, Putin ölkədə qayda-qanunu bərqərar etməyi bacaracaq.

Putin öz hakimiyyəti dövründə “kommunist cənnəti” təblığatı aparmayıb. O, yaxşı bilirdi ki, mənəvi zədə almış cəmiyyət üçün yalnız sabitlik gərəkdir. Rusiyanın iqtisadiyyatı neftin qiyməti yüksələndə böyüyür və əksinə - yanacaq qiymətləri aşağı düşəndə iqtisadiyyatın vəziyyəti də müvafiq olaraq bərbad hala düşür. İdeoloji planda Putin ənənəyə və rus millətçiliyinə söykənir. Zəif yerlərini ört-basdır etməkdən ötrü tez-tez nüvə arsenalını nümayiş etdirir. Putin Qərbi tənqid edərək, Rusiyanın yüksək mənəvi dəyərlərindən ağız dolusu danışır. O, 2019-cu ildə “Financial Times” qəzetinə verdiyi müsahibəsində “liberal ideya köhnəlib” demişdi. Ancaq əslində, bütün bunların hamısı boş səs-küydür. Çünki ideya baxımından Putinin təklif edəcək heç nəyi yoxdur.

Putinin hakimiyyətinin ilk on ilində onun qurğuladığı formula müəyyən mənada işlədi. Amma sonrakı onillikdə iqtisadiyyat dalana dirəndi. İqtisadi böhrandan ən çox ziyan görən orta sinfin aparıcı nümayəndəsi kimi müxalifətçi Aleksey Navalnı önə çıxaraq, ölkədəki korrupsiyanı ictimai fikrin diqqət mərkəzinə gətirə bildi.

Leonid Brejnevin dövründə dissidentləri ölkədən qovurdular və ya onları dəlilik diaqnozuyla psixiatrik xəstəxanaya salırdılar. İndi isə başqa üsullardan istifadə olunur. Navalnını “Noviçok” adlanan toksik maddə ilə zəhərləyiblər. Ancaq bu müxalifətçi çox inadcıl biri olduğunu göstərdi.

Navalnı aclıq elan etməklə özünü beynəlxalq ictimaiyyətə daha geniş şəkildə tanıdır ki, bu da Kremli bərk qəzəbləndirir. Putin əvvəlki illərdən fərqli olaraq tənqidlərə dözümlü yanaşmayaraq, müxalifət mövqeyində duranlara qarşı daha sərt tədbirlərə əl atır.

Brejnev kimi Putin də geosiyasətə xüsusi önəm verir. O, Suriyaya və Liviyaya soxulur və belə hesab edir ki, Belarus, nəhayət, öz “vətəninə” geri dönəcək. Rusiya 2014-cü ildə "blitskriq" edərək Krımı işğal etdi və bu, Putinin ölkə daxilindəki populyarlığını artırdı. Hazırda Kreml Ukrayna sərhəddinə yüz min əsgər yığıb. Putin milliyyətçi əhval-ruhiyyəni qızışdırmaq və bunun ardınca ABŞNATO-nun irəlidə hansı cavab tədbirləri görə biləcəyini öyrənmək istəyir.

Bu gün Ukrayna yeddi il əvvəlkiylə müqayisədə daha yaxşı silahlanıb. Uzanan müharibə Putin üçün böyük problem olacaq. O, ümid edir ki, əgər münaqişə başlayacaqsa da, çox tez bitəcək.

Rusiya tarixində keçid prosesləri həmişə ağrılı olub və bu, daim çoxsaylı insan həyatına başa gəlib. Elə ona görə də tarixi yaddaş rusları sakit olmağa məcbur edir və onların mövcud vəziyyətlə barışmaqdan başqa çarələri qalmır. Onu da demək lazımdır ki, belə bir qeyri-sabit vəziyyət RusiyaAvropa üçün həllolunmaz problemə çevrib.

“La Vanguardia” – (İspaniya)

Tərcümə: “AzPolitika.info”

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Səməd Seyidovdan oğlunun toy xəbəri ilə bağlı açıqlama

“Heç bir “Zəngəzur dəhlizi” olmayacaq” - Paşinyan

Bayden-Putin görüşündə Qarabağ müzakirəsi niyə gizlədilir? – Maksim Şevçenko açıqladı - Video

Van Damın azərbaycanlı qudası polkovnik Hacızadədir

Ərdoğan Azərbaycanda hərbi baza yaradılacaqından danışdı... - Gözləntilər nə zaman reallaşacaq?

Elmar Vəliyevlə bağlı yeni iddialar... - "Anlaqsız olmasını səbəb gətirməsi..."

Dolları çölə səpən idmançımız millidən qovuldu - Video

Milyardlarla dollar Azərbaycandan necə çıxarılır?

Düşmənimiz Ara Abramyanın Azərbaycandakı əlaltları bu günə qədər niyə məsuliyyətə cəlb olunmur?

Nazilə Səfərli Xoşqədəm Hidayətqızının şikayəti ilə saxlanıldı

Azərbaycanlılarla quda olan məşhur əcnəbilər: Van Damm, keçmiş prezident, eks-səfir… – Foto

Ən çox oxunanalar