Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Böyük Britaniyaya xəbərdarlıq edib

London Brexit üzrə nəzərdə tutulan balıq ovuna dair razılaşmanı yerinə yetirməyəcəyi halda Fransa Böyük Britaniyaya qarşı sanksiya tətbiq olunacağını istisna etməyib.

Bunu bu gün Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal “France 3” telekanalına müsahibəsində bildirib.

Q. Attal bu sanksiyalardan birinin Böyük Britaniyanın La-Manş boğazında yerləşən Cersi adasına verilən elektrik enerjisinin dayandırılması ola biləcəyini söyləyib: “Paris Londonu razılaşmanı yerinə yetirməli olmasına inandırmaq üçün Avropa Komissiyasına da müraciət edib”.

Qeyd edək ki, Britaniya hakimiyyətinin Cersi sahillərində balıq ovuna icazəni nəzərdə tutan siyahıya 344 deyil, 41 Fransa balıqçı gəmisini daxil etməsi Fransanın narazılığına səbəb olub. Eyni zamanda Britaniya balıq ovuna dair bir sıra tələblərlə də çıxış edir. Fransa isə bu tələblərin Brexit üzrə razılaşmada nəzərdə tutulmadığını bildirir.

Fransanın sanksiya hədələrinə cavab olaraq Böyük Britaniya mayın 5-də Cersi adasına 2 patrul gəmisi göndərib. Fransa isə mayın 6-da Cersi adası yaxınlığında iki patrul gəmisinin olacağını bəyan edib. Bundan başqa, martın 6-da səhər Fransanın 60-dəkbalıqçı gəmisi Cersi adasını blokadaya alıb. Balıqçı gəmiləri adanı blokadaya almaqla bərabər digər gəmilərin Sent-Xelier portuna yaxınlaşmasına da mane olublar. Bir neçə saat sonra Fransa balıqçı gəmiləri adanın blokadasını dayandırıb.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar