Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı hakim Tokio-2020-də iştirak edəcək

Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.

Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, beynəlxalq dərəcəli hakimimizin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi bu qərara gəlib.

Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, Əməkdar məşqçi, eləcə də "Qaraqaplan" klubunun baş məşqçilərindən biri Cahangir Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçilib.

O həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda 1-ci Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə C.Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.

Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropaİslam Oyunlarının qalib və mükafatçıları var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar