Şənbə, 19 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

QMİ sədri: "Dəmir yumruğun içərisində həm də dindarlarımız, iman əhli var"

"Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Onların ailələrinə, balalarına, ata-analarına başsağlığı verirəm və səbr arzulayıram. Şəhidlərimiz cənnətməkandırlar. Peyğəmbərimizlə birlikdə cənnətdədirlər. Allah qazilərimizə tezliklə şəfa və cansağlığı versin".

"Report"un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib.

"Bu qələbəni qazanmaq çox çətin oldu. Əlbəttə, bu qələbəni qazanmaq üçün xalq-iqtidar birliyi lazım idi, ruh yüksəkliyi lazım idi, iman və inam lazım idi. Bunu da Azərbaycan xalqı qazandı və əldə etdi. Vətən müharibəsi dövründə xalq olaraq bir yumruq kimi birləşdik. Erməni faşizmini məhv edə bildik. Yumruq kimi birləşən xalq-iqtidar birliyi idi. Çox sevinirəm ki, Prezidentimiz İlham Əliyev cənabları Şuşada Cıdır düzündə çıxışında buyurdu ki, bu dəmir yumruğun içərisində həm də dindarlarımız var, iman əhli var. Bu bizə verilən böyük bir qiymətdir. Ona görə biz Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk.

Bizim din xadimlərimiz içərisində şəhidlərimiz də, qazilərimiz də oldu. Dindarlarımız 44 günlük müharibə dövründə prosesdən ayrılmadılar.", - o əlavə edib.

pia.az 




Digərxəbərlər

Populyar xəbərlər

Səməd Seyidovdan oğlunun toy xəbəri ilə bağlı açıqlama

“Heç bir “Zəngəzur dəhlizi” olmayacaq” - Paşinyan

Bayden-Putin görüşündə Qarabağ müzakirəsi niyə gizlədilir? – Maksim Şevçenko açıqladı - Video

Van Damın azərbaycanlı qudası polkovnik Hacızadədir

Ərdoğan Azərbaycanda hərbi baza yaradılacaqından danışdı... - Gözləntilər nə zaman reallaşacaq?

Elmar Vəliyevlə bağlı yeni iddialar... - "Anlaqsız olmasını səbəb gətirməsi..."

Dolları çölə səpən idmançımız millidən qovuldu - Video

Düşmənimiz Ara Abramyanın Azərbaycandakı əlaltları bu günə qədər niyə məsuliyyətə cəlb olunmur?

Milyardlarla dollar Azərbaycandan necə çıxarılır?

Nazilə Səfərli Xoşqədəm Hidayətqızının şikayəti ilə saxlanıldı

"Rusiya müharibədə bizə Xəzərdəki HHM sistemlərilə kömək edirdi" - Ermənistanın sabiq baş naziri

Ən çox oxunanalar