Şənbə, 19 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Mariya Zaxarova azərbaycanlı tarixçiyə təşəkkür edib

"Sloveniyada II Dünya Müharibəsi zamanı sloveniyalı partizanların sıralarında vuruşan Qırmızı Ordu əsgərlərinə qoyulan abidənin açılışı olub. Azərbaycan tarixçisi İlqamAbbasov tərəfindən Rusiya arxivlərində aparılan araşdırmalar sayəsində Qırmızı Ordunun 16 döyüşçüsünün şəxsiyyətləri məlum olub”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

M. Zaxarova deyib ki, onlar 1945-ci ilin yazında Aydovşçina şəhərinin kənarında həlak olublar və Sloveniyanın anti-faşist müqaviməti hərəkatının digəriştirakçıları ilə birlikdə onların şəxsiyyəti müəyyənləşdirilib. OnlarSloveniya anti-faşist müqaviməti hərəkatının digər üzvləri ilə birgə qardaşlıq məzarlığında dəfn ediliblər.

M. Zaxarova Qırmızı Ordu əsgərlərinin adlarının yenilənən memorial üzərində həkk edildiyini söyləyib: “Açılış mərasimində Rusiyanın Sloveniyadakı səfiri Timur Eyvazov, Aydovşinanın meri və yerli hakimiyyət nümayəndələri iştirak ediblər. Bu hadisəni Rusiya və Sloveniya tarixinin ortaq səhifələrinə hörmət, tarixi yaddaşın qorunmasında mövqelərimizin təsdiqlənməsi kimi qiymətləndiririk. Azərbaycandan olan dostumuza xüsusi təşəkkürümüzü bildiririk".

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Səməd Seyidovdan oğlunun toy xəbəri ilə bağlı açıqlama

“Heç bir “Zəngəzur dəhlizi” olmayacaq” - Paşinyan

Bayden-Putin görüşündə Qarabağ müzakirəsi niyə gizlədilir? – Maksim Şevçenko açıqladı - Video

Van Damın azərbaycanlı qudası polkovnik Hacızadədir

Ərdoğan Azərbaycanda hərbi baza yaradılacaqından danışdı... - Gözləntilər nə zaman reallaşacaq?

Elmar Vəliyevlə bağlı yeni iddialar... - "Anlaqsız olmasını səbəb gətirməsi..."

Dolları çölə səpən idmançımız millidən qovuldu - Video

Milyardlarla dollar Azərbaycandan necə çıxarılır?

Düşmənimiz Ara Abramyanın Azərbaycandakı əlaltları bu günə qədər niyə məsuliyyətə cəlb olunmur?

Nazilə Səfərli Xoşqədəm Hidayətqızının şikayəti ilə saxlanıldı

Azərbaycanlılarla quda olan məşhur əcnəbilər: Van Damm, keçmiş prezident, eks-səfir… – Foto

Ən çox oxunanalar