Cümə, 18 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Ermənilərlə tariximizə və bu günümüzə kompleks şəkildə baxmalıyıq"

Bütün dövrlərdə qeyri-səmimi mövqe ortaya qoyan ermənistanın dövlət siyasətində terrorizmin ana xətt təşkil etməsi dünyaya bəllidir. Bu “dövlət”in öz torpaqları olmadığı kimi, tarixi,mədəniyyəti,musiqisi də yoxdur. Ali təhsil müəssisələrimizdə bu istiqamətdə mərkəzlər yaratmalı və kompleks şəkildə xalqımıza məxsus olanlara sahib çıxmalı, oğurlanmasına,dağıtılmasına,terrora məruz qalmasına yol verməməliyik.

Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi, Bakı Avrasiya Universitetinin Mətbuat katibi Şəfayət Avılbəyli 4 iyunda Kəlbəcərdə həmkarlarımızın terror nəticəsində şəhid olmalarına münasibət bildirərkən deyib.

“Biz tam olaraq qonşumuz Ermənistanla tariximizə və bu günümüzə kompleks şəkildə baxmalıyıq,risklər və nəticələri hesablayaraq ona görə davranmalıyıq.Tarix nəyi göstərir- bunu xalqımız yaxşı bilir. Bizi tarixi torpaqlarımızdan didərgin salan, yüz illər boyunca köməksiz,əlacsız qalaraq yurd yerlərimizi onlara burxmağımızın səbəbləri var?!”...

Sovetlər dağıldıqdan sonrakı tarixə nəzər salaraq görürük ki, müstəqillik qazanmış Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Son olaylar da məhz bu siyasətin davamıdır.Yaxın keçmişimizdə bununla bağlı təkzibolunmaz faktlar, məhkəmə materialları var. Dağlıq Qarabağ münaqişəsindən əvvəl və sonrakı dövrlərdə xalqımıza qarşı törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir. Bunlar istintaq materillarında öz əksini tapmışdır.

Eyni zamanda 90-cı illərin əvvələrindən başlayaraq tarixi terror adlarını yenidən gündəmə gətirərək Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", ASALA, "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər”.

1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır.

Məşhur terrorçu, Qərbi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmasının rəhbəri, 28 noyabr 1985-ci ildə 6 il müddətinə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilmişdir. M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olmuşdur. 1993-cü ildə Dağlıq Qarabağda öldürülən terrorçunun Yerevanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdir. Ermənistanın milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.

Məşhur terrorçu, Daşnaksütyun partiyasının "Dro" terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olmuşdur.

1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazqen Sislyan 1992-ci ildə Yerevandan Xankəndinə göndərilmişdir. Vazgen Sislyan azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştiraklarına görə prezident Robert Koçaryan tərəfindən "Qarabağ müharibəsinin qəhrəmanı" adına layiq görülmüşdür.

Qarabağın dinc azərbaycanlı əhalisinin öldürülməsində Ermənistan xüsusi xidmət orqanlarının himayə etdiyi Əbu Əli və Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli terrorçular da fəal iştirak etmişlər.(Mənbə:Erməni Terror Təşkilatları.Müxtəlif dövlərdə istintaq materiallarından)

- İndi bizim oğuz yurdumuzda, İrəvanda, Göyçədə, Zəngəzurda özlərinə dövlət yaradan Erməniztan bizimlə necə səmimi qonşuluq siyasəti yaradacaq onu mərak edirəm? İstər atəşkəs dövründə, istərsədə bu günümüzdə burunları ovulsada məkrli niyyətlərindən əl çəkmək istəmirlər.Heç vaxt ermənilərə aman vermək olmaz. Tariximiz dəfələrlə bizə olacaqları göstərib.Təbii biz birgə yaşayış mümkünlüyünü həmişə prioritet olaraq göstərməkdəyik.Lakin qarşı tərəf hər dəfə hiyləgər siyasəti ilə bizi bir daha düşünməyə vadar edir ki, son 200 ildə bizim başımıza nələr gəlib və gələcəkdə biz nə etməliyik?

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ermənilər bu kəndi də tərk edərək boşaldırlar

Van Damın azərbaycanlı qudası polkovnik Hacızadədir

Müharibənin ilk saatları: əsgərlərimiz düşmən səngərini yaran mühəndis texnikasını çıxarmağa çalışır

Elmar Vəliyevlə bağlı yeni iddialar... - "Anlaqsız olmasını səbəb gətirməsi..."

Ərdoğan Azərbaycanda hərbi baza yaradılacaqından danışdı... - Gözləntilər nə zaman reallaşacaq?

Dolları çölə səpən idmançımız millidən qovuldu - Video

"Ayaqlarım tutulub, müalicənin faydası yoxdur" - Əlibaba Məmmədov

Alimlər bilikləri birbaşa beyinə yazmağın yolunu tapıblar

Ən çox oxunanalar