Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadakı azərbaycanlılar Baş prokuror İqor Krasnova müraciət ediblər

"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məsləhət Şurası və "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov ölkənin Baş prokuroru İqor Krasnova müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, müraciətdə 28 may 2021-ci il tarixində Novosibisk vilayətinin Moşkov rayonunda baş vermiş faciəli hadisə zamanı vətəndaş Vəkil Abdullayevin Dövlət Yol Polisi (DYP) əməkdaşı Aleksandr Qusev tərəfindən qətlə yetirildiyinə diqqət cəlb edilib. Hadisə zamanı polis əməkdaşının bu cinayəti istəmədən və ehtiyatsızlıq üzündən törətdiyi istisna edilməyib.

Qeyd edilib ki, sosial şəbəkələrdə və mediada yerləşdirilən videolentdən yol polisinin heç kim üçün təhlükə yaratmayan Vəkil Abdullayevə atəş etməsinin göründüyü, halbuki həmin vəziyyətdə odlu silahdan istifadə etməyə ehtiyacın olmadığı nəzərə çatdırılıb: "Aydın məsələdir ki, A.Qusev qeyri-peşəkar və məsuliyyətsiz davranıb. Onun ehtiyatsız hərəkətləri 19 yaşlı Vəkil Abdullayevin ölümü ilə nəticələnib".

Hazırda kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirələrin aparıldığı, bəzi bədnam insanların məsuliyyətsiz açıqlamalarının, xüsusilə də "Russian Today" telekanalının əməkdaşı, RF İctimai Palatasının üzvü Mariya Butinanın qətli törədən DYP əməkdaşının hərəkətlərini təqdir etməsi barədə fikrinin ölkədə vəziyyətin gərginləşdirilməsinə gətirib çıxara biləcək mübahisələr doğurduğu bildirilib.

M.Butinanın təxribat xarakterli açıqlamasının cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane ola biləcəyini qeyd edən soydaşlarımız Baş prokuroru M.Butina ilə əlaqədar müvafiq tədbirlərin görülməsinə və vətəndaş Vəkil Abdullayevin qətli ilə bağlı cinayət işinin istintaqını şəxsi nəzarətinə götürməyə çağırıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar