Cümə, 18 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Covid 19-dan əvvəlki və sonrakı vəziyyətlər...

İnkişaf etməkdə olan ölkələrdə və xüsusən də, az inkişaf etmiş ölkələrdə epidemiya dövründə yaşanan böhran mühitindən sonrakı bərpa prosesi xeyli vaxt aparacaq...

Erdal Tanas Karagöl
“Yeni Şafak” qəzeti, Türkiyə, 7 iyun 2021-ci il

Covid-19 epidemiyası ilə birlikdə təhsildə, iqtisadiyyatda, ticarətdə, səhiyyədə və həyatın bir çox digər sahələrində mühüm dəyişikliklər oldu və olmaqda da davam edir. Bu iqtisadi, sosial və mədəni dəyişikliklərin ictimai sahədə ciddi dəyişikliklərə səbəb olması qaçılmazdır. Əlbəttə ki, Covid-19-a qarşı uğurlu mübarizədən sonra gələn yeniliklərin bir qisminin normallaşacağını da gözləyə bilərik.

İqtisadiyyatda və ticarətdəki proseslər

İnformasiya və texnologiyalardakı dəyişikliklər və irəliləyişlər nəticəsində ortaya çıxan yeni iqtisadi konsepsiya ilə iqtisadiyyatda bir çox dəyişiklik baş verir. Covid-19 epidemiyası zamanı insanlar onlayn ticarətə üz tutdular və beləliklə, onlayn ticarətin həyatımızda yeri daha da dərinləşdi. Əlbəttə ki, Covid-19-dan əvvəl də onlayn ticarətin ümumi payı artmaqda idi. Ancaq epidemiyanın bu dəyişikliyi sürətləndirdiyi də bir reallıqdır.

2021-ci ilin birinci rübü ilə bağlı TÜİK-in açıqladığı iqtisadi böyümə məlumatlarına əsasən, Türkiyədə ən sürətli böyüyən sektorun informasiya və kommunikasiya sektoru olması da buna sübutdur. Məlumat və kommunikasiya fəaliyyətləri 2021-ci ilin birinci rübündə 18,1% artıb.

Texnoloji inkişaflar və ticarətin dəyişməsi də investisiya alətləri və maliyyə investisiyalarında dəyişikliklərə səbəb olub. Qiymətlərdə dərin dalğalanmalar baş verməsinə baxmayaraq, kriptovalyutaların ticarəti investorların, pul qurumlarının və siyasətçilərin ən vacib gündəm maddələrindən biri halına gəlib. Qısacası, kriptovalyutaların Covid-19-dan əvvəl yalnız bir neçə nəfərin gündəmində olduğunu demək yanlış olmazdı, amma indi demək olar ki, hər kəsin gündəmindədir.

Təhsil və sosial siyasətlərdə dəyişiklik

Covid-19-dan təsirlənən ən vacib sahələrdən biri də təhsil idi. Onlayn təhsil hələ də təhsilin bütün səviyyələrində davam edir. Covid-19-dan sonrakı normallaşma dövründə belə, onlayn təhsil vasitələrindən, xüsusən universitetlərdə, inkişaf etmiş onlayn təhsil infrastrukturu ilə tez-tez istifadə edilə biləcəyini deyə bilərik.

Covid-19-dən sonrakı dövrdə mövcud onlayn təhsil infrastrukturunun üstünlükləri ilə bir çox universitet uzaqdan təhsil vasitələrinin köməyilə distant bakalavr və magistratura təhsilləri ilə təmin ediləcək. Bu vəziyyətdə yeni norma olan distant təhsilin də ümumi təhsil sisteminin bir hissəsi olacağını deyə bilərik.

Covid-19 dövründə ən çox danışdığımız sahələrdən biri sosial siyasətlər oldu. Covid-19-dan sonra cəmiyyətin bütün təbəqələrini qorumaq üçün sosial siyasətlərdə yeni modellərin müzakirə ediləcəyi bir dövrə girəcəyik.

Səhiyyədə yeniliklər və çevrilmələr

Nəticə etibarilə, Covid-19 bütün dünyada bir pandemiya və sağlamlıq böhranı yaratdı. Bu dövrdə Covid-19 ilə mübarizə üçün bir çox addım atıldı və peyvəndlərin inkişafı üçün yeni metod və üsullar tətbiq edildi. Bu, hələ peyvənd vurdurmayan bir çox xəstəlik üçün də ümid işığı oldu. Bu səbəbdən, Covid-19-dan sonra fərqli xəstəliklər üçün yeni peyvəndlərin tapıldığı bir dövrün ərəfəsindəyik.

Əlbəttə ki, vaksinlər yalnız yoluxucu xəstəliklər üçün deyil və bu durum xərçəng kimi bir çox xəstəlik üçün də vaksin hazırlana biləcəyini gündəmə gətirdi.

Covid-19 və qlobal dəyişikliklər

Bütün bu proseslər həm ölkə daxilində, həm də qlobal perspektivdə dəyişikliklərə səbəb olacaq. Belə ki, inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan və az gəlirli ölkələr arasındakı inkişaf fərqi yenidən genişlənməyə başlayacaq. Çünki inkişaf etmiş ölkələrin sahib olduqları vaksinlərlə normallaşması daha asan olacaq. Bu ölkələrdə epidemiyadan mənfi təsirlənən sektorlara verilən dəstək sayəsində iqtisadiyyatların yaxşılaşması qısa müddətdə həll olacaq. Bununla birlikdə, inkişaf etməkdə olan ölkələrdə və xüsusən də, az inkişaf etmiş ölkələrdə epidemiya dövründə yaşanan böhran mühitindən sonrakı bərpa prosesi xeyli vaxt aparacaq.

Digər tərəfdən, inkişaf etmiş ölkələrin milli gəlirlərini və bu sahədəki önəmli xərclərini artıran AR-GE sektoru sayəsində sürətli bərpa imkanları da mövcuddur. Covid-19 üçün istifadə etdiyimiz peyvəndlərin bu ölkələr tərəfindən inkişaf etdirilərək dünyaya satılması inkişaf etmiş ölkələrin dünya iqtisadiyyatındakı paylarını və təsirlərini qoruyacağının bir göstəricisidir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Ermənilər bu kəndi də tərk edərək boşaldırlar

Van Damın azərbaycanlı qudası polkovnik Hacızadədir

Müharibənin ilk saatları: əsgərlərimiz düşmən səngərini yaran mühəndis texnikasını çıxarmağa çalışır

Elmar Vəliyevlə bağlı yeni iddialar... - "Anlaqsız olmasını səbəb gətirməsi..."

Ərdoğan Azərbaycanda hərbi baza yaradılacaqından danışdı... - Gözləntilər nə zaman reallaşacaq?

Dolları çölə səpən idmançımız millidən qovuldu - Video

Nazilə Səfərli Xoşqədəm Hidayətqızının şikayəti ilə saxlanıldı

"Ayaqlarım tutulub, müalicənin faydası yoxdur" - Əlibaba Məmmədov

Ən çox oxunanalar