Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

On iki ildən sonra İsraildə yeni hökümət qurulur - Yeni koalisiya bölgəyə sülh gətirə bilərmi?..

Netanyahu 12 illik fasiləsiz hakimiyyətindən sonra, yeni hökümət İsrailin regional və Fələstin siyasətində hansı dəyişikliklər edə bilər?..

Zaur Məmmədov: “İsrail o dövlətlərdəndir ki, daxili siyasətdəki proseslər baxımından siyasi partiyalar arasında kifayət qədər ciddi fikir ayrılıqları var”.

Məhəmməd Əsədullazadə: “İsraildə 12 illik Binyamin Netanyahunun hökuməti sona ÇATDI. Onun son günlər qızışdırdığı Həmas və İsrail müharibəsi də onun hakimiyyətdə qalmasına şərait yaratmadı”.

Bildiyimiz kimi İsraildə yeni hökümət kolisiyası quruldu və Netanyahu hökümətinə son verilib. Yeni koalisyon hökümət and içdikdən sonra fəaliyyətə başlayacaq və bu hökümətə qarşıdakı iki ildə “Yamina” rəhbəri Naftali Bennet başçılıq edəcək. Daha sonra isə onu “Yeş Atid” partiyasıın lideri Yair Lapid əvəz edəcək.

Koalisiya hökuməti “Yeş Atid”, “Kahol-Lavan”, “Yamina”, “Avoda”, “Bizim ev-İsrail”, “Tikva Hadaşa”, “Merets” və “RAAM” partiyalarının dəstəkləyi ilə təşkil olunub və İsrail tarixində ilk dəfə İsraildə yaşayan ərəblər də koalisiyada təmsil olunublar. Yeni hökümət iyunun 14-də and içdikdən sonra fəaliyyətə başlayacaq. Lakin yeni koalissiyanın İsrail parlamentində cəmi iki səslə üstünlüyə sahib olması yeni hökümətin vəziyyətinin çox kövrək və titrək olduğunun göstərməkdədir. O üzdən də kolasiyanın nə qədər davam edib-etməyəcəyi və növbədənkənar seçkilərin olub-olmayacağı böyük sual altındadır. İsrail-Fələstin münasibətlərinin gərginləşməsi fonunda hər an koalisiyanın dağılması istisna olunmur.

Qeyd edək ki, Binyamin Netanyahu 2009-cu ildən Baş nazir postunu tutur. 12 illik hakimiyyətindən sonra o, İsrailə böyük problemlər qoyaraq hakimiyyəti tərk edir.

Ümumilikdə Netanyahu liderliyində son on ildə İsrailin regional və Fələstin siyasətini necə dəyərləndirmək olar və tərkibində ərəblərin də yer aldığı yeni hökümətin Fələstin məsələsində Netanyahudan fərqli siyasət yürüdəcəyini düşünmək olarmı?

İsraildə formalaşan yeni höküməti PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov və Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Zaur Məmmədov: “Adətən bu kimi respublikalarda parlament çoxluqda olan siyasi partiyanın nümayəndəsi baş nazir olur. Amma bu dəfə biz İsraildə tamamilə fərqli mənzərənin şahidi olduq”.

İdeoloji baxımdan Likud və indi hakimiyyətə gələn koalisiya arasında fərq olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Netanyahu ondan kənar hökümətin qurulmasını sağçılara böyük zərbə kimi qiymətləndirib:

“İsrail o dövlətlərdəndir ki, daxili siyasətdəki proseslər baxımından siyasi partiyalar arasında kifayət qədər ciddi fikir ayrılıqları var. Biz sol, sağ ideologiyalar arasında mübarizəni İsrail və Türkiyənin qismində daha aydın şəkildə görə bilirik.

Təbii ki, parlamentli respublika olan İsraildə parlamentdə hansı partiyanın çoxluq təşkil etməsi və baş nazirin kim olması olduqca vacibdir. Adətən bu kimi respublikalarda parlament çoxluqda olan siyasi partiyanın nümayəndəsi baş nazir olur. Amma bu dəfə biz İsraildə tamamilə fərqli mənzərənin şahidi olduq.

Netanyahu hökümətinə iki ərzində dörd dəfə seçkiyə getməsinə baxmayaraq, siyasi partiyalarla koalisiya qura bilmədiyi üçün hökuməti formalaşdırmağa müvəffəq olmadı. Nəticə etibarilə bu gün parlamentdə çox cuzi sayı olan şəxs hökuməti formalaşdırır və baş nazir olur. İdeoloji baxımdan da Netanyahu və indi hakimiyyətə gələn koalisiya arasında fərq var. Təsadüfi deyil ki, Netanyahu ondan kənar hökümətin qurulmasını sağçılara böyük zərbə kimi qiymətləndirib.

Hər halda onlar arasında müxtəlif fikirlər olmasına baxmayaraq İsraildə olan bütün siyasi partiyalar bir məsələdə yetkil rəyə malikdir. Bu da İsrailin gələcəyi və İsrail-Fələstin arasında olan münaqişədir. Təbii ki, burada İsrailin məqsədləri hər kəsə məlumdur. Önəmli olan iki dövlət formulunu indiki hökumət tərəfindən qəbul edilib edilməyəcəyidir.

Bildiyimiz kimi İsrail Azərbaycanın hərbi müttəfiqdir. Biz 44 günlük Vətən müharibəsində də İsrailin Azərbaycana dəstək verdiyini görmüş olduq. Azərbaycan-İsrail münasibətləri çox dərindir. Yaxın Şərqdə dostluq, əmin-amanlıq münasibətləri hər zaman rəsmi Bakı alqışlayır”.

Məhəmməd Əsədullazadə: “Yeni hökumət İsraildə sabitlik siyasəti həyata keçirəcək”.

Binyamin Netanyahunun ərəb ölkələri ilə sülh sazişinə və əlaqələrin qurulması istiqamətində siyasət apardığını xatırladan politoloq PİA.az-a bildirib ki, bu siyasət ABŞ-ın da dəstəyi ilə son dərəcə uğurla yekunlaşdı:

“Artıq demək olar ki, İsraildə 12 illik Netanyahu dönəmi sona çatdı. Onun son günlər qızışdırdığı Həmas və İsrail müharibəsi də onun hakimiyyətdə qalmasına şərait yaratmadı. Binyamin Netanhayu İsrail Fələstin məsələsində sərt xətt tərəfdarı idi. Amma, onun bu siyasəti heç də qalibiyyətlə sona çatmadı. Fələstin problemi dünyanın bir nömrəli problemi olaraq hələ də qalmaqdadır.

Bundan əlavə, Benyamin Netanyahu ərəb ölkələri ilə sülh sazişinə və əlaqələrin qurulması istiqamətində siyasət apardı. Bu son dərəcə uğurla yekunlaşdı. Düzdür, burada Tramp administrasiyasının rolunu da vurğulamaq lazımdır. Həmçinin İran siyasətində müəyyən probelmelər olsa da, müharibəyə gətirib çıxarmadı.

Məhəmməd Əsədullazadə: “Netanhahunun məğlub olmasına səbəb onun son illərdə adının korrupsiyada hallanması və istintaqa cəlb olunması oldu”.

Azərbaycanla əlaqələrə gəldikdə isə, bu iki ölkə arasında B. Netanhahu hökuməti dövrüdə parlaq və qızıl dövr adlandırmaq olar. B. Netanhahunun məğlub olmasına səbəb onun son illərdə adının korrupsiyada hallanması və istintaqa cəlb olunması oldu.

 

Hazırda “Yeş Atid” partiyasının lideri Yair Lapid, “Yeş Atid”, “Blue and White”, “Yisrael Beytenu”, “Yamina”, “New Hope”, “Labour”, “Meretz və “Raam” tərəfindən dəstək alaraq yeni koalisya hökuməti qurduğunu bildirib. Yair Lapidin baş nazirliyi Fələstin İsrail əlaqələrində müəyyən yumuşalma olacağı gözlənilir.

Ərəb partiyasınında bu koalisiyada yer alması göstərir ki, İsrail daxilində də ərəb yəhudi probelemlərində ciddi insident olmayacaq. Təbii ki, bu partiya xarici siyasətdə yeni kusru davam etdirəcək. Azərbaycanla əlaqələrə gəldikdə isə, bu əlaqələr olduğu kimi davam edəcək. Çünki, burada yəhudi lobbisi də mühüm rol oynayır. Yeni hökumət İsraildə sabitlik siyasəti həyata keçirəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar