Şənbə, 19 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Nazirlə “Aqrar Tədarük və Təchizat” ASC-nin bağçalarda xiyar korrupsiyası – Faktlar

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin uşaq bağçalarına kilosu 50 qəpiyə olan xiyarı kiloqramı 4 manatdan satması ilə bağlı araşdırma aparılır.

PİA.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. Ancaq Kənd Təsərrüfatı Nazirliyi bu fakta susur, nə təkzib edir, nə də əsaslandırır.

Sual oluna bilər: KTN-nin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC neçə bağça və müəssisəni ərzaqla təmin edir?

Nə yazıq ki, bu barədə dəqiq informasiya əldə edə bilmədik. Amma “Aqrar Tədarük və Təchizat” ASC-nin adı dəyişdirilərək ləğv edilən sələfinin 2017-ci ildə verdiyi açıqlamaya görə, təkcə Şəmkir-Qazax Regional Bölməsi üzrə 158 körpələr evi-uşaq bağçası, 6 mərkəzi xəstəxana, 95 icra nümayəndəlikləri var. Onlar məhz bu qurum tərəfindən ərzaq məhsulları ilə təchiz edilirdi.

Nəzərə alsaq ki, Azərbaycanın 10 belə regional bölgəsi mövcuddur və hər birində aşağı-yuxarı eyni sayda bağça, mərkəzi xəstəxana və icra nümayəndəlikləri fəaliyyət göstərir.

O zaman bazar qiymətindən 10 dəfə baha satılan ərzaq malları ilə KTN-nin “qaz vurub qazan doldurduğunu” anlamaq çətin deyil.

Üstəlik, “Aqrar Tədarük və Təchizat” ASC-nin digər dövlət qurumlarını da ərzaqla təchiz etdiyini hesaba qatsaq, dəhşətli bir korrupsiya şübhəsi ortaya çıxır.

Nə yazıq ki, regionlardan gələn bəzi iddialar da bu təəssüratı gücləndirir. Belə iddialardan biri də uşaq bağçalarına verilən ərzaq məhsullarının qiyməti və keyfiyyəti ilə bağlıdır.

İmişlinin Mərzəli kənd bağçasının müdirəsi Mariya Lauşovanın bir müdət əvvəl verdiyi açıqlamada “Aqrar Tədarük və Təchizat” ASC-nın onlara ərzaq məhsullarını bazar qiyməti ilə müqayisədə ən azı 7 dəfə baha satdığı qeyd olunmuşdu.

Üstəlik, uşaqlarımıza yedirilən ərzaq məhsullarının keyfiyyəti də qənaətbəxş deyil. Bu qurumun və KTN-lə birgə maxinasiyalarının yeni detalları ilə bağlı araşdırma aparırıq.(Tia.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Səməd Seyidovdan oğlunun toy xəbəri ilə bağlı açıqlama

“Heç bir “Zəngəzur dəhlizi” olmayacaq” - Paşinyan

Van Damın azərbaycanlı qudası polkovnik Hacızadədir

Bayden-Putin görüşündə Qarabağ müzakirəsi niyə gizlədilir? – Maksim Şevçenko açıqladı - Video

Ərdoğan Azərbaycanda hərbi baza yaradılacaqından danışdı... - Gözləntilər nə zaman reallaşacaq?

Elmar Vəliyevlə bağlı yeni iddialar... - "Anlaqsız olmasını səbəb gətirməsi..."

Dolları çölə səpən idmançımız millidən qovuldu - Video

Düşmənimiz Ara Abramyanın Azərbaycandakı əlaltları bu günə qədər niyə məsuliyyətə cəlb olunmur?

Nazilə Səfərli Xoşqədəm Hidayətqızının şikayəti ilə saxlanıldı

Milyardlarla dollar Azərbaycandan necə çıxarılır?

"Rusiya müharibədə bizə Xəzərdəki HHM sistemlərilə kömək edirdi" - Ermənistanın sabiq baş naziri

Ən çox oxunanalar