Şənbə, 19 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Arustamyan Bakıya gələ bilməyəcək - Yenilənib

Erməni əsilli jurnalist və idman şərhçisi Nobel Arustamyan Azərbaycanda keçiriləcək “AVRO-2020” matçlarında işləmək üçün akkreditasiya almayıb. O, futbol oyununu şərh etmək üçün Bakıya gələ bilməyəcək.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti”yə diplomatik mənbədən məlumat daxil olub.

“Arustamyan Bakıdakı oyunlar üçün akkreditasiya almadı. O, Azərbaycana gələ bilməyəcək", - məlumatda vurğulanıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi sözçüsü Mariya Zaxarova və “Matç” TV-nin baş prodüseri Tina Kandelaki problemin UEFA-nın dəstəyi ilə həll olunduğunu və Arustamyanın sonda akkreditə olunduğunu elan etdilər.

Qeyd edək ki, Nobel Arustamyanın ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.

***

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova futbol şərhçi Nobel Arustamyanın Bakıda keçiriləcək AVRO-2020 matçlarını işıqlandırması üçün qeydiyyata alındığını açıqlayıb.

Bu barədə Zaxarova “Facebook” hesabında yazıb.

XİN rəsmisi buna görə UEFA-ya təşəkkür edib.

Qeyd edək ki, Rusiyanın “Matç tv” kanalı şərhçi Nobel Arustamyana UEFA tərəfindən akkreditasiya verilmədiyini iddia etmişdi. Buna səbəb kimi Azərbaycanın ona akkreditasiya verməkdən imtina etməsini göstərilirdi.(report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Səməd Seyidovdan oğlunun toy xəbəri ilə bağlı açıqlama

“Heç bir “Zəngəzur dəhlizi” olmayacaq” - Paşinyan

Van Damın azərbaycanlı qudası polkovnik Hacızadədir

Bayden-Putin görüşündə Qarabağ müzakirəsi niyə gizlədilir? – Maksim Şevçenko açıqladı - Video

Ərdoğan Azərbaycanda hərbi baza yaradılacaqından danışdı... - Gözləntilər nə zaman reallaşacaq?

Elmar Vəliyevlə bağlı yeni iddialar... - "Anlaqsız olmasını səbəb gətirməsi..."

Dolları çölə səpən idmançımız millidən qovuldu - Video

Düşmənimiz Ara Abramyanın Azərbaycandakı əlaltları bu günə qədər niyə məsuliyyətə cəlb olunmur?

Nazilə Səfərli Xoşqədəm Hidayətqızının şikayəti ilə saxlanıldı

Milyardlarla dollar Azərbaycandan necə çıxarılır?

"Rusiya müharibədə bizə Xəzərdəki HHM sistemlərilə kömək edirdi" - Ermənistanın sabiq baş naziri

Ən çox oxunanalar