Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsi qazisinin problemi həll olundu - Video

Azərbaycan Ordusunda şərəfli xidmət göstərərək, Vətən müharibəsində qəhrəmanlıq yolu keçən igidlərimizdən biri də kiçik çavuş Yaqub Qəhrəmanlıdır. O, “N” saylı hərbi hissənin minaatan batereyasında sanitar təlimatçısı, tibb xidməti çavuşu kimi xidmət edib. Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə şücaətlər göstərib. Kiçik çavuş Qəhrəmanlı döyüşdən yaralı əsgəri çıxararkən mərmi partlayışı zamanı yaralanıb. Yaqub Qəhrəmanlı “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qazi bu günlərdə fərdi yaşayış evinin həyətinin giriş hissəsində qapı keçidinin qurulması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən müraciət edib. Şəhid və qazi ailələrinin müraciətlərinə xüsusi diqqət ayıran Birlik tərəfindən qısa bir müddət ərzində onun müraciəti də təmin olunub.

Qeyd edək ki, feysbuk sosial şəbəkəsi vasitəsilə həm Birliyin səhifəsinə, həm də baş direktor Ruslan Əliyevin səhifəsinə çoxsaylı müraciətlər daxil olur. Onlar sistemləşdirilir, araşdırılır və ilk növbədə qazi, şəhid, aztəminatlı ailələrin qaz təchizatı məsələləri icra üçün müvafiq strukturlara yönəldilir.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar