Cümə, 23 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Vaşinqton bir daşla Kremlə 3 zərbə vurdu!

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin Cənubi Qafqaz ölkələri, Gürcüstan, AzərbaycanErmənistana səfəri uğurla yekunlaşdı. Belə ki, onun bu səfəri nəticəsində rəsmi Bakının üzun müddətdir Ermənistandan tələb etdiyi minalanmış ərazilərin xəritəsinin bir qismi daha dəqiq desək, Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələr Azərbaycan tərəfinə təqdim edildi. Bunun müqabilində isə rəsmi Bakı saxlanılan 15 nəfər erməni diversantını Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verdi.

Rəsmi Vaşinqton onsuz da Kremlin arxa baxçalarından biri olan Cənubi Qafqazı təsir dairəsindən çıxarmaq üçün uzun müddətdir dəridən-qabıqdan çıxırdı. Həttə bu istiqamətdə rəsmi Tiflisi çoxdan ələ ala bilmişdi. Görünür ErmənistanAzərbaycanla bağlı da ətraflı məlumatı məhz Gürcüstan rəhbərliyindən alıb. Təsadüfi deyil ki, onun Cənubi Qafqaz ölkələrinə səfəri Gürcüstanda başladığı kimi Gürcüstanda da bitdi.

Deyə bilərəm ki, Filip Rikerin Cənubi Qafqaz ölkələrinə səfəri Vaşinqtonun Kremlə həm Ermənistan, həm Gürcüstan, həm də Azərbaycan baxımından ciddi zərbə vurması ilə yekunlaşdı.

Birincisi, parlament seçkisi öncəsi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın 15 erməni diversantını geri qaytarması onun reytinqinin yüksəlməsinə təsir edəcək. Onsuz da qərbyönümlü bloka rəhbərlik edən Paşinyan bununla Vaşinqtonun həm Ermənistan, həm də Azərbaycanı razı salan bu təklifindən maksimum faydalanmağa çalışacaq. Xüsusilə də seçkilərdə Qərbin Ermənistan üçün tək xilas yolu olduğu və mövcud sərhəd problemlərinin ABŞ vasitəçiliyi ilə həll edilə biləcəyi düşüncəsini erməni ictimaiyyətinə daha da qəbul etdirməyə çalışacaq.

İkincisi, razılaşmaya görə, 15 nəfər erməni diversant Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Vaşinqton bununla rəsmi Tiflisin Cənubi Qafqazda onun gözü, qulağı olduğu mesajını verir. Düşünürəm bu hə Gürcüstanın regionda nüfuzunun artmasına hesablanmış bir addım idi. Vaşinqton eyni zamanda Kremlin bu ölkəyə daha təzyiq imkanlarının olmadığı mesajı verilmiş oldu.

Üçüncüsü, Vaşinqton bu razılaşma ilə bəlkə də imkansız sayıla biləcək bir işi yəni rəsmi Bakının etimadını qazandı. Məsələ ondadır ki Azərbaycan hər zaman Vaşinqtona məsafəli olub və bunun haqlı səbəbləri də var. ABŞ-ın Birinci Qarabağ müharibəsi zamanı haqsız yerə Azərbaycana qarşı qəbul etdiyi 907-ci düzəliş rəsmi Bakının bu ölkəyə qarşı güvənini sarsıtmışdı. Digər tərəfdən, ABŞ-ın dünya üzərindəki münaqişələrə müdaxilə üsulları və destruktivliyi Azərbaycanı da bu ölkəyə qarşı məsafəli olmağa vadar edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyinin təqdir edildiyi bildirilən açıqlamada eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Entoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edildi. Yəni rəsmi Bakı bununla bundan sonra Vaşinqtonun prosesə yaxından iştirak etməsinə isti baxa biləcəyi mesajını verdi.

Bir məqamı da qeyd etmək lazımdır ki, bu sırada bircə Rusiyanın adı çəkilmədi. Bu da öz növbəsində Bakının Kremlə bir etiraz formasıdır. Yəni Rusiya mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün İrəvana təzyiq edə biləcəyi halda bunu etmədi. Halbuki bunu ilk növbədə Moskva həyata keçirə bilərdi. Düzdür, Ermənistanda seçkiöncəsi olması və Kremlin bunu Ermənistanın Qərbə doğru daha da yönəlməsindən ehtiyat etdiyi üçün etmədiyini güman etmək olar. Lakin bütün hallarda Kreml prosesi özü də edə bilərdi.
Yekun olaraq onu deyə bilərəm ki, ABŞ Filip Rikerin Cənubi Qafqaz ölkələrinə səfəri ilə Rusiyanın regiondakı nüfuzuna ciddi zərbə vurmuş oldu.

Lakin istənilən halda Vaşinqtonun belə vədlərlə regiona girməsinə icazə vermək olmaz. Unutmamaq lazımdır ki, söhbət dostuna da, düşməninə də eyni gözlə baxan bir super güc ölkədən gedir. Vaşinqton bir verirsə, 10 almağı da yaxşı bacarır. İndi görək Kremlin Vaşinqtona cavabı necə olacaq?

Turan Rzayev - Politoloq

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Büdcədən oğurlanan milyonlar: Sabiqlərin topdağıtmaz sərvəti - Siyahı

Rəfiqəsinin 20 yaşlı oğlu ilə eşq yaşadığını ilk dəfə açıqladı - Foto

Şeyx getsin “aş-qara” yesin, siyasətə qarışmasın - Video

Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov danışdı

İlham Əliyev məmurlara bizneslə məşğul olmağı qadağan edir - Prezidentin AzTv-yə müsahibəsindən sitat

Rövşən Əkbərov özü ilə kimləri “içəri aparacaq“? - Məhkəmədə böyük skandal

Müharibə “fətva” ilə deyil, əsgərlərin qanı ilə qazanılır

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan “Zəngəzur dəhlizi”ni aça bilərmi?

Ən çox oxunanalar