Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Baydenlə müzakirə edəcəyi məsələləri açıqlayıb

İyunun 14-də Brüsseldə ABŞ prezidenti Cozef Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında NATO sammiti çərçivəsində təkbətək görüş olacaq.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu, iki liderin Cozef Bayden prezident seçildikdən sonra ilk görüşü olacaq.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan başçılıq etdiyi nümayəndə heyəti ilə iyunun 14-də Belçikanın paytaxtı Brüsseldə keçirilən Zirvə toplantısına qatılacaq. Nümayəndə heyəti sammitdə Türkiyənin yerləşdiyi bölgədə suveren hüquqlarını və təhlükəsizliklə bağlı həssaslıqlarına hörmət olunmasını toplantının gündəliyinə təqdim edəcək. Sammitdə Türkiyənin bu məsələlərlə bağlı qətiyyəti vurğulanacaq.

Toplantıda Türkiyə alyans çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirən bir üzv dövlət olaraq müttəfiqlərə terrora qarşı mübarizə və humanitar böhranların aradan qaldırılması üçün əməkdaşlıq təklifini təkrarlayacaq. NATOABŞ qüvvələri Əfqanıstandan çıxandan sonra yaşanacaq terror təhdidlərinə qarşı alyans və müttəfiqlərin fərdi dəstəyinin davam etməsinin vacibliyini də rəsmi Ankara sammitdə müttəfiqlərə təqdim edəcək. Sammitdə Türkiyənin sülh prosesini uğurla reallaşdırması üçün üzərinə düşən məsuliyyəti bu çərçivədə yerinə yetirəcəyi qeyd olunacaq.

Xatırladaq ki, Ərdoğan iyunun 13-də Brüsselə səfər edərkən Atatürk hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə prezidenti Cozef Baydenlə edəcəyi müzakirələrdən danışarkən qeyd edib: “Görüş zamanı müzakirə edəcəyimiz məsələlər çox əhatəlidir. Aprelin 24-ü (ermənilərin saxta tarixi ilə bağlı C.Baydenin tutduğu mövqeyi nəzərdə tutur - red.) təəssüf ki, çox faydasız bir proses idi. Belə yanaşmanı təbii ki, gözləməzdik, ancaq bu yanaşma bizləri sözün əsl mənasında narahat etdi. Odur ki, bu məsələni gündəliyə gətirməmək doğru olmazdı. Türkiyə təsadüfi bir dövlət deyil. O, ABŞNATO ilə müttəfiq bir ölkədir. NATO ilə yaxından-uzaqdan əlaqəsi olmayan ermənilər məsələsində belə bir mövqe tutması bizi narahat və məyus edib. Təbii ki, bunları xatırlatmamaq mümkün deyil”.

Rəcəb Tayyib Ərdoğan “F-35” qırıcıları, “S-400” zenit-raket kompleksinə dair məsələləri də amerikalı həmkarı ilə müzakirə edəcəyini də bildirib.

O, ABŞ-ın “Patriot” zenit-raket sistemini Türkiyəyə verməməsinə diqqət çəkib: “Bu məsələdə də ABŞ yenə sözünə əməl etmədi, “Patriot”ları geri aldı”.

Rəcəb Tayyib Ərdoğan bundan sonra Rusiya ilə “S-400” məsələsinin müzakirə etdiklərini və danışıqlardan sonra həmin sistemi əldə etdiklərini qeyd edib: "Nələri edəcəyik və ya etməyəcəyik kimi məsələləri də ikitərəfli görüşdə masaya qoymağımız faydalı olar. Bunları da ayrıca müzakirə edəcəyik”.

Rəsəb Tayyib Ərdoğan ABŞ-dan NATO üzvlərinə bərabər münasibət göstərməsini istədiklərini də görüşdə müzakirə edəcəklərini bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Belçikadan sonra Azərbaycana səfərə gələcək. Onun Azərbaycan Prezidenti İlham ƏliyevŞuşada əhatəli müqavilə imzalayacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar