Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyevin iki inspektorunun ötür-ötür bağlama işgəncəsi - Gömrükdən faktlar

İqtisadçı Nazim Bəydəmirli Dövlət Gömrük Komitəsini ifşa edən faktlar açıqlayıb.

Yayılan faktlardan gömrük orqanlarının vətəndaşlara etdiyi zülmün ərşə qalxdığı aydınlaşır.

N.Bəydəmirli qeyd edir ki, tanışının bağlamasını saxlamışdılar, məsələyə əl qatmalı olub. O, Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevə, Baş Nazir Əli Əsədova, Baş Prokuror Kamran Əliyevə və bütün orqanlara, eyni zamanda Prezidentə müraciət yazıb.

Sitat: “Azərpoçt”un “28 May” metrostansiyası yaxınlığında yerləşən gömrük postunda özbaşınalıq hələ də davam edir. Çoxsaylı şikayətlərə baxmayaraq tədbir görülmür, nə də gömrüyün əməkdaşları özlərinə bir ibrət götürmür. Dəfələrlə ətrafımdakı insanların bağlamalarının gömrük postunda əsassız olaraq saxlanılmasının və DGK-yə şikayət ünvanlayandan sonra buraxılmasının şahidi olmuşdum.

Bu dəfə isə özüm bu tamaşada əsas fiqurant oldum. Məsələ ondan ibarətdir ki, özüm üçün 10 balaca bankada kökəldici vasitə sifariş etmişəm. Gömrük qaydalarına əsasən vətəndaş zəruri sayda dərman sifariş edə bilər. Həmçinin gömrük qaydalarına əsasən sifariş intensivliyi nəzərə alınmalıdır.
Lakin gömrük postunun əməkdaşları bu qaydalara məhəl qoymur, özbaşına hərəkətlər edirlər. Martın ikisindən bağlamam Azərbaycana daxil olub. Artıq mayın 10-dur, o gün-bu gündür 2 aydan çoxdur ki, bağlamamdan xəbər-ətər yoxdur”, – iqtisadçı məsələni çatdırır.

N.Bəydəmirli qeyd edir: “Mən Sumqayıtda oluram, həftə içi də işdə oluram, yalnız bazar günü boşam, o gün də poçt işləmir, bu səbəblə gedə bilməyib telefon vasitəsilə məlumat əldə etməyə çalışsam da boşuna kontur sərf etmiş oldum – gömrük postunda zənglərə cavab vermirlər, robot “Salam, siz Dövlət Gömrük Komitəsinə zəng etmisiz” deyən andan etibarən də kontur çıxmağa başlayır.

Nəhayət bir gün telefonuma cavab verdilər və operator bağlamamın saxlanıldığını dedi və dəstəyi Abdullayeva Güllü adlı inspektora ötürdü. Güllü özündən əmin və razı şəkildə yüksək səslə “Bağlamanızı şəxsən özüm saxlamışam” dedi. Bağlamamda gömrük əsasnaməsinə zidd bir şey olmadığını anlatmağa çalışsam da inspektorun ümumiyyətlə gömrük qaydalarından xəbərsiz olduğunu gördüm.

Deyir “2 əşyadan artıq sifariş etmək olmaz” , halbuki gömrük əsasnaməsində əşya maddəsi ayrı, dərman maddəsi ayrıdır və əsasnaməyə görə vətəndaş zəruri sayda dərman gətirə bilər.

Uzun mübahisədən sonra bir neçə gündən sonra bir də zəng etməyimi istədi. Növbəti dəfə zəng edəndə inspektor Abdullayeva Güllü, bağlamanın artıq onun səlahiyyətində olmadığını, inspektor Cümşüdova İradə ilə danışmalı olduğumu, lakin hazırda onun növbəsi olmadığı üçün həftənin birinci günü zəng etməyimi dedi.

Halbuki “bağlamanızı şəxsən özüm saxlamışam” deyib sinəsinə döyürdü. Bəs indi necə olur ki, səlahiyyətində olmur ? Birinci gün zəng edib Cümşüdova İradə ilə danışdım, daha doğrusu cəhd etdim, çünki o da inspektor Güllü kimi söz eşitmək istəmir, dediyini deyir, üstəlik o da həmçinin gömrük qaydalarından bixəbər idi. A.Güllü ilə olan söhbət bir də C. İradə ilə təkrarlandı.

Sonda deməyə söz tapmadığını görüb “ikinci xəttə zəng gəlir, hansısa vətəndaşın sualı var, görüm dərdi nədir ?” kimi uydurma bir söz atıb aradan çıxmaq istədi. Guya bunlar vətəndaşın qeydinə qalırlar. Sonda isə “bağlamanızı buraxa bilmərəm dedi” və bununla da söhbətimiz sonlandı.

Mən başa düşmürəm, bu qaydalardan bixəbərləri kim işə götürür ? Belə çıxır ki, yoldan ötən hər kəs gömrükdə işə düzələ bilər ? Elə tutuquşu kimi “2 əşyadan artıq olmaz” əzbərləyiblər, başqa da bir şey bilmirlər.

Sizdən artıq dərəcədə xahiş edirəm yuxarıda yazdıqlarım əsasında araşdırma edə, adını çəkdiyim əməkdaşlar barəsində lazımi tədbirləri görə və mənə bu barədə məlumat verəsiz”.(tia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar