Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

80 ildən sonra yenilənən “Atlantik Xartiyası”nın məqsədi nədir və hədəfi hansı ölkədir?

1941-ci ildə alman faşizminə qarşı imzalanan “Atlantik Xartiyası”nın bu gün Bayden və Conson tərəfindən yenilənməsi üçün hansı siyasi və geosiyasi səbəblər mövcuddur?..

Siyasi ekspert: “80 ildən sonra xartiyaya yenidən baxıldı. Yenilik kimi kiber təhlükəsizliyi, texnologiyanın inkişafı, qlobal problemlər kimi məsələlərin adı çəkildisə də, əsas məğz, yəqin ki, bunlar deyil”.

“Yeni xartiyada təhlükə mənbəyi olaraq çox güman ki, Rusiyaİran da yer alıb. Amma İranın əleyhinə Britaniyanın ciddi addımlar atması az inandırıcı görünür. Çünki İngiltərə İranla gizli müttəfiqdir və bu müttəfiqlik əsrlərdir davam edir”.

Bu sözləri siyasi ekspert Elman Vəliyev Böyük Britaniya Baş naziri Boris Consonun və ABŞ Prezidenti Co Baydenin imzaladığı yeni “Atlantik Xartiyası”nı PİA.az-a şərh edərkən qeyd edib.

Böyük Britaniya Baş naziri Boris Conson və bu ölkədə səfərdə olan ABŞ Prezidenti Co Bayden tərəflərin daha dinc və firavan bir gələcək baxışını ortaya qoyan yeni “Atlantik Xartiyası”nı imzalayıblar. Yeni sənəd 1941-ci ildə Böyük Britaniyanın Baş naziri Uinston Çörçill və ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən imzalanmış “Atlantik Xartiyası” əsasında hazırlanıb. Bu da diqqət çəkən məqamlardan biridir.

Bəs 1941-ci ildə alman faşizminə qarşı imzalanan “Atlantik Xartiyası”nın yenilənməsi üçün bu gün hansı siyasi və geosiyasi səbəblər mövcuddur? Bayden və Consonun imzaladığı yeni “Atlantik Xartiyası”nın hədəfi kimdir, yaxud da hansı ölkədir?

Mövzunu PİA.az-ın əməkdaşı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, siyasi ekspert Elman Vəliyevlə müzakirə edib.

Elman Vəliyev: “1930-40-cı illərdə ən böyük təhlükə Almaniya idisə, artıq ABŞ ilə Böyük Britaniya anlayır ki, indi böyük təhlükə Çindir”.

Yeni xartiyada təhlükə mənbəyi olaraq çox güman Rusiyaİranın da yer aldığını düşünən ekspert PİA.az-a bildirib ki, İranın əleyhinə Britaniyanın ciddi addımlar atması ehtimalı da azdır. Çünki İngiltərə İranla gizli müttəfiqdir və bəzən öz maraqları naminə yardım etmək adı altında İranı iqtisadi cəhətdən asılı hala salmağı da bacarır:

ABŞ prezidenti Co Bayden İyunun 11-16-sı müddətində ilk xarici səfərini həyata keçirir. Bayden ilk olaraq Böyük Britaniyanın Baş Naziri Boris Consonla görüşdü. Görüşdə bir neçə mühüm məsələlər ələ alındı. Bunların ən önəmlisi yeni “Atlantika xartiyası”nın imzalanması və “Belfast” razılaşması oldu. İlk “Atlantika xartiyası” 1941-ci ildə ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın Baş Naziri Uinston Çörçill arasına imzalanmışdı. Həmin xartiya alman faşiziminə qarşı nəzərdə tutulmuşdu və bu xartiya əsasında bir neçə dövlətlə birlikdə antihitler koalisiyası yaradılmışdı. Məhz bu xartiya sonradan yaradılan BMTNATO-nun təməlini qoydu. İndi 80 ildən sonra xartiyaya yenidən baxıldı. Yenilik kimi kiber təhlükəsizliyi, texnologiyanın inkişafı, qlobal problemlər kimi məsələlərin adı çəkildisə də, əsas məğz, yəqin ki, bunlar deyil.

Xartiyanın əvvəlki hədəfi Almaniya idi. Ancaq bu dəfəki hədəf Almaniya deyil. Bəs hədəf kimdir? 1930-40-cı illərdə ən böyük təhlükə Almaniya idisə, artıq ABŞ ilə Böyük Britaniya anlayır ki, indi böyük təhlükə Çindir. Hər iki tərəf bu görüşdə daha çox iqtisadi məsələləri əsas prioritet seçdilər. Böyük Britaniya da yaxşı anlayır ki, Çin iqtisadiyyatı getdikcə güclənməkdədir.

Elman Vəliyev: “İstər Londonda, istərsə də Vaşinqtonda yaxşı anlayırlar ki, əgər Çin və Rusiyanın qarşısı alınmamazsa, anqlosakson sivilizasiyasının sonu gələ bilər. Düşünürəm ki, yeni “Atlantika xartiyası”nın əsas məqsədi də budur”.

Yeni xartiyada təhlükə mənbəyi olaraq çox güman ki, Rusiyaİran da yer alıb. Amma İranın əleyhinə Britaniyanın ciddi addımlar atması az inandırıcı görünür. Çünki İngiltərə İranla gizli müttəfiqdir və bu müttəfiqlik əsrlərdir davam edir. İngiltərə bəzən öz maraqları naminə yardım etmək adı altında İranı iqtisadi cəhətdən asılı hala salmağı bacarır. Digər bir təhlükə isə Rusiyadır. Hesab edirəm ki, xartiyada Rusiyaya xüsusi yer yer ayrılıb. Elə Baş nazir Consonun açıqlamalarından da bu hiss olunurdu. Qərb Rusiyanın güclənməsindən həmişə ehtiyat edib və edir də. Avropada bu gücə qarşı isə ABŞ-ı özlərinə qalxan olaraq görürlər. Amma hal-hazırda əsas müzakirə predmeti Çin ola bilər və hesab edirəm ki, bu xartiya əsasən Çini hədəfə götürüb.

Aydındır ki, ABŞ Çinin “bir kəmər bir yol” layihəsinə maneə olmağa çalışacaq. Bir çox dövlətləri də bu maneəyə dəstək vermələrinə səy göstərəcək. Lakin Rusiya və Çinə təzyiqlər onları bir-birinə yaxınlaşdırıdı. Buna görə də Qərb öz qarşısında çətinlikləri görməkdədir. Əslində isə istər Londonda, istərsə də Vaşinqtonda yaxşı anlayırlar ki, əgər Çin və Rusiyanın qarşısı alınmamazsa, anqlosakson sivilizasiyasının sonu gələ bilər. Düşünürəm ki, yeni “Atlantika xartiyası”nın əsas məqsədi də budur.

Amerika prosesləri anlayır və Çinin daha da güclənməməsi üçün bütün resurslarını səfərbər edəcəyini zənn edirəm. Britaniyanın bu məsələdə ABŞ-la eyni cəbhədən çıxış etməsi və belə bir xartiyanın imzalanması isə onu deməyə əsas verir ki, təhlükənin böyüklüyünü və qapıda olduğunu Vaşinqton və Londonda yaxşı başa düşürlər. Əgər həqiqətən Bayden “ABŞ-ın geri döndüyünü” elan edən güclü bir siyasətçidirsə və ABŞ-ın superdövlət olaraq yoluna davam etməsinə çalışırsa bunu etməlidi və imzalanan xartiyada bu cəhdin başlancığcıdır .

ABŞ-ın digər məqsədi isə Rusiyanı cilovlamaq və uzun müddət cilovda saxlayaraq Moskvanın Pekinlə bərabər addımlamasının qarşısını almaqdır. ABŞ-ın Rusiyanın “Şimal axını 2” layihəsinə maneə olmamasınin bir səbəbi də Rusiyanın Avropada monopolist mövqeyə sahib olmasını əngəlləməkdir.

Böyük Britaniya da bu proseslərdən kənarda qalmaq istəmir. və özünün gələcəyini bir daha ABŞ-ın gələcəyi ilə bağlayır. Bu əslində təbii anqlosaks ittifaqıdır və bu ittifaq öz mövqelərini sonuna qədər qorumaqda israrlı görünür.

Elman Vəliyev: “Böyük Britaniyanı bundan sonra meydanlarda yenidən aşkar şəkildə görə biləcəyik”.

Çin əvvəldən Böyük Britaniya üçün mühüm bir geosiyasi coğrafiya olub. Böyük Britaniyanım Çini müstəmləkə etmək, öz maraqlarını tənim etmək siyasəti birinici və ikinci tiryək müharibələrinə (1839­42, 1856-60-cı illər) səbəb olmuşdu və nəticədə Britaniya imperiyası niyyətinə nail ola bilmişdi. Böyük Britaniya bu gün də siyasi arenada bir ağırlığının olduğunu hiss etdirməyə çalışır. Britaniya məhz bu məqsədlə əl-qolunu bağlayan Avropa Birliyindən ayrıldı (Brexit) və artıq sərbəst siyasət yürüdür.

Bayden Consonla digər bir məsələni də müzakirə edib. Bu məsələ Şimali İrlandiya məsələsidir. Şimali İrlandiya Britaniyanın himayəsində olarkən burdakı katolik azlıqları üsyan edərək müstəqillik tələb edirdilər. Uzun sürən çəkişmədən sonra ABŞ-ın vasitəçiliyi ilə 1998-ci ildə razılaşma oldu. Bu razılaşma Britaniyayamaraqlarına uyğundur.

ABŞ-da bu razılaşmadan məmnundur və 1988-ci il razılaşması onun da maraqları çərçivəsindədir. Razılaşmaya əsasən mülki hüquqlar qorunmalı və silahdan istifadə edilməməlidir. Bu razılaşma uzun illər davam edən terror müharibəsinə son verib. Britaniya Avropa Birliyindən çıxdıqdan sonra Şimali İrlandiya da birliyin üzvü hesab edilmir. Yəni Britaniya planlı siyasət yeridir. Ölkə ABŞ-la münasibətləri daim bir səpkidə tutmağı seçimdir. Əfqanistanda təkcə ABŞ, Rusiya deyil, Britaniya da mühüm rola malikidir.

Bir sözlə Britaniya siyasət meydanında aparıcı güclərdəndir. Eyni zamanda islamafobiyanın, antitürk siyasətin də başında dayananlardandır. Böyük Britaniyanı bundan sonra meydanlarda yenidən aşkar şəkildə görə biləcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar