Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Şuşa bütün dünyaya mesajlarını ünvanladı" - Vüqar Rəhimzadə

“Bütün türk dünyasının birliyinə, regionda sabitliyin, təhlükəsizliyin təminatına, Türkiyə-Azərbaycan dostluğunun yeni strateji istiqamətlər üzrə inkişafına xidmət edəcək Şuşa Bəyannaməsi dünyanın diqqətindədir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada rəsmi qarşılanması ölkəmizin, mədəniyyət paytaxtımız Şuşanın həyatında tarixi hadisədir. Bu reallıqlar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının reallıqda bir daha təsdiqidir. Türkiyə Prezidentinin Şuşaya gəlişinin ilk anından müşahidə etdiyimiz bayram ab-havası, qürur dolu anlar bu birliyin sarsılmazlığının təqdimatı oldu. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan «Azərbaycan tək deyil» bəyanatını dünyaya ünvanlayaraq hər zaman ölkəmizin yanında olduğunu təsdiqləyən Rəcəb Tayyib Ərdoğanın, qardaş ölkənin digər rəsmilərinin, sıravi vətəndaşlarının dəstəyi dövlətimiz, xalqımız tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan və Türkiyə eyni sevinci yaşadı, küçə və meydanlarımızı hər iki ölkənin bayraqları bəzədi. Necə ki, birliyimizin rəmzi kimi dəyərləndirilən, birgə dalğalanan bayraqlarımız Şuşada bu sevinci hər kəsə bəxş etdi. Mətbuata bəyanatında “Bu gün qardaş ölkənin Cümhurbaşqanı tarixi şəhərdə bizim qonağımızdır və hiss etdiyimiz duyğuları sözlərlə ifadə etmək mümkün deyil. Mən əminəm ki, buraya gələn hər bir insan eyni duyğuları hiss edir və bu çox duyğusal günləri yaşadığımız üçün Ulu Tanrıya minnətdarıq” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev Türkiyə-Azərbaycan dostluğunun, birliyinin əbədiliyini təsdiqləyən bu fikirləri də xüsusi qeyd etdi ki, əziz qardaşım, Sizi səbirsizliklə Şuşada gözləyirdik. Doğma Vətəninizə xoş gəlmisiniz, Şuşamıza xoş gəlmisiniz!”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Şuşa Bəyannaməsinin adında bütün məqamları ehtiva etdiyini bildirən Vüqar Rəhimzadə qeyd edib ki, belə bir sənədə məhz Şuşada imza atılması İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda dünyaya bir çox mesajları çatdırır: “Sənədin imzalanmasında məkan təbii ki, əhəmiyyətli rol oynayır. Bu, böyük tarixdir. Hər bir sənəd özündə ehtiva etdiyi məqamlarla, hədəflərlə əhəmiyyətlidir. Beynəlxalq sənəddə vaxt və imza ilə yanaşı, yerin nə qədər böyük məna kəsb etdiyi aydındır. Bu baxımdan Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinə işıq salan və perspektivləri müəyyənləşdirilən sənədə Şuşada imza atılması qürurvericidir, rəmzi məna və mühüm tarixi əhəmiyyət kəsb edir. 15 iyun 2021-ci il, Şuşa şəhəri imzası özündə bütün məqamları birləşdirir. Bu, Qarabağımızın təqdimatı, torpaqlarımızın tarixi sahibinə qayıtması, ərazi bütövlüyümüzün bərpası, Dağlıq Qarabağ ifadəsinin tarixə qovuşması, ən əsası yeni səhifənin açılaraq mədəniyyət paytaxtımızın imzalar arasında imzasının görünməsi və təsdiqidir. Qarabağın tacı olan Şuşamızın həyatında yeni mərhələnin başlanğıcı, dirçəlişinin mühüm səhifəsidir.”

“Böyük qürur hissi ilə deyə bilərik ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərinin ardınca dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan dünyaya bu mesajları çatdırdılar: “Bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”, “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.
Azərbaycanın da daim dost ölkənin yanında olduğunu xüsusi qeyd edən baş redaktor bildirib ki, bu birliyi daimi edən, günbəgün möhkəmlənməsini şərtləndirən amillər tarix, mədəniyyət, ortaq köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığıdır. Böyük fəxr hissi ilə qeyd edirik ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Belçika səfərindən sonra Azərbaycana rəsmi səfəri, Şuşada qarşılanması, ikitərəfli əlaqələrin inkişafına xidmət edən tarixi sənədin imzalanması özündə bir çox məqamları ehtiva edir” söyləyən V.Rəhimzadə bu səfərin, həmçinin Şuşa Bəyannaməsinin təcavüzkar Ermənistana və onun havadarlarına güclü mesaj olduğunu qeyd edib: “Regionda yaranan yeni reallıqlarla barışmaq istəməyən, Ermənistan vasitəsi ilə bölgədə çirkin niyyətlərini həyata keçirmək istəyən dairələr bu birliyin sarsılmazlığı ilə yanaşı, gələcəyə hesablanmış hədəfləri müddəalarında birləşdirən Şuşa Bəyannaməsinin məqsəd və məramlarını dərk etməlidirlər. Daim regionda sülhün, təhlükəsizliyin təminatçısı kimi tanınan və nüfuz qazanan Türkiyə-Azərbaycan birliyinin daha da güclənməsi, dövlətlər, xalqlar arasında körpünün daha da möhkəmlənməsinə töhfələrinin artırılması üçün yeni imkanlar yaranır.”

V.Rəhimzadə bildirib ki, Şuşa tarixi gün yaşamaqla yanaşı, yazdığı tarixlə mesajlarını ünvanladı: “Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiyanın təqdim olunması, tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana “Zəfər” adlı Qarabağ atının və “Xarıbülbül” kompozisiyasının hədiyyə edilməsi, “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirməsi, tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hədiyyə olunması və sair dünyanın diqqətini çəkəcək məqamlar saysız-hesabsız oldu. Bu baxımdan ki, hər bir addım özündə iki dost ölkənin birliyini ifadə edir və dünyaya bu mesajı çatdırır ki, bu birlik bütün istiqamətlərdə nümunədir. Azərbaycan və Türkiyə Prezidentlərinin görüşünün həm Füzulidə, həm də Şuşada baş tutması Türkiyənin bölgədə rolunun, Azərbaycana verdiyi dəstəyin önəmli təzahürlərindən biridir. Səfərin ABŞ Prezidenti Co Baydenlə Rəcəb Tayyib Ərdoğan arasında dialoqdan dərhal sonraya təsadüf etməsi Türkiyə və Azərbaycanın qısa zamanda Qarabağda və Cənubi Qafqazda postmüharibə dövründə müəyyən proseslərlə bağlı ortaq yol xəritəsi hazırlayacaqlarından xəbər verirdi ki, Şuşa Bəyannaməsi bunun təsdiqi oldu.”

Baş redaktor qeyd edib ki, Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixə mühüm hadisə kimi yazıldı: “Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Azərbaycan və Türkiyənin daim ermənilərin əsassız iddiaları, təbliğatları ilə üz-üzə qaldığını önə çəkən Vüqar Rəhimzadə Bəyannamədə yer alan bu məqamı da xüsusi qeyd edib: “Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir. Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq gücləndirilməli, türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməlidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar