Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO zirvəsində Bayden-Ərdoğan görüşünün nəticələri...

Yaxın zamanda Ankara və Vaşinqtonun bir-birlərinə qarşı müttəfiq münasibətlər nümayiş etdirmələrinin şahidi ola biləcəyikmi?..

Politoloq: “ABŞ prezidenti Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Brüsseldə baş tutan görüşü bir çox mətləblərə aydınlıq gətirdi”.

“Bayden-Ərdoğan görüşündən həllini tapmayan bir sıra məqamlar da oldu. Məsələn S-400 raketləri, Rusiya-Türkiyə münasibləri ilə bağlı olan məsələlər həllini tapmadı”.

Bu sözləri politoloq Zaur Məmmədov NATO zirvəsində Bayden-Ərdoğan görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Liderləri Zirvəsi çərçivəsində Belçikanın paytaxtı Brüsseldə ABŞ-lı həmkarı Bayden ilə görüş keçirdi.

Zirvədən sonra keçirdiyi mətbuat konfransında Ərdoğanla görüşünü dəyərləndirən Bayden bunları söylədi:

“Çoxu təkbətək baş tutan müsbət və səmərəli bir görüş keçirdik”.

Həmçinin Bayden Ərdoğanla görüşündə bir çox mövzuda necə irəliləyiş qeyd edəcəklərini də müzakirə etdiklərini bildirib:

“Heyətlərimiz danışıqlara davam edəcək, inanıram ki, Türkiyə ilə ABŞ arasında real irəliləyiş əldə edəcəyik”.

Bəs NATO zirvəsində Bayden-Ərdoğan görüşünün nəticələrini necə dəyərləndirmək olar? İki tərəf arasında bulanıq sular duruldumu və yaxın zamanda Ankara və Vaşinqtonun bir-birlərinə qarşı müttəfiq münasibətlər nümayiş etdirmələrinin şahidi ola biləcəyikmi?

ABŞ-Türkiyə münasiblərinin bundan sonrakı inkişafını PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “ABŞ prezidenti ilə Türkiyə prezidentinin təkbətək görüşməsi və bilvasitə qarşılıqlı olaraq öz irad, təkliflərini bir-birlərinə bildirmələri ABŞ-Türkiyə münasibləri üçün müsbət qiymətləndirilməlidi­r”.

ABŞ-ın Türkiyənin Yaxın Şərq və Cənubi Qafqaz, Mərkəzi Asiya siyasəti ilə barışmalı olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında ABŞ-ın Türkiyənin Şuşa bəyannaməsi, Əfqanıstan və Mərkəzi Asiyada addımlarına razılığının olduğunu da güman edib:

ABŞ prezidenti Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Brüsseldə baş tutan görüşü bir çox mətləblərə aydınlıq gətirdi. Təbii ki, ABŞ prezidenti ilə Türkiyə prezidentinin təkbətək görüşməsi və bilvasitə qarşılıqlı olaraq öz irad, təkliflərini bir-birlərinə bildirmələri ABŞ-Türkiyə münasibləri üçün müsbət qiymətləndirilməlidi­r. Bunda məqsəd sonra iki ölkə arasında müxtəlif məsələlər dialoq şəklində həllini tapmalıdır.

Bayden-Ərdoğan görüşündən həllini tapmayan bir sıra məqamlar da oldu. Məsələn S-400 raketləri, Rusiya-Türkiyə münasibləri ilə bağlı olan məsələlər öz həllini tapmadı. Eyni zamanda ABŞ-ın kürd terrorçularının İraqda və Suriyada dəstəkləməsi hələ ki, həllini tapmayan, lakin qarşıda dialoq nəticəsində həllini tapa biləcək məsələlərdir. Bunun üçün də vaxt və qarşılıqlı danışıqlara ehtiyac var.

Zaur Məmmədov: “ABŞ-ın kürd terrorçularının İraqda və Suriyada dəstəkləməsi hələ ki, həllini tapmayan, lakin qarşıda dialoq nəticəsində həllini tapa biləcək məsələlərdir”.

Ümumilikdə ABŞ Türkiyəni Yaxın Şərq və Cənubi Qafqaz, Mərkəzi Asiya siyasəti ilə barışmalı oldu. Çox güman ki, ABŞ-ın Türkiyənin Şuşa bəyannaməsi, Əfqanıstan və Mərkəzi Asiyada addımlarına razılığı vardı.

Təsadüfi deyil ki, NATO sammitindən dərhal sonra Ərdoğan Azərbaycana gəldi və burada hələ də bir sıra görüşlər keçirir. Bildiyimiz kimi Ərdoğan Şuşada Azərbaycan və Türkiyə üçün inqilabi addım olan Şuşa bəyannaməsini imzaladı”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar