Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda dövlət qeydiyyatına alınan daşınmaz əmlakın sayı açıqlandı

2021-ci ilin yanvar-may ayları ərzində 119 175 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, bunun 28 016-sı ilkin, 91 159-u isə təkrar qeydiyyatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 27,1 faiz artıb.

Cari ilin yanvar-may ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 17 555-i fərdi yaşayış və bağ evi, 36 999-u mənzil, 59 146-sı torpaq sahəsi, 1 328-i qeyri-yaşayış binası, 3 843-ü qeyri-yaşayış sahəsi, 292-si əmlak kompleksi, 12-si çoxmərtəbəli yaşayış binasıdır.

2021-ci ilin ilk beş ayı ərzində 6 168 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 14,5 faiz artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, 2020-ci ilin ilk 5 ayı ilə müqayisədə bu ilin yanvar-may ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 25 faiz artaraq 6 286 olub.

Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin beş ayı ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 32,1 faiz artaraq 11 387, mənzillər üzrə 50 faiz artaraq 23 678, torpaq sahələri üzrə isə 36,3 faiz artımla 52 860 olub.

Ümumilikdə isə, ötən ilin ilk beş ayı ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 65 403-dən 91 159-a yüksəlib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar