Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml narahatdır və “qırmızı xətt” barədə xəbərdarlıq edir

İyunun 16-da ABŞRusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında ilk üzbəüz görüşün ardınca Kreml bəyan edib ki, Ukraynanın NATO üzvlüyü məsələsi Moskva üçün “qırmızı xətdir” . Kremlin sözçüsü Dmitri Peskov iyunun 17-də deyib ki, Rusiya, Ukraynaya bir gün NATO üzvlüyü üçün fəaliyyət planının verilə biləcəyi barədə söhbətlərdən narahatdır. Belə plan Ukraynanın NATO üzvlüyünün bir addımlığına gəlib çatması demək olardı.

Ukrayna prezidenti Vladimir Zelenski  iyunun 14-də demişdi ki, o Baydendən Ukraynaya fəaliyyət planının verilib-verilməyəcəyinə dair “hə” və ya “yox” cavabını gözləyir. Lakin Bayden bildirib ki, Kiyev əvvəlcə ölkədəki korrupsiyanın kökünü kəsməli və NATO-nun başqa kriteriyalarına uyğunlaşmalıdır.

Rusiya və Ukrayna arasında münasibətlər son aylarda yenidən gərginləşib. Onlar Donbasda hərbi əməliyyatların artmasına görə bir-birini ittiham edirlər. Rusiya ötən aylarda Ukrayna sərhədi boyunca və ilhaq edilmiş Krımda 100 minədək əsgər yerləşdirib. Moskva bunun hərbi təlim məqsədilə edildiyində israr edir. Buna baxmayaraq, ABŞ və Qərb, eləcə də Ukrayna Rusiyanın təcavüz ehtimalından narahatdırlar. Rusiya sonradan qoşunları geri çəkdiyini desə də, Vaşinqton və Kiyev çəkilmənin tam olmadığını vurğulayırlar.

Peskov deyib ki, Moskva Ukraynanın NATO üzvlüyünə can atmasını diqqətlə izləyir:"Biz bu məsələni çox diqqətlə izləyirik və Ukraynanın NATO-ya qoşulma perspektivi bizimçün həqiqətən də qırmızı xətdir”.

Buna baxmayaraq Peskov əlavə edib ki, Moskva Bayden-Putin görüşündən məmnundur: "Lap əvvəldən biz xəbərdarlıq etmişdik ki, bu sammitlə bağlı böyük gözləntilər doğrulmaya bilər. Amma indi prezidentin öz qiymətləndirməsini də nəzərə alsaq, bu görüşü daha çox müsbət dəyərləndirmək olar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Ən çox oxunanalar