Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The Tribune”: “Mina və sərhəd mübahisələri bölgədəki sülh təşəbbüslərinə zərbə vurur”

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin “The Tribune” saytında “Mina və sərhəd mübahisələri bölgədəki sülh təşəbbüslərinə zərbə vurur” başlıqlı məqaləsi dərc olunub.
 
Ovqat.com-un məlumatına görə, məqalədə ErmənistanAzərbaycan arasında son zamanlar geniş vüsət alan sərhəd mübahisəsindən bəhs edilir.
 
Müəllif xüsusilə Sünik (Zəngəzur) bölgəsindəki son gərginliyin regional təhlükəsizlik və davamlı sülhə təsir imkanlarını gündəmə gətirib. O, Ermənistanda 2021-ci ilin iyun ayında keçiriləcək seçkilərin ölkədəki vəziyyəti dərin siyasi qarışıqlığa sürüklədiyini bildirib.
 
Müəllif həmçinin qeyd edir ki, rəsmi Bakı Sovet xəritələrindən istifadə edərək demarkasiya prosesinə başlayıb və Ermənistanı bütün fikir ayrılıqlarını və mübahisəli məsələləri siyasi-diplomatik danışıqlar yolu ilə müzakirə etməyə çağırıb. Vurğulanır ki, noyabr razılaşmasından sonra Qazax rayonundakı yeddi kənd və Azərbaycan Naxçıvan Muxtar Respublikasının Kərki kəndi hələ də Ermənistanın nəzarətindədir. Müəllifin fikrincə, qarın əriməsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Sünik bölgəsindəki mövqelərini irəli çəkməsindən sonra  ErmənistanAzərbaycan qoşunları arasında eskalasiya qaçılmaz olub: "Bu cür hallar isə iki Cənubi Qafqaz ölkəsi arasındakı delimitasiya və demarkasiya prosesinin vacibliyini bir daha sübut edir. Münaqişədən sonrakı dövrdə digər ciddi problem azad edilmiş ərazilərdəki mina problemidir. Qarabağ bölgəsindəki mina çirklənməsi mülki və hərbi qulluqçuların ölümü ilə yanaşı yenidənqurma prosesinə də əhəmiyyətli dərəcədə təsir göstərir".

Bildirilir ki, Azərbaycan artıq müasir minalardan təmizləmə texnikalardan istifadə edərək azad olunmuş əraziləri təmizlənməyə başlayıb. "Təəssüf ki, bölgədəki minalardan təmizlənmə səylərinə baxmayaraq, mülki şəxslər mina partlayışları nəticəsində yaralanmağa və həyatlarını itirməyə davam edirlər. Məsələn, 4 iyun tarixində Kəlbəcər bölgəsində tank əleyhinə minanın partlaması nəticəsində iki jurnalist daxil olmaqla üç nəfər ölüb və dörd nəfər yaralanıb. Bu hadisə mina təmizlənməsinin Qarabağ bölgəsində davam edən ən vacib iş olduğunu göstərir. Belə ki, minalar insan həyatı üçün böyük təhlükə yaradır"-, deyə qeyd olunur.
 
Şahmar Haciyev vurğulayır ki, beynəlxalq təşkilatlar və ölkələr Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etməli və sərhəd delimitasiyası prosesini dəstəkləməlidirlər: "Məsələn, ABŞ AzərbaycanErmənistanı Sovet xəritələri əsasında sərhəd delimitasiyasına başlamağa çağırır. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker  Azərbaycana səfəri zamanı Azərbaycanla ABŞ arasındakı strateji tərəfdaşlığı və Azərbaycanla Ermənistan arasında sərhəddəki gərginliyin aradan qaldırılmasının vacibliyini vurğuladı.  Bu mənada, regional təhlükəsizlik və inteqrasiya prosesini dəstəkləmək üçün rəsmi Vaşinqton Cənubi Qafqazdakı siyasətini gücləndirməlidir. Bu baxımdan 3 + 1 əməkdaşlıq formatı (Gürcüstan, ErmənistanAzərbaycan + ABŞ) təhlükəsizlik və iqtisadi inteqrasiyanı dəstəkləyən təsirli bir mexanizm ola bilər. Bu fikri dəstəkləmək üçün qeyd etməliyik ki, Azərbaycanın ABŞ-ın konstruktiv iştirakı və köməyindən sonra Ağdam bölgəsindəki 97 minə yaxın piyada və tank əleyhinə mina xəritəsi əvəzinə 15 erməni məhbusunu Ermənistana təhvil verib. Bu hal ABŞ-ın bölgədəki fəal işinin çox faydalı olduğunu göstərir"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar