Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahir Emreli: "İlk oyunda üç qol vurduğum üçün məmnunam"

"Hər şeydən əvvəl kollektivə uyğunlaşmaq və komanda yoldaşlarımı tanımaq mənim üçün vacib idi. İlk oyunda 3 qol vurdum. Bundan məmnunam, amma dediyim kimi ən başlıcası uyğunlaşmaq və bir-birimizi meydanda yaxşı başa düşməkdir".

PİA.az-ın məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"lə yoxlama matçında het-trik etməsi barədə danışarkən deyib.

24 yaşlı hücumçu bildirib ki, yeni komandası ilə birlikdə ilk görüşdə yaxşı təsir bağışlayıblar: "Rəqibimiz güclü deyildi. Amma bizə qarşı mübarizə apardı, xarakter göstərdi. Belə davam etsək, gələcəkdə yaxşı nəticələr əldə edəcəyik".

Emreli qollar vurmağa davam etmək istədiyini sözlərinə əlavə edib: "Mən hücumçuyam, qol vurmaq mənim işimdir. Çox qol vurmalıyam və buna davam etməliyəm. Yeni komanda qoşulmuşam, hisslərimi soruşsanız, hədəflərdən həqiqətən məmnunam. Amma bundan sonra nə edəcəyim vacibdir. Hazırda növbəti qarşılaşmalara daha çox köklənməliyəm".

Forvard Varşava təmsilçisinin topla oynamağı sevdiyini söyləyib: "Heç vaxt belə taktika ilə oynamamışam. Altı il ərzində "Qarabağ"da 4-3-3 sistemində çıxış etdim. İndi bir az fərqli taktika ilə oynayırıq, buna uyğunlaşmalı və necə oynayacağımı bilməliyəm. Hər şeyi mənə addım-addım izah edəcəyini söyləyən baş məşqçi ilə danışıram".

Qeyd edək ki, "Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar