Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidin oğlu dünyaya gəldi, xəstəxanadan atasının məzarını ziyarətə aparıldı - Video

Vətən Müharibəsi şəhidi Əli Məmmədovun oğlu dünyaya gəlib.

PİA.az xəbər verir ki, iyunun 15-də Naxçıvan doğum Mərkəzində dünyaya gələn şəhidin övladına atasının adı verilib. Körpə xəstəxanadan çıxarılaraq bir başa atasının məzarını ziyarətə aparılıb.

Şəhid Əli Məmmədovla həyat yoldaşı Təhminə xanım 2020-ci ilin 15 avqustunda ailə həyatı qurub. Bundan 10 ay sonra – eyni gündə isə onların övladı dünyaya gəlib.

“Çox təssüf ki, arzuladığımız övladı ikimiz böyüdə bilmədik. Amma bir ömür atamızla qürur duyacağıq” deyə Təhminə xanım bildirib.

Qeyd edək ki, Əli Məmmədov 4 dekabr 1997-ci ildə Şərur rayonunun Maxta kəndində dünyaya göz açıb. Orta təhsilini aldıqdan sonra 2017-2018-ci illərdə qaydasız döyüş (MMA) idmanı ilə məşğul olub, bir çox respublika və beynəlxalq səviyyəli yarışların qalibi olub. O, 2019-cu ildə hərbi xidmətə yollanıb, 2020-ci ildə hərbi müddəti bitən zaman müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq orduda xidmətini davam etdirib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrut və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.(AzToday.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar