Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

G7-nin “Bir Kəmər Bir Yol”a qarşı alternativ planı - Baydenin adsız layihəsi Çinə mane ola biləcəkmi?..

ABŞ Tramp dövründə tez-tez alternativ bir BKBY inkişaf etdirmək barədə danışırdı. 2018-ci ildə ABŞ-ın o vaxtkı dövlət katibi Mayk Pompeo Çini geri püskürtmək üçün yeni bir fond yaradacağına söz də vermişdi...

Adnan Akfırat
“Aydınlık” qəzeti, Türkiyə, 18 iyun 2021-ci il

11-13 iyun tarixlərində İngiltərənin Kornuoll şəhərində təşkil edilən son G7 sammitində “Bir Kəmər Bir Yol” təşəbbüsündən də bəhs edildi. Dünyanın ən inkişaf etmiş 7 ölkəsi inkişaf etməkdə olan ölkələrə kömək edəcəyini iddia edən və məhz Çin tərəfindən təklif edilən “Bir Kəmər Bir Yol” təşəbbüsünə (BKBY) alternativ yaratmaq üçün qlobal infrastruktur planlarını başlatdıqlarını açıqlayıblar.

Atlantik mediası və davamçıları, eləcə də “faydalı axmaqlar” olan yazıçı və mühazirəçilər komandası dərhal “G7-nin “Bir Kəmər Bir Yol”u daha yaxşıdır” təbliğatına başlayıblar.

Kornuoll sammiti

7 inkişaf etmiş ölkədən əlavə olaraq G7-nin Kornuoll sammitinə xüsusi qonaq qismində Avropa Birliyinin (Aİ) nümayəndələri və Avstraliya, Cənubi Afrika və Cənubi Koreya prezidentləri də qatılıb. Hindistan baş naziri isə bu görüşdə onlayn şəkildə iştirak edib.

Məlum olduğu kimi, bu 7 ölkə Atlantik İttifaqını təşkil edir. Hamısı təhlükəsizlik və ticarət əməkdaşlığı mövzusunda ortaq fikirləri bölüşürlər. Həmçinin qarşılıqlı olaraq böyük ticarət tərəfdaşıdırlar. Təkcə G7-nin birləşmiş iqtisadiyyatları bütün dünya iqtisadiyyatının yarısını təşkil edir.

“Build Back Better World” (B3W) kimi tanınan və “Daha yaxşı bir dünyanı yenidən inşa edək”, şəklində tərcümə edilən bu təşəbbüs inkişaf etməkdə olan ölkələrin 2035-ci ilə qədərki iqtisadi ehtiyaclarını qarşılamaq üçün lazım olan 40 trilyon ABŞ dollarını təmin etmələrinə kömək edən, “şəffaf” bir infrastruktur ortaqlığı adlandırılır. Bu qurumun, xüsusilə iqlim, səhiyyə, rəqəmsal texnologiya və gender bərabərliyi kimi sahələrdə investisiya və yardım göstərmək üçün özəl sektor kapitalını səfərbər edəcəyi güman edilir.

Bununla birlikdə, Çinin rəhbərliyi altında canlanan və iştirakçı ölkələrin milli layihələri ilə inkişaf etdirilən BKBY təşəbbüsü hazırda 100-dən çox ölkədə təxminən 3,7 trilyon ABŞ dolları dəyərində 2.600-dən çox infrastruktur layihəsi həyata keçirir.

Ad verən yoxdur

“Amerika geri qayıdır” şüarı ilə prezident olan Co Bayden isə alternativ BKYK-nın yaradılması təklifinin sahibidir. İlk dəfədir ki, xarici səfərdə olan Bayden Londonda İngiltərənin baş naziri Boris Conson ilə birgə BKYK-ya alternativ yaradacağını açıqlayıb. Bayden administrasiyası G7 sammitində Çinin BKYK təşəbbüsü ilə rəqabət aparmaq üçün hazırlanmış aşağı və orta gəlirli ölkələr üçün bir infrastruktur maliyyələşdirmə mexanizmi elan etdiyini bildirib.

Lakin heç bir məmur bu layihədə nəyin səhv olduğunu açıq şəkildə deməyib. Elanlar həmişə adı deyilməyən “yüksək səviyyəli ABŞ dövlət məmuru”na əsaslanır: “Reuters-ə danışan yüksək səviyyəli ABŞ hökumət rəsmisi ABŞ-ın BKYK layihəsinin dəyərlərə əsaslanan, şəffaf və davamlı olacağını bildirdi”, şəklində xəbərlər meydana çıxır.

“Amerikanın Səsi” tərəfindən 12 iyunda yayımlanan bir hesabata görə, ABŞ-ın başqa bir yüksək səviyyəli məmuru deyib: “Bir Kəmər Bir Yol təşəbbüsünü daha keyfiyyətli variantlar təqdim edərək məğlub edəcəyimizə inanırıq və ortaq dəyərlərimizi əks etdirən bir modelə etibar edirik”.

Pentaqonun layihəsi

Bu ilin fevral ayında ABŞ-ın keçmiş dəniz qüvvələri katibi və keçmiş senator Cim Veber Vaşinqtona ABŞ-ın BKYK-nın bir versiyasını işə salmasını məsləhət görmək məqsədilə bir sənəd yayımlayıb. Veber Pekinin BKYK sayəsində inkişaf etməkdə olan ölkələrlə iqtisadi və diplomatik əlaqələr qurduğunu və bu ölkələrin maraqlarını qorumaq adı altında hərbi sızdırmalar həyata keçirdiyini iddia edib. Veber ABŞ-ın Çindən daha yaxşı iş görə biləcəyinə inanır: “ABŞ müstəmləkə motivləri olmadan bu sahəyə böyük sərmayə qoyub, daha etibarlı bir iş modelinə əsaslanan iqtisadiyyatları inkişaf etdirməyə başlayarsa, bu zaman öz iqtisadiyyatı da inkişaf edəcəkdir. ABŞ iqtisadiyyatı qlobal azad cəmiyyətin inkişafına təkan verəcək”.

Yenə də amerikalıların həddindən artıq özünə inamı bizi təəccübləndirir ki, bu onları daha da axmaqlaşdırır.

“Daha yaxşı bir dünya qurmaq” iddiası ilə alternativ BKYK layihəsi elan edənlər kimlərdir?

Əvvəlcə buna baxmaq lazımdır. Amerika, İngiltərə, Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanada. Hamısı müstəmləkəçidir. Hamısının bəşəriyyətə qarşı cinayət törətmək üçün qanlı əlləri və ağır sənədləri var.

Lakin Çin Xalq Respublikası ilə aralarında çox əsaslı bir fərq var. G7-nin imperialist ölkələri müstəmləkəçilik, talan və müharibələr yolu ilə kapitallarını yığdılar. Bu günkü inkişaf Asiya, Afrika və Cənubi Amerika ölkələrinin yoxsulluğuma və asılılığına əsaslanır. G7 üzvlərinin hər birinin nə qədər pul ödəməyə hazır olduğunu hələ bilmirik. Görəsən, hansı növ layihələrə dəstək olacaqlar? ABŞ nə qədər ödəyəcək və “öncə Amerika”ya qarşı tolerantlığını nə dərəcədə artıracaq?

Həmçinin, layihələri başa çatdırmaq üçün hansı şirkətlər məsuliyyət daşıyacaq? Hər bir layihəni qiymətləndirmək üçün hansı dəyərlərə əsaslanan standartlar qəbul ediləcək? Layihələrin əvvəlcədən təyin olunmuş siyasi şərtləri olacaqmı? Bunları heç kim bilmir.

Qərb şirkətləri öz mənəvi və ekoloji standartlarına uyğun olaraq layihələrini alacaq, həyata keçirəcək və təqdim edəcəklərmi? Öyrəşdikləri kimi rüşvət və digər qeyri-qanuni həmlələr edəcəklərmi? Buna heç də şübhə yoxdur.

Məqsəd Çinə mane olmaqdır

Vaşinqtonun yeni planı keçmiş müstəmləkə hekayəsinin yenilənmiş bir versiyasıdır.

Keçən ay Efiopiyanın telekommunikasiya lisenziyaları üçün aparılan tenderdə Cənubi Afrika şirkəti olan “MTN” Çinin “İpək Yolu” Fondu ilə əməkdaşlıq etdiyi üçün məğlub olub. ABŞ-ın dəstəklədiyi və “Vodafone”un liderlik etdiyi birlik isə 850 milyon dollarla qalib gəldi. ABŞ bu birliyi Çin malı olan telekommunikasiya sistemindən və təsislərindən istifadə etməmək qarşılığında dəstəklədi.

“Təmiz Yaşıl Təşəbbüs” adlandırılan yeni plan isə inkişaf etməkdə olan ölkələrə Çin və Qərb arasında şiddətlənən rəqabətin fonunda Pekinin səxavətinə daha davamlı və daha az şərtli bir alternativ vəd etdiyi üçün təbliğ edilir.Asiyanın təkbaşına yaxın on ildə yeni infrastruktur investisiyaları üçün ildə təxminən 1,7 trilyon dollara ehtiyac duyacağı ilə bağlı verilən proqnozu nəzərə alsaq, deyə bilərik ki, BKBY-nin ciddi bir alternativi var. Ciddi bir rəqabət olsa, bundan inkişaf etməkdə olan ölkələr istifadə edə bilərlər.

Bəs G7 planı ciddi bir işdirmi? Əsas problem mənbənin olmamasıdır. Sızdırılan detallar G7-nin yalnız vədlərdən ibarət olduğunu göstərir. “Bloomberg”ə anonim şəkildə danışan yüksək səviyyəli ABŞ rəsmisi planın strateji bir çərçivə yaratmaq öhdəliyi olduğunu söyləyib. Qərbin tənəzzülü ilə birgə artan yalançı açıqlamalar artıq bir ənənə halına gəlib. ABŞ Tramp dövründə tez-tez alternativ bir BKBY inkişaf etdirmək barədə danışırdı. 2018-ci ildə ABŞ-ın o vaxtkı dövlət katibi Mayk Pompeo Çini geri püskürtmək üçün yeni bir fond yaradacağına söz verdi, ancaq fonda yalnız 113 milyon dollar toplaya bildi.

“Mavi Nöqtə” təşəbbüsü adlanan başqa bir nümunə də ABŞ, Avstraliya və Yaponiya ilə birlikdə hazırlandı. Bu, bir növ qlobal infrastruktur layihəsidir. Təqaüd fondlarında və digər iri investorlarda yığılmış pulları özəl sektorun rəhbərliyi altında infrastruktur layihələrinə investisiya yönəltməyi hədəfləyir. Bu layihə 2019-cu ildə başladıldı və əvvəlcə demək olar ki, heç bir cavab alınmadı. İndi isə əsaslı şəkildə təmir olunur, amma yenə də öz pulu yoxdur.

Nəticədə, belə bir plan yalnız siyasi iradənin hərəkətə keçirə biləcəyi maliyyə qaynaqları ilə işləyə bilər. İnfrastruktur bahalıdır və xüsusilə dəmir yolu xətləri və ya smart elektrik şəbəkələri kimi sərhədyanı layihələr daha bahalıdır. Bu məqsəd üçün xüsusi bir qaynaq yoxdursa, heç bir nəticə almaq mümkün olmur.

Qərb mərkəzlərində G7-nin bu planının Qərbin etibarını itirməsinə səbəb olacağı ilə bağlı getdikcə daha çox xəbərdarlıqlar eşidilir: “Yaxşı oyun haqqında danışan, lakin mənbələr baxımından az təklif verən G7 kimi planlar xeyirdən daha çox zərər vermək riski daşıyır”.

Nəticə: Təqlid ən səmimi komplimentdir

Bu plan Çinin 5G texnologiyasının qlobal inkişafını məhdudlaşdıra bilər, lakin “Bir Kəmər Bir Yol” təşəbbüsünün genişlənməsini dayandıra bilməz. Çünki yol üzərində yerləşən ölkələrin inkişafa və böyüməyə ehtiyacı var. BKBY öz üstünlüklərindən istifadə edərək inkişaf etmələrini təmin edir və bunun xaricində regional münaqişələrin öhdəsindən gəlmək imkanı verir.

Üstəlik, Çinin iqtisadi gücü və beynəlxalq münasibətlərə yanaşması onun BKBY-ni daha da genişləndirmək imkanına malik olduğunu göstərir. G7 üzvləri ilə Çin arasındakı rəqabət sayəsində bəzi inkişaf etməkdə olan ölkələr daha çox seçimə və dəstəyə sahib ola bilərlər. Ancaq ABŞ ölkələri tərəf tutmağa məcbur edərsə, nəticədə özünü utanc verici bir vəziyyətə gətirəcək. Çünki Qərb ölkələri “siyasi yardımlarını” qorumaq üçün kifayət qədər iqtisadi gücə sahib deyillər. Buna görə, bütün inkişaf etməkdə olan ölkələrin ABŞ-ın rəhbərlik etdiyi dünya iqtisadi sisteminə daxil edilməsi sadəcə bir xəyaldır.

Çin bəzi qərblilərin proqnozlaşdırdığı kimi, inkişaf etmiş Qərb ölkələrinin köhnə yolunu təkrarlamadı. Əksinə “Bir Kəmər Bir Yol” təşəbbüsü ilə Çin inkişaf etməkdə olan digər ölkələrə heç bir siyasi şərt qoymadan kömək etmək üçün öz imkanlarını səfərbər etmək fədakarlığını verir. Qərbin lüğətində isə fədakarlıq sözü yoxdur.

Əsas məsələ ABŞ-ın rəhbərlik etdiyi Atlantik liderliyindəki beynəlxalq sistemin yaratdığı problemlərin öhdəsindən gəlmək üçün inkişaf etdirilən “Bir Kəmər Bir Yol” təşəbbüsünün iştirakçı ölkələrin ehtiyaclarına cavab verməsidir. Lakin bilirik ki, təqlid olunan iş orjinal işin yüksək qiymətləndirildiyini­ bir daha sübut edir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar