Bazar, 01 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Avropa islamofobiyanı necə təhlükəli mifə çevirib? – Britaniya saytı

Con L.Espozito,
Fərid Hafez
Middleeasteye.net 21 iyun 2021
 
Böyük Britaniyanın “Middle East Eye” saytında “Avropa islamofobiyanı necə təhküləli mifə çevirib?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri ABŞ-ın Corctaun Universitetinin professoru, islamşünas alim Con L.Espozito və Avstriyanın paytaxtı Venada yaşayan politoloq, islamofobiya məsələləri üzrə tədqiqatçı Fərid Hafezdir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Son illər Fransa, Avstriya və Almaniyada islamofobiya ilə bağlı araşdırmalara qarşı mədəni müharibə aparılır.

Avropa ölkələrinin hökumətləri, siyasi partiyaları və ideoloqları islamofobiyanın onların ölkələrində problem yaratmasını, müsəlman icmalarına qarşı yürüdülən siyasətin problemli olmasını inkar edirlər.

Son 20 ildə dünyada islamofobiya üzrə aparılan araşdırmalar müsəlmanlara qarşı irqçiliyi, ayrı-seçkiliyi, “nifrət dili”ni sənədləşdirib müzakirəyə çıxaran bir elm sahəsinə çevrilib.

Kitablarda, mətbuatda, reportajlarda, konfranslarda, eləcə də sosioloji sorğularda islamofobiyanın əhatə dairəsi, səbəb və nəticələri haqda kifayət qədər bilgilər ortaya qoyulsa da, Avropanın bir sıra dövlətləri yenə özünü elə aparır ki, sanki belə bir reallıq heç mövcud deyil.

Fransada hökumət universitetlərdə başlanan müstəqil tədqiqatlara əngəllər yaradır.

Fransa prezidenti Emmanuel Makron və onun hökumətinin bir neçə naziri iddia edir ki, “islam təmayüllü solçuluq” Fransa cəmiyyətinin, xüsusilə də universitetlərin korrupsiyalaşması təhlükəsini doğurur.

Fransanın ali təhsil naziri Fredrike Vidal bəzi alimləri “radikal” fikirləri təbliğ etməkdə günahlandırır. O, iddia edir ki, irqçilik və gender üzrə tədqiqat aparan alimlər hər şeyə düşmən axtarmaq prizmasından baxır, bölücülük salır, dağıdıcılığı aşılayırlar.

Fransa hökuməti və hökumətin tərəfdarları onları cəmiyyətdə təhlükəli sosial uçurum yaratmaqda günahlandıran islamofobiya tədqiqatçılarının səsləndirdiyi tənqidləri rədd edirlər.

Çağdaş fransız filosofu Paskal Brakner “Xəyali irqçilik: islamofobiya və günah” adlı kitabında yazır ki, islamofobiya islamçıların kütlələri qorxutmaq üçün uydurduğu bir mifdir. O, kitabın sonunda irqçiliyə qarşı çıxanların özlərinin irqçiyə çevrildiyini yazır və Qərb dəyərlərini qorumağa çağırış edir.

Bu yanaşmadan Avropanın digər dövlətləri və siyasətçiləri də istifadə edirlər. Onlar xüsuslə əhalinin işçi təbəqəsindən olan müsəlmanlara qarşı aparılan assimilyasiya siyasəti əleyhinə tənqidləri boğmaq üçün bu yanaşmadan yararlanırlar.

“Blokada düşüncəsi”

“Müsəlman qardaşlar” təşkilatı haqda üsyankar nəzəriyyələr təbliğ etmək tapşırığı almış hüquqşünas alim Lorenzo Vidino vaxtilə Avropa ölkələri hökumətlərində məsləhətçi qismində çalışıb. Onun ABŞAvropadakı bir sıra anti-müsəlman mərkəzləri ilə əlaqələri olub.

Ağdərili milliyyətçi, 2011-ci ildə Norveçdə qətliam törətmiş Anders Berinq Breyvik də tez-tez Lorenzo Vidinonun “Müsəlman qardaşlar”ının Avropaya “soxulduğuna” dair iddialarına istinad edərdi.

“Müsəlman qardaşlar” təşkilatını Troya atlarına bənzədən Lorenzo Vidino iddia edirdi ki, şəbəkə gizli təxribat yolu ilə Avropa cəmiyyətini daxildən zəiflətmək, Avropa ölkələrində yavaş-yavaş islam qaydalarını bərqərar etmək istəyir. Hüquqşünasın iddiasına görə, “Müsəlman qardaşlar”ın çox maraqlı təbliğat mexanizmi var və bu şəbəkə öz rəqiblərini islamofobiyada günahlandırmaqla sıradan çıxarmağa çalışır.

İslamçılara qarşı repressiyalar məsələsində Avstriyanı Avropaya nümunə göstərən Lorenzo Vidino 2017-ci ildə Avstriya hökuməti üçün hesabat da hazırlamışdı. O, hesabatda heç bir dəlil-sübut gətirmədən iddia edirdi ki, “Müsəlman qardaşlar” müsəlman icmalarında “blokada düşüncəsi”ni gücləndirmək üçün Qərb cəmiyyətlərinin müsəlmanlara, ümumilikdə islama düşmən kəsildiyi fikirini aşılayır, islamofobiya hallarını şişirdir. Lorenzo Vidino radikallaşmaya aparan bu addımların böyük zorakılığa səbəb ola biləcəyini bəyan edirdi.

Avstriyanın dövlət orqanları, məmurları Lorenzo Vidinonun hesabatına söykənərək islamofobiya mövzusunda müzakirələri dayandırmaq qərarına gəliblər.

Avstriyanın federal kansleri Sebastyan Kurtsun başçılıq etdiyi Xalq Partiyasının və onun əvvəlki koalisiyada ortağı olmuş radikal sağçı Azadlıq Partiyasının irəli sürdüyü qanunvericilik aktları, bu partiyaları təmsil edənlərin çıxışları islamofob elementlərlə doludur.

Almaniyada hakim mühafizəkar xistian partiyaları – Xristian Demokrat İttifaqı və Xristian Sosialist İttifaqı bu yaxınlarda yeni sənəd açıqlayıblar. Onlar sənəddən əvvəl yaydıqları açıq məktubda “əsassız islamofobiya ittihamlarından qorxmamağı” məsələhət görüblər.

Sənədin özündə isə müsəlman ilahiyyatçı Məhəmməd Horçaydın “İslamofobiya və anti-müsəlman irqçiliyi siyasi islamın əlində mübarizə terminləridir” sözünü sitat gətiriblər.

Təhlükəli tendensiyalar

Tədqiqatların Avstriya, Almaniya və Fransa siyasətində islamofob istiqamətləri aşkara çıxarmasına baxmayaraq, “islamçılıq”, “siyasi islam”, “islam separatizmi” bu ölkələrdə Avropa cəmiyyətinə ən böyük təhlükə kimi təbliğ edilməkdədir.

Bu, siyasi liderlərə şübhələndikləri kəsimə qarşı kəskin tədbirlərə əlt atmaq fürsəti verir.

Nəticədə isə biz dövləti qorumaq adı altında müsəlmanların vətəndaş cəmiyyəti təşkilatlarına, məscidlərə qarşı reydlərin həyata keçirildiyini görürük. Belə bir siyasət konstitusion hüquqlar olan fikir, vicdan, din, etiqad və ifadə azadlığı hüquqlarına ziddir.

Bu mədəni müharibənin təhlükəli nətəcələrinə misal olaraq ötən ilin noyabrında Avstriyada terrorçuluqda şübhəli bilinən 30 nəfərə qarşı həyata keçirilmiş reydi göstərmək olar.

Avstriyanın daxili işlər naziri Karl Nexammer həmin reydlərin əsas məqsədinin “siyasi islamın kökünü kəsmək” olduğunu vurulayıb.

Şübhəli şəxslər dindiriləndə isə onlara zorakılıqla heç bir əlaqəsi olmayan, daha çox islam dininə şərqşünas yanaşmalarını əks etdirən suallar verilib. Məsələn, dindirmələr zamanı soruşulub: İslamofobiya terminini necə başa düşürsünüz? Sizcə bu, düzgün termindirmi? Avstriyada müsəlmanlara təzyiqlər varmı? Sizcə, beynəlxalq islam terrorçuluğu islam dinindən gələn qorxuların, yoxsa şəriət qanunlarının xüsusilə qadınları və başqa dindən olanları sıxışdırmasının nəticəsidir? Səhərlər həyat yoldaşınızı namaz qılmağa oyadırsınızmı? Uşaqlarınıza musiqi ifa etməyə icazə verirsinizmi? Müsəlman olmayan dostlarınız varmı? Qızınızın xristanla, yəhudi ilə və ya ateist olan adamla evlənməsinə izn verərdinizmi?..

Müsəlmanların vətəndaş cəmiyyətlərinə və tənqidi ruhda köklənmiş alimlərə təzyiqlərin davam etdiyi bir dövrdə verilən bu suallar islamofobiyanın dövlət idarəçiliyində nə qədər problemli bir terminə çevrildiyinə əyani sübutdur.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polisi döyən deputatla bağlı ilginc faktlar üzə çıxdı: Onu Ramiz Mehdiyevlə hansı bağlar bağlayır?

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Avtoqəzaları araşdıran rəisin barəsində ilginc iddialar

Bakıda məşhur balıq restoranının yaxınlığında güclü yanğın baş verib - Video

80 yaş və 80 qəpiklik təfəkkür... – Və sabiq deputatın “AA” seriyalı “Range Rover”-də gəzmək “haqqı”

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən açıqlama

“Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa

Ən çox oxunanalar