Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi SOCAR-ın ortağına qarşı sanksiya tətbiq etdi

Avropa Birliyi Belarusa qarşı yeni sanksiyalar tətbiq edib. Yeniavaz.com Avropa Birliyinin rəsmi jurnalında yer alan məlumata istinadən bildirir ki, ümumilikdə 78 nəfər və 8 şirkət AB-nin yeni sanksiya siyahısına daxil edilib.

Barəsində sanksiya qərarı verilən şəxslər arasında Belarusun müdafiə naziri Viktor Xrenin, nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko, istintaq komitəsinin sədri Dmitri Qora, daxili işlər nazirliyinin mətbuat katibi Olqa Çemodanova, iş adamı Dmitri Lukaşenko (Belarus prezidentinin ortancıl oğlu) və onun həyat yoldaşı (Belarus prezidentinin gəlini), həmçinin  bir neçə universitetin rektoru, Minsk Avtomobil Zavodunun (MAZ) baş direktoru Valeri İvankoviç və digər şəxslər yer alıb.
Bu qəradan sonra Belarusla bağlantısı olan və sanksiyaya məruz qalan şəxslərin sayı 166-ya, şirkətlərin sayı isə 15-ə yüksəlib. Sanksiyaya məruz qalan şəxslərin (şirkətlərin) AB-dəki aktivləri dondurulur, həmçinin  Aİ ölkələrindən olan vətəndaşların və şirkətlərin onlarla əməkdaşlığı qadağan olunur. Bundan başqa sanksiyalara məruz qalan şəxslərin Avropa Birliyi ərazisinə girişi qadağandır.

Sanksiya siyahısında diqqət çəkən adalardan biri də Rusiya vətəndaşı olan milyarder Mixail Qutseriyevdir. AB-nin sanksiya qərarında Belarus prezidenti Aleksandr “köhnə dostu" adlandırılan Mixail Qutseriyevin Belarusda böyük biznes layihələrinin olduğu bildirilir.

Qeyd olunur ki, 2020-ci ilin əvvəllərində Belarus ilə Rusiya arasında baş verən enerji böhranı dövründə Belarusun neft emalı zavodlarına neft ixracatını davam etdirən yeganə neft şirkəti Mixail Qutseriyevə məxsus olub.

Qərarda həmçinin qeyd olunur ki, Mixail Qutseriyev Lukaşenkoya bahalı hədiyyələr verib. Eyni zamanda Mixail Qutseriyev 23 sentyabr 2020-ci ildə Lukaşenkoya gizli andiçmə mərasimində də iştirak edib.

Məlumat üçün bildirək ki, AB-nin sanksiyasına mərzuz qalan Mixail Qutseriyevin Azərbaycanda da böyük biznes layihələri mövcuddur. Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın quruda yerləşən neft yataqlarının böyük əksəriyyətini Rusiyanın nəhəng neft şirkətlərindən biri olan və Mixail Qutseriyevə məxsus olan "RussNeft" şirkəti ilə birgə istismar edir. 

Qeyd edəkki, hazırda quruda yerləşən neft yataqları üzrə 12 saziş imzalanıb. Bu sazişlərin bəziləri "RussNeft"ə bağlı olan şirkətlərlə - "UQE Lanser PTİ. LTD", AZEN, "Qlobal Energy Azərbaycan", "Neftçala İnvestments LTD" ilə bağlanıb. Bu şirkətlər hazırda Azərbaycanın quruda yerləşən ən böyük neft yataqlarında 75-85% paya sahibdirlər. Həmin quru neft yataqları arasında "Balaxanı-Sabunçu-Ramana", "Kürdəxanı", "Binəqədi", "Qırməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ", "Sianşor", "Kürovdağ", "Mişovdaq", "Kəlaməddin", "Neftçala", "Xıllı", "Dürovdağ-Babazanan" kimi fəaliyyətdə olan yataqlar yer almaqdadır.
İnquş əsilli milyarder Mixail Qutseriyevin sahib olduğu "RussNeft" şirkətinin rəsmi saytında qeyd olunur ki, şirkət ilk dəfə 2006-cı ildə SOCAR-la birgə "Zığ" və "Hövsan" yataqlarında neft hasilatına başlayıb. Qeyd edək ki, Qutseriyevin Azərbaycanla olduqca sıx münasibətləri var. Mətbuatda yer alan məlumatlara görə, 1958-ci ildə Qazaxıstanda anadan olan Mixail Qutseriyev 1995-ci ildə Jirinovskinin Rusiya Liberal Demokrat Partiyasından (LDP) Dövlət Dumasına deputat seçilib. 1999-cu ildə Jirinovskinin partiyasından çıxıb və müstəqil namizəd kimi Dumaya seçilib. 2000-ci ildə “Slavneft”in prezidenti seçilib və mandatından imtina edib. 2002-ci ildə “RussNeft” kompaniyasını yaradıb və rəhbərlik edib.

2007-ci ilin Kremlin qəzəbinə gələn Qutseriyev barəsində həbs qərarı çıxarılır. Həbsə düşməmək üçün Londona qaçan iş adamının 21 yaşlı oğlu Çingizxan Moskvada keçirdiyi avtomobil qəzasından sonra müəmmalı şəkldə ölür.

Deyilənə görə həmin vaxt Moskvaya gedə bilməyən Qutseriyev gizli şəkildə Bakıya gələrək oğlu ilə vida mərasimini burada təşkil edir. Londonda qaçaq olaraq yaşadığı illərdə belə Azərbaycanla işgüzar əlaqələrini davam etdirib.

2010-cu ildə Kreml tərəfindən "əfv" olunan Qutseriyev yenidən Moskvaya qayıdaraq biznesinə davam edib.

Onu da bildirək ki, bir-neçə il əvvəl Qutseriyevin adı  erməni əsilli maliyyə mütəxəssisi, "Safmar” şirkətinin baş direktoru Avet Mirakyanı "RussNeft" şirkətinin Direktorlar Şurasına daxil etməsilə gündəmə gəlib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar