Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb - Yenilənib, Video

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.

Müdafiə Nazirliyindən PİA.az-a verilən məlumata görə, təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib. Qarşıya qoyulan məqsədə nail olunub və tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Yekunların təhlili zamanı HDQ-nin şəxsi heyətinin təlimlərdə iştirakı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

***

Xəzər dənizinin Azərbaycana məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə sonuncu döyüş tapşırığı yerinə yetirilib.

PİA.az-ın məlumatına görə, Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinin son tapşırığı şərti düşmən tərəfindən zəbt edilən gəminin azad edilməsi olub.

Təlim zamanı Xüsusi Təyinatlı Taborun Sualtı Hücum Qüvvələri (“Dəniz Pişikləri”) tərəfindən gəmidən və helikopterdən şərti terrorçu qrupa qarşı xüsusi əməliyyat keçirilib.

Əvvəlcədən hazırlanmış plan və qrafiklərə uyğun olaraq müxtəlif mövqelərdən şərti terrorçu qruplara hücum edilib, zəbt olunmuş gəminin geri qaytarılmasına nail olunub.

Döyüş tapşırığı Xüsusi Təyinatlı Taborun şəxsi heyəti tərəfindən uğurla icra edilib.

Qeyd edək ki, bugünkü taktiki təlimlərdə Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Taborunun 80 nəfər şəxsi heyəti iştirak edib.

***

Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə keçirilən taktiki təlimlər davam edir.

Bu gün təlimlərin ikinci mərhələsi üzrə tapşırıqlar icra olunacaq.

Bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi, qəzaya uğramış gəmiyə yardımın göstərilməsi, enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulub.

Təlimin senarisinə uyğun olaraq bu tapşırıqların yerinə yetirilməsinə cəlb edilmiş qüvvələr və texnika tərəfindən aşağıda göstərilən tapşırıqlar yerinə yetiriləcək:

- Adada aşkar olunmuş terrorçuların müvəqqəti bazalarının zərərsizləşdirilməsi.

- Böyük Zirə adasında təchiz olunmamış sahilə desantın çıxarılması.

- Gəmi əməliyyatının keçirilməsi və qəzaya uğramış gəmiyə köməyin göstərilməsi.

- Tapşırıqlar icra edildikdən sonra gəmi və katerlərin baza məntəqələrinə qayıtması.

Bütün tapşırıqlar yerinə yetirildikdən sonra Hərbi Dəniz Qüvvələri Komandanı tərəfindən təlimlərə yekun vurulacaq, görülən fəaliyyətlər təhlil ediləcək, təlimlərdə iştirak edən qüvvə və vasitələrin qarşıya qoyulan tapşırıqlarının icra səviyyəsi qiymətləndiriləcək.

Qeyd edək ki, taktiki təlimlər iyunun 22-dən başlayıb. Ötən gün təlimlərin birinci mərhələsi üzrə nəzərdə tutulan tapşırıqlar uğurla icra edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar