Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən bahalı brendləri açıqlanıb - TOP-10

"Kantar" agentliyi dünyanın ən bahalı brendlərinin reytinqini ("BrandZ Top 100 Most Valuable Global Brands") hazırlayıb.

PİA.az-ın məlumatına görə, 2006-cı ildən etibarən hazırlanan reytinq tərtib olunarkən şirkətlərin maliyyə göstəriciləri və istehlakçı rəyləri nəzərə alınır.

Builki siyahının lideri ABŞ-ın "Amazon" şirkəti olub. Brend 683,85 mlrd. ABŞ dolları məbləğində dəyərləndirilir. İllik ifadədə brend 64% bahalaşıb.

Ən sürətli artım "Tesla"da qeydə alınıb. Belə ki brendin dəyəri il ərzində 275% artıb. Bununla belə, şirkət reytinqin 47-ci pilləsində qərarlaşıb. Ən sürətlə bahalaşan ikinci brend isə "TikTok" olub. Brendin dəyəri il ərzində 158% artaraq 43,516 dollara çatıb. Bu göstəriciyə görə üçüncü yerə Çinin "Pinduoduo" ticarət platforması layiq görülüb. Brendin dəyəri 131% artaraq 21 732 dollar təşkil edib.

Dünyanın ən bahalı 10 brendi:

1. "Amazon" (683,85 mlrd. dollar, +64%);

2. "Apple" (612 mlrd. dollar, +74%);

3. "Google" (458 mlrd. dollar, +42%)

4. "Microsoft" (410,27 mlrd. dollar, +26%);

5. "Tencent" (240,93 mlrd. dollar, +60%);

6. "Facebook" (226,74 mlrd. dollar, +54%);

7. "Alibaba" (129,9 mlrd. dollar, +29%);

8. "Visa" (191,285 mlrd. dollar, +2%);

9. "McDonald's" (154,92 mlrd. dollar, +20%);

10. "Mastercard" (112,88 mlrd. dollar, +4%). (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar