Bazar, 01 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Faktiki inflyasiya mayda 4,9 faizə çatıb – Vüsal Qasımlı

“İllik təqribən 10 milyard dollarlıq idxal həyata keçirən Azərbaycan üçün dünya bazarlarında inflyasiya diqqəti daha çox cəlb edir. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artıb mayda 4,9 %-ə çatmaqla hədəf dəhlizində olub”. 

PİA.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda cari əməliyyatlar hesabının bu ilin ilk rübündə ÜDM-in 5,6 %-i səviyyəsində yaranmış profisiti, ikirəqəmli artan qeyri-neft ixracı və 70 dolları aşan neft qiymətləri, habelə qaz ixracının böyüməsi hesabına yerli bazarda valyuta tələbi lazımi səviyyədə ödənilir:

“Eyni zamanda dövlət büdcəsinin profisiti bu ilin 5 ayında 368,9 milyon manata və yaxud büdcə xərclərinin 4 %-nə çatıb. Beləliklə, cari əməliyyatlar hesabı və dövlət büdcəsinin eyni vaxtda yaranmış profisiti - manatın məzənnəsini saxlamaqla, inflyasiyanı da cilovlayır.

Azərbaycanda dövlət və özəl sektorun, habelə bank sektorunun aşağı hədlərdə xarici borcunun olması da manata təzyiq imkanı vermir. Əhalinin əmanətlərinin ilk dörd ayda 7,7 % artması və qeyri-nağd dövriyyənin böyüməsi də manatın məzənnəsi və qiymətlərin sabitliyi üçün arqumentlər sayıla bilər. Hələlik iqtisadi artımın kövrək bərpası da inflyasiya təzyiqi yaratmaqdan uzaqdır”.

Mərkəz rəhbəri hesab edir ki, neftin qiymətlərinin son iki ildə ən yüksək həddə çataraq 70 dolları ötməsi Azərbaycanın gəlirlərini də artırır: 

“Ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılıb, bu əsasda, ortamüddətli dövr üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 ABŞ dollarına bərabər götürülüb. Hazırkı qiymət proqnozdan iki dəfəyə yaxın yüksəkdir ki, bu da dövlət büdcəsinin, SOFAZ-ın və SOCAR-ın gəlirlərini artırır. Dünya iqtisadiyyatının bərpası sürətləndikcə enerji daşıyıcılarına tələb artır ki, bu da əsas ixrac məhsulu olan neftin qiymətinə müsbət təsir göstərir”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polisi döyən deputatla bağlı ilginc faktlar üzə çıxdı: Onu Ramiz Mehdiyevlə hansı bağlar bağlayır?

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Avtoqəzaları araşdıran rəisin barəsində ilginc iddialar

Bakıda məşhur balıq restoranının yaxınlığında güclü yanğın baş verib - Video

80 yaş və 80 qəpiklik təfəkkür... – Və sabiq deputatın “AA” seriyalı “Range Rover”-də gəzmək “haqqı”

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən açıqlama

“Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa

Ən çox oxunanalar