Cümə, 30 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Maliyyə Nazirliyi: Koronavirusla mübarizə üçün Dünya Bankından kredit alınmayacaq

“Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan "Sürətli COVID-19 Aləti" layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb”.

PİA.az “APA-Economics”ə istinadən xəbər verir ki bunu Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.

"Lakin kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil", - M. Piriyev bildirib.

Qeyd edək ki, Azərbaycanda COVID-19 pandemiyasının yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək məqsədilə hazırlanan "Azerbaijan COVID-19 Emergency Response Project" adlı layihənin dəyəri 95 mln. ABŞ dolları təşkil edirdi və bu məbləğin hamısı bankın öhdəliklərinə daxil idi. Layihənin bankın Direktorlar Şurası tərəfindən təsdiqi isə sentyabrın 6-da gözlənilirdi.

Hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfeli 10 layihədən ibarətdir və 803 mln. dollar təşkil edir. Bu ilin mayın 21-də bankın Direktorlar Şurası Azərbaycanda Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması yönəlmiş və bank tərəfindən 65 mln. dollar məbləğində kreditin ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsini təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Etimadı itirən Qurbanovun “B“ planı: Yerinə kimi gətirir?

Azərbaycanda deputat istirahət mərkəzində sərxoş olub polisə hücum çəkdi - İddia

Nazim İbrahimova həbs yolu göründü – “Rövşən Əkbərov işi”ndə sürpriz

“Rusiya Paşinyanın bu satqınlığını ona bağışlamayacaq” - Elxan Şahinoğlu  

Məşhur azərbaycanlı iş adamı vəfat etdi - Foto

Flora Kərimovadan Əli Kərimliyə cavab: "Mənim davam torpaq-qürur davası olub, qarın yox!"

“Veysəloğlu”nun qul bazarı – Əmək Müfəttişliyinin görə bilmədiyi Azərbaycan “mənzərələri”…

Elman Nəsirov yalınız öz yaşadığı evin qapısına qədər yolu asfalt etdirib - Foto 

Paşinyandan Ermənistan-Azərbaycan sərhədi ilə bağlı yeni təklif

İnsanın sağlam olduğunu göstərən 10 göstərici və analiz

Ən çox oxunanalar