Bazar, 01 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Hulusi Akar:"İngilis və rus donanmaları arasındakı gərginliklə bağlı həqiqət ortaya çıxacaq"

“Qara dənizdə ingilislər və ruslar arasındakı gərginliklə bağlı fərqli açıqlamalar gəlir, hadisələrin gedişini izləyirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qara dənizdə rus və ingilis hərbi dəniz donanmaları arasında yaşanan gərginliyə mövqe bildirərkən deyib.

Nazir hər ki tərəfin fərqli açıqlamaları ilə əlaqədar həqiqətin ortalığa çıxarılması üçün bu mövzuda Türkiyə tərəfdən də araşdırmalar aparıldığını deyib: “Yaxın saatlarda həqiqət ortaya çıxacaq”.

Qeyd edək ki, Rusiya MN məlumat yayaraq, bu gün Britaniyaya məxsus “Defender” tipli minadaşıyan gəminin sərhədi pozduğunu, 3 km dərinliyə qədər irəlilədiyini bildirib. Məlumatda qeyd olunur ki, gəmi sərhədi pozacağı təqdirdə, silah tətbiq olunacağı barədə xəbərdarlığa məhəl qoymayıb. Belə olan halda keşikçi gəmisi xəbərdarlıq atəşi açıb. Bunun ardınca isə Su-24M təyyarəsi “Defender” gəmisinin hərəkət kursu üzrə xəbərdarlıq bombası atıb. Qara dəniz donanması və Sərhəd Xidmətinin birgə səyi nəticəsində Britaniya gəmisi Rusiyanın ərazi sularını tərk edib.

Britaniya MN isə Rusiya Müdafiə Nazirliyinin məlumatını təkzib edib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polisi döyən deputatla bağlı ilginc faktlar üzə çıxdı: Onu Ramiz Mehdiyevlə hansı bağlar bağlayır?

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Avtoqəzaları araşdıran rəisin barəsində ilginc iddialar

Bakıda məşhur balıq restoranının yaxınlığında güclü yanğın baş verib - Video

80 yaş və 80 qəpiklik təfəkkür... – Və sabiq deputatın “AA” seriyalı “Range Rover”-də gəzmək “haqqı”

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən açıqlama

“Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa

Ən çox oxunanalar