Cümə, 30 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İqor Korotçenko: "Sülh müqaviləsi Ermənistanın yeganə şansıdır"

Ermənistan tərəfi darmadağın olduqdan sonra yaradıcı, normal, konstruktiv qarşılıqlı fəaliyyət və ehtiyatlı ağıllı davranış əvəzinə təxribatlar, atəşə tutma və düşmənçilik taktikası yürüdür. Bu köhnə, kobud və çeynənmiş üsul Azərbaycanı yeni qarşıdurmalar burulğanına çəkmək və Ermənistanı Azərbaycanın aqressiyasının qurbanı kimi təqdim etmək məqsədilə həyata keçirilir".

Bu fikirləri “Report”un Rusiya bürosuna açıqlamasında “Nasionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

“Sonu olmayan bu yol tarixi dalana, eyni səhvlərin təkrarlanmasına aparır. Ermənistan bu yolu seçirsə, buna yalnız heyfslənmək olar”, - o deyib.

Ekspert hesab edir ki, Ermənistanın təxribatçı hərəkətləri dünyanın və geosiyasi vəziyyətin dəyişməsini başa düşməməyin nəticəsidir. Onun fikrincə, Azərbaycanla sülh müqaviləsinin bağlanması, nəqliyyat və iqtisadi əlaqələrin qurulması, Zəngəzur dəhlizinin tezliklə açılması Ermənistan iqtisadiyyatının inkişafı və bərpası baxımından yeganə şansdır. Elitanın seçimi erməni xalqının xeyrinə deyil.

Ermənistan Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə öz-özünü iqtisadi blokadaya salıb. Rusiya Ermənistanın inkişafını təmin etməyəcək və dotasiya ayırmayacaq. Bu, suveren ölkədir”, - İ.Korotçenko bildirib.

Xatırladaq ki, iyulun 15-i gecə radələrində rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələri Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafında yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Etimadı itirən Qurbanovun “B“ planı: Yerinə kimi gətirir?

Azərbaycanda deputat istirahət mərkəzində sərxoş olub polisə hücum çəkdi - İddia

Nazim İbrahimova həbs yolu göründü – “Rövşən Əkbərov işi”ndə sürpriz

“Rusiya Paşinyanın bu satqınlığını ona bağışlamayacaq” - Elxan Şahinoğlu  

Məşhur azərbaycanlı iş adamı vəfat etdi - Foto

Flora Kərimovadan Əli Kərimliyə cavab: "Mənim davam torpaq-qürur davası olub, qarın yox!"

İnsanın sağlam olduğunu göstərən 10 göstərici və analiz

Bir qrup Amerika generalı ABŞ qubernatoru ilə Bakıdan Zəngəzura gedib

Azərbaycanın icazəsi olmadan Rusiya jurnalistlərinin və bloqqerlərin Qarabağa girişinə niyə icazə verilir?

Kremlin səbri və Paşinyanın iki masada oturmaq cəhdi... - Yeravanın ikili oyunları nə qədər davam edəcək?

Ən çox oxunanalar